Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1124/2021 08.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi X17 Ərizəçi X9 iştirakı ilə, Ərizəçi X9 maraqlı orqan Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası» haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X18 maraqlı orqan Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1950cı il tarixində Ağdaş rayon, Ağalı kəndində anadan olmağına dair doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydi bərpa edilərkən doğum tarixi və yerinin xx xxxxxx 1950-ci il, Ağdaş rayonu, Ağalı kəndi kimi, ata qrafasında X13, ana qrafasında X1 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X18 ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1950-ci ildə Ağdaş rayon Ağalı kəndində anadan olmuşdur. Doğum şəhadətnaməsində ata qrafasında X5 adı, ana qrafasında isə X3 adı qeyd edilmişdir. O doğum şəhadətnaməsi əsasında şəxsiyyət vəsiqəsi almışdır. Eyni zamanda o, 19 oktyabr 1982-ci ildə X24 ilə rəsmi nikah qeyd etdirməklə evləmişdir. Bu barədə nikah şəhadətnamələri də mövcuddur. Birgə nikahlarından 05 oktyabr 1983-cü ildə X20, 13 dekabr 1984-cü ildə X19 və 16 fevral 1990cı ildə X21 adlı uşaqları dünyaya gəlmişdir, uşaqların hər birinə doğum haqqında şəhadətnamə alınmışdır. Onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin itirmişdir. Doğum şəhadətnaməsini nə qədər axtarsa da, axtarışlar heç bir müsbət nəticə verməmişdir. Odur ki, müvafiq olaraq Maraqlı şəxsnə müraciət etmiş, lakin ona doğum haqqında akt qeydinin avtomatlaşdırılmış sistem üzrə yoxlama aparıldığını və Maraqlı şəxs arxivində aşkar olunmadığını bildirmişlər. Ona doğum şəhadətnaməsi anasından qalmış miras əmlakın qəbulu ilə bağlı lazımdır. Ona lazım olan sənədi, yəni doğum şəhadətnaməsini başqa yolla bərpa edə bilmir, odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi X14 məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı orqanın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X10 ifadə verərək bildirdi ki, Ərizəçi xalası qızıdır. X4 xalasıdır. 1905-ci ildə Ağdaş rayon. Yeniarx kəndində anadan olmuş, 14 noyabr 2004-cü ildə vəfat etmişdir. Yaşadığı illər ərzində onu X4 olaraq tanımışlar. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X25 ifadə verərək bildirdi ki, Ərizəçi bacısıdır. X4 anasıdır. 1905-ci ildə Ağdaş rayon, Yeniarx kəndində anadan olmuş, 14 noyabr 2004-cü ildə vəfat etmişdir. Yaşadığı illər ərzində onu X4 olaraq tanımışlar. Məhkəmə ərizəçinin izahatını nəzərə alaraq, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 171 saylı arayışdan məlum olur ki, xx xxxxxx 1950-ci il təvəllüdlü Ərizəçi həqiqətən 14.11.2004-cü il tarixdə vəfat etmiş X3 oğludur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu İcra Hakimiyyəti Mənzil X7 Təmir Müəssisəsi tərəfindən verilmiş 16 mart 2021-ci il 141 saylı arayışdan məlum olur ki, Ərizəçi həqiqətən ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş 20.09.2005-ci il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1950-ci ildə Ağdaş rayon, Ağalı kəndində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 10.03.2021-ci il tarixli 730 saylı məktubdan məlum olur ki, Maraqlı şəxsndə xx.xx.1950-ci il tarixdə Ağdaş rayon Ağalı kəndində anadan olmuş X9 doğumu haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, Aşağı Zeynəddin kənd soveti tərəfindən verilmiş 31 oktyabr 1983-cü il tarixli İX-ЖГ 381538 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X20 05 oktyabr 1983-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçi. anası X11r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş 24 dekabr 1984-cü il tarixli X-ЖГ 323496 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X19 13 dekabr 1984-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçi. anası X11r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş 13 mart 1990-cı il tarixli Xİİİ-ЖГ 407358 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X21 16 fevral 1990-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi. anası X11r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aşağı Zeynəddin kənd soveti tərəfindən verilmiş 19 noyabr 1982-ci il tarixli İİ-ЖГ 483918 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X18 ilə X24 nikahlarını bağlamışlar. Bu barədə akt qeydləri kitabında 19 noyabr 1982-ci il tarixli 20 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2004-cü il tarixli AZ-İ 054083 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 14.11.2004-ü il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında 29 noyabr 2004cü il tarixli 07 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli 1058 saylı məktubdan məlum olur ki, doğum haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.5-ci bəndinə əsasən ərizə icra olunması üçün Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri Xidmətinin arxivinə göndərilmiş, lakin doğum akt qeydlərində aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-021A, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarına əsasən Ağdaş rayon Yeniarx kəndi ərazisində 0.23 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-021C, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarına əsasən Ağdaş rayon Yeniarx kəndi ərazisində 0.04 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-0005, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarına əsasən Ağdaş rayon Yeniarx kəndi ərazisində 1.25 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-021D, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarına əsasən Ağdaş rayon Yeniarx kəndi ərazisində 0.33 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-021B, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarına əsasən Ağdaş rayon Yeniarx kəndi ərazisində 0.13 hektar torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, VVAQ bürosu tərəfindən verilmiş 24 iyun 1954-cü il tarixli ИЖ 196182 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X15 20 aprel 1941-ci il tarixdə anadan olmuşdur. X30 Abdulla, anası X2r. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçi xx xxxxxx 1950-ci il tarixdə Ağdaş rayon Ağalı kəndində anadan olmuşdur. Lakin Maraqlı şəxsndə onun anadan olmağı ilə bağlı hər hansı bir qeydiyyat aşkar edilməmişdir. Məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1950-ci ildə Ağdaş rayonu, Ağalı kəndində anadan olmağı faktı müəyyən edilməli, ata qrafasında- X13, ana qrafasında – X4 yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 307.2.11, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1950-ci ildə Ağdaş rayon Ağalı kəndində anadan olmağı faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən soyadı, adı və atasının adı “Ərizəçi”, «Atası» qrafasında X13, «Anası» qrafasında X4 qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1124/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1124/2021
08.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver