Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1027/2021 25.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “734.40 manat cərimə borcunun silinməsi” tələbinə dаir işə Ağdaş rаyоn Məhkəməsinin binаsındа məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “734.40 manat cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-i tərəfindən ona yazılmış 734.40 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilməsinə baxmayaq iddiaçı məhkəmə məhkəmə iclasına gəlməmişdir və məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh nümayəndəsi “734.40 manat cərimə borcunun silinməsi” tələbinə dair mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci madəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263, 264, 266-269-cu maddələrinin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “734.40 manat cərimə borcunun silinməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır Qərardaddan 10 gün müddətinə kimi Ağdaş rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1027/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1027/2021
25.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver