Məhkəmə qərarları › İş №2(014)-1763/2020

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1763/2020

08.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1763/2020 08.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh və maraqlı orqan ƏMDK DƏDRX-nin 17 saylı X1rşı “mülkdən (torpaqdan) məcburi çıxarılması” tələbinə dаir işə Ağdaş rаyоn Məhkəməsinin binаsındа məhkəmə iclаsındа bахаrаq, Müəyyən etdi: İddiaçı Cavabdeh və maraqlı orqan ƏMDK DƏDRX-nin 17 saylı X1rşı “mülkdən (torpaqdan) məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonun, indiki Azadlıq küçəsinin 3/23 ünvanında, ona qanuni məxsus olan ümumi 500 kv/m. olmaqla mülki-torpaq sahəsinin ona qaytarılması və dəymiş 200(iki yüz) manat maddi,100(bir) manat isə mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. İddiaçı Cavabdeh və maraqlı orqan ƏMDK DƏDRX-nin 17 saylı X1rşı “mülkdən (torpaqdan) məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsədə, iddiaçılar qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi və müvafiq sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsində göstərilir ki, iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1-152.1.5-ci maddələrində göstərilir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu təsdiq edən sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.1.5-ci maddələrinin tələblərinə görə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun tərtib olunmadıqda, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtibedilmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsidə göstərilir ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 89.4-cü maddəsində qeyd edilir ki, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə ğörə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1-152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsini bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Ərizə bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunu riayət edilmədən tərtib edildiyindən, həmçinin ərizəyə sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İzаh еdilməlidir ki, qеyd оlunаn nöqsаnları аrаdаn qаldırdıqdаn sоnrа, təkrаrən ərizə ilə məhkəməyə mürаciət еdə bilər. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 149, 152.1, 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu mаddələrini rəhbər tutаrаq, Qərara aldım : İddiaçı Cavabdeh və maraqlı orqan ƏMDK DƏDRX-nin 17 saylı X1rşı “mülkdən (torpaqdan) məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: NİZAM ƏLİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar