Məhkəmə qərarları › İş №2(014)-1111/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1111/2021

27.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1111/2021 27.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə,sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun ləğvi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərində uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsində göstərilir ki, iddia ərizəsi verilərkən işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə görə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri ərizəyə əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsidə göstərilir ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 89.4-cü maddəsində qeyd edilir ki, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Belə ki, iddiаçı İddiaçı cavabdeh ”Cavabdeh” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadəyə,sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, o, iddia tələbinin əsasını təşkil edən sübutların əslini və ya təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda məhkəmə tərəfindən işə obyektiv, tam, hərtərəfli və mötəbər sübutlar əsasında baxılması mümkün olmur. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1-ci maddələrinin tələblərinə görə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiаçıya izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152. 152.3, 152.4, 268-269-cu maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə,sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonent koduna vurulmuş borcun ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər.(Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar