Məhkəmə qərarları › İş №2(014)-1691/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1691/2021

26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1691/2021 26.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçilər Şıxıyev Şəmsəddin Şəmi oğlu (eyni zamanda ərizəçilər Şəmi Şıxıyev və Leyla Şıxıyevanın nümayəndəsi), Şıxıyeva Suqura Məhəmməd qızı, Şıxıyev Rahib Şəmsəddin oğlu, Şıxıyeva Gülnarə Vahid qızının iştirakları ilə Ərizəçilər Şıxıyev Şəmsəddin Şəmi oğlu və qeyrilərinin maraqlı şəxs DƏDRX 17 saylı ərazi idarəsinə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Şıxıyev Şəmsəddin Şəmi oğlu və qeyriləri maraqlı şəxs DƏDRX 17 saylı ərazi idarəsinə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə Şıxıyev Şəmsəddin Şəmi oğlu, Şıxıyeva Suqura Məhəmməd qızı, Şıxıyev Rahib Şəmsəddin oğlu, Şıxıyeva Gülnarə Vahid qızı, Şıxıyev Şəmi Rahib oğlu və Şıxıyeva Leyla Rahib qızının mülkiyyətinə Ağdaş şəhəri S.Vurğun küçəsi 5/5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi verilmişdir. 2006-cı ildə torpaq islahatı keçirilən zaman onlar Ağdaş şəhər sakinləri olmuşlar. Həmin torpaq sahəsi 20 may 2006-cı ildə DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən JN-1667A nömrəli, kod-90301004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydiyyata alınmışdır. Qeydiyyat zamanı texniki səhvə yol verilmişdir. Belə ki, şəhadətnamədə Şıxıyeva Suqura Məhəmməd qızı əvəzinə Şıxıyeva Liqurə Məhəmməd qızı, Şıxıyev Rahib Şəmsəddin oğlu əvəzinə Şıxıyev Sahib Şəmsəddin oğlu, Şıxıyeva Gülnarə Vahid qızı əvəzinə Şıxıyeva Gülnarə Şəmsəddin qızı, Şıxıyeva Leyla Rahib qızı əvəzinə Şıxıyeva Laləzar Rahib qızı olaraq qeyd edilmişdir. Şəhadətnamədə torpaq mülkiyyətçisi olaraq Şıxıyev Şəmsəddin Şəmi oğlu qeyd edilmişdir. Şəhadətnamə Şıxıyev Şəmsəddin Şəmi oğlunun ailə üzvlərinə verilib və şəhadətnamədə Şıxıyev Şəmsəddin Şəmi oğlunun ailə üzvləri qeyd edilib. Hazırda torpaq sahəsinə çıxaırş əldə etmək zərurəti yaranmışdır. Həmin hüquqi əhəmiyyətli olan fakt onlara həmin torpaq sahəsini maraqlı orqan ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində adlarına qeydə aldırmaq üçün lazımdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Göstərilənlərə əsasən 20 may 2006-cı ildə DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən JN-1667A nömrəli kod-90301004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydiyyata alınmış Ağdaş şəhəri S.Vurğun küçəsi 5/5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin Şıxıyev Şəmsəddin Şəmi oğlu, Şıxıyeva Suqura Məhəmməd qızı, Şıxıyev Rahib Şəmsəddin oğlu, Şıxıyeva Gülnarə Vahid qızı, Şıxıyev Şəmi Rahib oğlu və Şıxıyeva Leyla Rahib qızına məxsus olması faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Şıxıyev Şəmsəddin Şəmi oğlu (eyni zamanda ərizəçilər Şəmi Şıxıyev və Leyla Şıxıyevanın nümayəndəsi), Şıxıyeva Suqura Məhəmməd qızı, Şıxıyev Rahib Şəmsəddin oğlu, Şıxıyeva Gülnarə Vahid qızı izahatlar verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ərizəçilər Şıxıyeva Leyla Rahib qızı, Şıxıyev Şəmi Rahib oğlu və maraqlı şəxs DƏDRX 17 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə ərizəçilər Şıxıyeva Leyla Rahib qızı, Şıxıyev Şəmi Rahib oğlu və maraqlı şəxs DƏDRX 17 saylı ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Həbilov Cabbar Məhəmməd oğlu məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, ərizəçi Şıxıyev Şəmsəddin Şəmi oğlu onun yaxın qonşusudur. Onlarla ünsiyyət edir və qonşuluq edirlər. Bildiyinə görə Şıxıyev Şəmsəddin Şəmi oğlunun uşaqları olan Şıxıyev Rahib Şəmsəddin oğlunun adı dövlət aktında səhv olaraq Rahib əvəzinə Sahib yazılmış, nəvəsi Şıxıyeva Leyla Rahib qızının adı Laləzər kimi, arvadı Şıxıyeva Suqurə Məhəmməd qızının adını da özlərinin deməsinə görə səhv olaraq Lüqura kimi, gəlini Şıxıyeva Gülnarə Vahid qızının ata adı səhv olaraq Vahid əvəzinə Şəmsəddin yazılmışdır. Bir neçə müddətdir ki, onların sənədində belə texniki səhvlərin olduğunu və həll edə bilmədiklərini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Həbilova Atlaz Ziyad qızı məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, ərizəçi Şıxıyev Şəmsəddin Şəmi oğlu onun yaxın qonşusudur. Onlarla ünsiyyət edir və qonşuluq edirlər. Bildiyinə görə Şıxıyev Şəmsəddin Şəmi oğlunun uşaqları olan Şıxıyev Rahib Şəmsəddin oğlunun adı dövlət aktında səhv olaraq Rahib əvəzinə Sahib yazılmış, nəvəsi Şıxıyeva Leyla Rahib qızının adı Laləzər kimi, arvadı Şıxıyeva Suqurə Məhəmməd qızının adını da özlərinin deməsinə görə səhv olaraq Lüqura kimi, gəlini Şıxıyeva Gülnarə Vahid qızının ata adı səhv olaraq Vahid əvəzinə Şəmsəddin yazılmışdır. Bir neçə müddətdir ki, onların sənədində belə texniki səhvlərin olduğunu və həll edə bilmədiklərini eşitmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsinin 213520001213 saylı, 06.08.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-1667A nömrəli torpağın mülkiyyət hüququna dair şəhadətnamədə hər hansı bir düzəliş edilərək yazılması 17 saylı Yevlax Ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan JN - 1667A (kod 90301004) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməndən görünür ki, Şıxıyev Şəmsəddin Şəmi oğlu və ailə üzvləri Şıxıyeva Liqurə Məhəmməd qızı, Şıxıyev Sahib Şəmsəddin oğlu, Şıxıyeva Gülnarə Şəmsəddin qızı, Şıxıyev Şəmi Rahib oğlu, Şıxıyeva Laləzar Rahib qızına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,06 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsinin Ağalı kənd soveti tərəfindən verilmiş 18.03.1953-cü il tarixli, İE seriyalı, № 950237 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Hümmətova Suqurə Məhəmməd qızı 27.02.1953-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. Atası Həbilov Məhəmməd Hümmət oğlu, anası Həbilova Kubra Əhməd qızıdır. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 10.03.1970ci il tarixli, AZ seriyalı, № 1817551 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyev Şəmsəddin Şəmi oğlu 01.07.1951-ci ildə Ucar rayonunda anadan olmuşdur. Atası Şıxıyev Şəmi İbrahim oğlu, anası Şıxıyeva Laləzər İbrahim qızıdır. İşin materiallarında olan Ağdaş rayon Aşağı Zeynəddin XDS icrayyə komitəsi tərəfindən verilmiş 30,06.1978-ci il tarixli, V-JQ seriyalı, № 374568 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyev Rahib Şəmsəddin oğlu 19.06.1978-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Atası Şıxıyev Şəmsəddin Şəmi oğlu, anası Şıxıyeva Suqurə Məhəmməd qızıdır. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən 24.01.2005-ci il tarixdə verilmiş, AZ-I seyiyalı, 564744 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyev Şəmi Rahib oğlu 18.08.2001-ci ildə Rusiya Federasiyası Volqoqrad şəhərində anadan olmuşdur. Atası Şıxıyev Rahib Şəmsəddin oğlu, anası Şıxıyeva Gülnarə Vahid qızıdır. İşin materiallarında olan Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş 12.09.2001-ci il tarixli, I-AZ seriyalı, № 063928 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Abbasova Gülnarə Vahid qızı 01.09.2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Abbasov Vahid Mirzəli oğlu, anası Abbasova Afət Nurəddin qızıdır. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 24.01.2005-ci il tarixli, AZ-I seriyalı, № 564745 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyeva Leyla Rahib qızı 08.03.2003-cü ildə Rusiya Federasiyası Rostov-na-Donu şəhərində anadan olmuşdur. . Atası Şıxıyev Rahib Şəmsəddin oğlu, anası Şıxıyeva Gülnarə Vahid qızıdır. İşin materiallarında olan AZE 01615330 saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyev Şəmsəddin Şəmi oğlu 01.07.1951-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE 02996456 saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyeva Suqurə Məhəmməd qızı 27.02.1953-cü il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE 13388144 saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyev Rahib Şəmsəddin oğlu 19.06.1978-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE 16388897 saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyeva Gülnarə Vahid qızı 01.08.1981-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AZE 17880064 saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyev Şəmi Rahib oğlu 18.08.2001-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan AA 1107998 saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Şıxıyeva Leyla Rahib qızı 08.03.2003-cü il tarixdə anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatlarından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilərə Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN- 1667A saylı (kod 90301004) şəhadətnamədə adlar siyahısında texniki səhv olaraq Şıxıyeva Suqura Məhəmməd qızı əvəzinə "Şıxıyeva Liqurə Məhəmməd qızı” kimi, Şıxıyev Rahib Şəmsəddin oğlu əvəzinə “Şıxıyev Sahib Şəmsəddin oğlu” kimi, Şıxıyeva Gülnarə Vahid qızı əvəzinə “Şıxıyeva Gülnarə Şəmsəddin qızı” kimi, Şıxıyeva Leyla Rahib qızı əvəzinə “Şıxıyeva Laləzar Rahib qızı” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları, soyadları və ata adları onların şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarına əsasən Ağdaş şəhəri S.Vurğun küçəsi 5/5 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin Şıxıyev Şəmsəddin Şəmi oğlunun, Şıxıyeva Liqurə Məhəmməd qızının, Şıxıyev Sahib Şəmsəddin oğlunun, Şıxıyeva Gülnarə Şəmsəddin qızının, Şıxıyev Şəmi Rahib oğlunun və Şıxıyeva Laləzar Rahib qızının ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-1667A saylı (kod 90301004) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Şıxıyev Şəmsəddin Şəmi oğlu, Şıxıyeva Suqura Məhəmməd qızı, Şıxıyev Rahib Şəmsəddin oğlu, Şıxıyeva Gülnarə Vahid qızı, Şıxıyev Şəmi Rahib oğlu və Şıxıyeva Leyla Rahib qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Şıxıyev Şəmsəddin Şəmi oğlu və qeyrilərinin maraqlı şəxs DƏDRX 17 saylı ərazi idarəsinə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarına əsasən Ağdaş şəhəri S.Vurğun küçəsi 5/5 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin Şıxıyev Şəmsəddin Şəmi oğlunun, Şıxıyeva Liqurə Məhəmməd qızının, Şıxıyev Sahib Şəmsəddin oğlunun, Şıxıyeva Gülnarə Şəmsəddin qızının, Şıxıyev Şəmi Rahib oğlunun və Şıxıyeva Laləzar Rahib qızının ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-1667A saylı (kod 90301004) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Şıxıyev Şəmsəddin Şəmi oğlu, Şıxıyeva Suqura Məhəmməd qızı, Şıxıyev Rahib Şəmsəddin oğlu, Şıxıyeva Gülnarə Vahid qızı, Şıxıyev Şəmi Rahib oğlu və Şıxıyeva Leyla Rahib qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar