Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1336/2021 04.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh və maraqlı orqan Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə qarşı alimentlə bağlı ödənilmiş pul məbləği faktının təsdiq olunması haqqında ərizə ilə məhkəməyə müraciət edərək 2018-ci ildən bu günə qədər aliment qismində ödənilmiş pul miqdarına aydınlıq gətirilməsi və alimentlə bağlı cavabdehlikdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xüsusi icraat qaydasında hansı işlərə baxmalı olması qaydasını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində alimentlə bağlı ödənilmiş pul məbləği faktının təsdiq edilməsi nəzərdə tutulmamışdır.Həmçinin ərizə və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ərizəçi alimentin ödənilməsi ilə bağlı yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır.İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması orada göstərilir. Buna görə də hesab edirəm ki, ərizənin qəbul etməkdən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, alimentin ödənilməsi ilə bağlı yaranmış anlaşılmazlığını aradan qaldırılması üçün Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçı izah edilsin ki, alimentin ödənilməsi ilə bağlı yaranmış anlaşılmazlığını aradan qaldırılması üçün Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə müraciət etməlidir. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər.(Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1336/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1336/2021
04.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver