Məhkəmə qərarları › İş №2(014)-1405/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1405/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1405/2021 06.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71487 olan Samsung galaxy A01 markalı telefon üçün 367.2 manat ödənilməmiş hissənin, 90.8 manat cərimə borcunun,12.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71487 olan Samsung LED TV, Panasonic Saçqırxan üçün 1260 manat ödənilməmiş hissənin, 231 manat cərimə borcunun, 20.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71487 olan HOFFMANN kondisioner üçün 756 manat ödənilməmiş hissənin, 204 manat cərimə borcunun, ümumilikdə 2909 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 12.06.2020-ci il, 12.06.2020-ci il və 20.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********71487 olan Samsung galaxy A01 markalı telefon, Samsung LED TV, Panasonic Saçqırxan, HOFFMANN kondisioner, almış və nəticədə 2909 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 367.2 manat olan İMEİ kodu **********71487 olan Samsung galaxy A01 markalı telefon üçün ümumilikdə 458 manat olmaqla ondan 367.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 90.8 manat cərimə borcu, 12.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1260 manat olan İMEİ kodu **********71487 olan Samsung LED TV, Panasonic Saçqırxan üçün ümumilikdə, 1491 manat olmaqla ondan 1260 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 231 manat cərimə borcu, 20.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 821 manat olan İMEİ kodu **********71487 olan HOFFMANN kondisioner üçün ümumilikdə 960 manat olmaqla, 756 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 204 manat cərimə borcu vardır. Cavabdehin ödədiyi məbləğ 65 manat təşkil edir. Odur ki, Cavabdeh "xxxx" MMC-nin xeyrinə ümumilikdə 2909 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı "xxxx" MMC-nin baş direktoru məhkəməyə teleqrama göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh 12.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71487 olan Samsung galaxy A01 markalı telefon üçün 367.2 manat ödənilməmiş hissə, 90.8 manat cərimə borcu, 12.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71487 olan Samsung LED TV, Panasonic Saçqırxan üçün 1260 manat ödənilməmiş hissə, 231 manat cərimə borcu, 20.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71487 olan HOFFMANN kondisioner üçün 756 manat ödənilməmiş hissə, 204 manat cərimə borcu, ümumilikdə 2909 manat borcu qalmışdır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılıması istisna edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71487 olan Samsung galaxy A01 markalı telefon üçün 367.2 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, 12.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71487 olan Samsung LED TV, Panasonic Saçqırxan üçün 1260 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, 20.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71487 olan HOFFMANN kondisioner üçün 756 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2.458.20 manat (iki min dörd yüz əlli səkkiz manat iyirmi qəpik) tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar