Məhkəmə qərarları › İş №2(012)-933/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-933/2021

28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-933/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı torpaq sahəsinin zəbt edilməsi məqsədilə qanunsuz hasarlanma işlərinin aparılmasının dayandırılması və görülmüş işlərin həmin şəxslərin vəsaiti hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı torpaq sahəsinin zəbt edilməsi məqsədilə qanunsuz hasarlanma işlərinin aparılmasının dayandırılması və görülmüş işlərin həmin şəxslərin vəsaiti hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 12.03.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X2 tərəfindən təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 qarşı torpaq sahəsinin zəbt edilməsi məqsədilə qanunsuz hasarlanma işlərinin aparılmasının dayandırılması və görülmüş işlərin həmin şəxslərin vəsaiti hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair mülki iş üzrə iddiadan imtina barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mülki iş üzrə məhkəmə prosesinin gedişatı zamanı tərəfindən müvafiq araşdırılma aparılmış və müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən ona verilən torpaq sahəsinə dair sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş və bələdiyyənin müvafiq qeydiyyat kitabında qeydiyyatı həyata keçirilməmişdir. Buna görə də hesab edir ki, həmin sənədlər torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün kifayət qədər əsas vermir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, bu imtina hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına və qanunamüvafiq olduğuna görə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1. maddəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəməyə yazılı ərizə verməklə iddiadan imtina edə bilər və həmin Məcəllənin 52.5. maddəsinin mənasına əsasən belə imtina qanuna zidd olmamalı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həmin Məcəllənin 261.0.4. maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı torpaq sahəsinin zəbt edilməsi məqsədilə qanunsuz hasarlanma işlərinin aparılmasının dayandırılması və görülmüş işlərin həmin şəxslərin vəsaiti hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar