Məhkəmə qərarları › İş №2(014)-1329/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1329/2021

04.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1329/2021 04.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: Ərizəçi (ərizədə ərizəçi əvəzinə səhvən maralı şəxs göstərilmişdir) maraqlı orqan Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı (ərizədə səhvən Maraqlı şəxs Qəyyumluq və himayəçilik Komissiyası göstərilmişdir) əqli qüsurulu fəaliyyət qabiliyyəti olmayanın tanınması faktının təsdiq olunması haqqında ərizə ilə məhkəməyə müraciət edərək 08.09.1994-cü il tarixdə anadan olmuş qızı X1 fəaliyyət qabiliyyətinin olmaması faktının təsdiq edilməsi və özünün, yəni Ərizəçi qəyyum təyin edilməsini xahiş etmişdir. Lakin Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələbinə əməl etməmiş, yəni həmin Məcəllənin 305.1.3 və 317.2-ci maddələrinə əsasən qızı X1 fəaliyyət qabliyyətli olmayan hesab edilməsi haqqında ərizə ilə müraciət etməli olduğu halda, yuxarıda qeyd olunan ərizə ilə müraciət etmiş, həmçinin X1 onun qızı olması barədə sənəd (X1 doğum haqqında şəhadətnaməsinin surətini) təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə qızı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər, qızı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən qızı X1 üzərində qəyyum təyin edilməsi üçün Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər.(Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar