Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1633/2021 01.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızının maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Qəbələ rayon AİK-nın 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş İN-146 A saylı kodu 40604048 və İN-146F saylı kodu 40604048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Abdullayeva (Bayramova) Rahilə Əyyub qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızı maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Qəbələ rayon AİK-nın 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş İN-146 A saylı kodu 40604048 və İN-146F saylı kodu 40604048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Abdullayeva (Bayramova) Rahilə Əyyub qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Abdullayeva (Bayramova) Rahilə Əyyub qızı məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, Qəbələ rayon AİK-nın 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş İN-146 A saylı kodu 40604048 və İN-146F saylı kodu 40604048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hər ikisində ikinci sırada Abdullayeva (Bayramova) Rahilə Əyyub qızı adı texniki səhv olaraq Bayramova “Rahibə” Əyyub qızı kimi qeyd edilmişdir. Göstərilən mülkiyyət sənədləri üzrə olan torpaq sahələrinin bir hissəsini özgəninkiləşdirmək məqsədilə maraqlı şəxslər DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilərkən məlum olmuşdur ki, qeyd edilən şəhadətnamələrin hüququ subyektlərin siyahısında hər iki sırada hüquq sahibinin adında texniki səhvə yol verilməklə Rahilə əvəzinə “Rahibə” adı qeyd edilmişdir. Mülkiyyət sənədlərindəki texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. AƏrizəçi adına Ağdaş rayonu Qaradağlı kənd İƏN-yi tərəfindən qeydə alınmış, Ağdaş rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-TN 113878 saylı doğum haqqında şəhadətnamədə Ərizəçi adı düzgün olaraq “Rahilə” kimi qedy edilmişdir. Ağdaş Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi və X2 nikah şəhadətnaməsində də düzgün olaraq Rahilə kimi qeyd edilmişdir. Odur ki, İN-146 A və 146 F saylı torpaq şəhadətnamələrindəki texniki səhvlərə düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Abdullayeva (Bayramova) Rahilə Əyyub qızına Qəbələ rayon AİK-nın qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Lakin şəhadətnamələrdə ərizəçinin adında yanlışlığa yol verilmişdir. Həmçinin ərizəçinin ailə üzvlərində Rahibə adlı şəxs yoxdur. İş materialları ilə müəyyən edilir ki, Qəbələ rayon AİK-nın 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş İN-146 A saylı kodu 40604048 və İN-146F saylı kodu 40604048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə texniki səhvə yol verilmişdir, belə ki, Abdullayeva (Bayramova) Rahilə Əyyub qızı adı səhvən X1 qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 adına Qəbələ rayon AİK-nın 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş İN-146 A saylı kodu 40604048 və İN-146F saylı kodu 40604048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Abdullayeva (Bayramova) Rahilə Əyyub qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1633/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1633/2021
01.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver