Məhkəmə qərarları › İş №2(013)-3094/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3094/2024

26.12.2024 · Sair mülki iş - Digər - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3094/2024 26.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e td i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 aprel 1953-cü il tarixdə Ağdam rayonu, Güllücə kəndində anadan olmuş 15 noyabr 1998-ci il tarixdə vəfat etmiş X2, onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsindən məhkəməyə ərizə daxil olmuş və ərizədə işən onların iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini, özünün xx.xx.1979-cu ildə Ağdam rayonun un Güllücə kəndində atası, X2, anası, X1 ailəsində doğulduğunu, ata-anasının xx.xx.1979-cu ildə rəsmi olaraq nikaha daxil olduqlarını, atası A.Mikayılovun xx.xx.1998-ci ildə vəfat etdiyini, hazırda yaranmı zərurətlə bağlı aidiyyəti orqanlara müraciət etdikdə ona X2 onun atası olması faktını təsdiq edən snədin təqdim edilməsini tələb etdiklərini, ona məxsus doğum haqqında şəhadətnamədə ataya aid qrafada heç bir məlumatın göstərilmədiyini, anaya aid qrafada soyadının “Zeynalov”, adının “Fəzail”, ata adının “Allahyar” olmasının qeyd edildiyini, belə olan halda Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etdiyini, lakin Qeydiyyat Şöbəsinin arxivində ona aid doğum aktı qeydi barədə məlumat aşkar edilmədiyindən doğum tarixinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğunun tövsiyyə olunduğunu, odur ki, məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Vİ-JQ № 284881 nömrəli Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1979-cü il tarixdə anadan olmuşdur. Onun atası X4, anası isə X3r. İş materiallarında olan İİ-JQ № 303698 nömrəli xx.xx.1979-cü il tarixli X7 Şəhadətnamənin sürətindən görünür ki, X4 ilə X5 xx.xx.1979-cü il tarixdə nikah bağlamışlar. Nikah bağladıqdan sonra ərə Mikayılov, arvada Mikayılova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən, məhkəmə atalığın etiraf olunması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. 11.3. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin atası X4 ilə ərizəçinin anası X5 xx.xx.1979cü il tarixdə nikah bağlamışlar. Həmçinin, X2 Ərizəçi atası olması Vİ-JQ № 284881 nömrəli Doğum haqqında şəhadətnamə ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün qanunda göstərilən şərtlərin mövcud olmadığı üçün Ərizəçi ərizəsi təmin oluna bilməz. Beləliklə məhkəmə sadalanan sübutları və qanunvericiliyin tələblərini müqayisəli şəkildə tədqiq edib, məcmu halında qiymət verərək hesab edir ki, ərizəçinin təqdim etdiyi sübutlar bir-birini tamamlamır və ərizəçinin tələbinin əsaslı olmasına dəlalət etmir, həmçinin ərizəçinin tələb olunan hüquqi faktın müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mövcud deyildir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizənin qanuni əsası olmadığına görə həmin ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi 27 aprel 1953-cü il tarixdə Ağdam rayonu, Güllücə kəndində anadan olmuş 15 noyabr 1998-ci il tarixdə vəfat etmiş X2 onun atası olması faktının etiraf olunmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver