Məhkəmə qərarları › İş №2(014)-1816/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1816/2021

01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1816/2021 01.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 16 yanvar 1992-ci il tarixdə Ağdaş rayon Yuxarı Ləki kəndində ölməsi faktının müəyyən edilməsinə və ölümün müvafiq icra orqanında (Qeydiyyat şöbəsində) qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsinin onunla əsaslandırmışdır ki, o, xx xxxx 1956-cı ildə Ağdaş rayon Yuxarı ləki kəndində anadan olmuşdur. 11 mart 1982-ci il tarixdə yoldaşı X5 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından beş uşaqları olmuşdur. Mərhum oğlu X2 25 avqust 1982-ci il tarixdə Ağdaş rayon Yuxarı Ləki kəndində anadan olmuşdur. Lakin 16 yanvar 1992-ci il tarixdə Ağdaş rayon Yuxarı Ləki kəndində ağ qanqırmızı qan xəstəliyindən dünyasını dəyişərək vəfat etmişdir. Mərhum oğlunu Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən qəbristanlıqda dəfn etmişlər. Lakin həmin vaxtı keçirtdikləri mənəvi sarsıntılar səbəbindən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda mərhum oğlu X1 ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün deyildir. Ona görə də mərhum oğlu X1 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Qeyd olunan ölümün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi ona evinin və torpağının sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqanın nümayəndəsi Ağdaş rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Ağdaş rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, maraqlı orqanın nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. Birgə nikahlarından 25 avqust 1982-ci il təvəllüdlü X2 anadan olmuşdur. Doğulandan qan xəstəsi olmuşdur. Oğlu 16 yanvar 1992-ci il tarixində qan xəstəliyindən vəfat etmiş və Ağdaş rayon Yuxarı ləki kənd qəbristanlğından dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi ilə X3 birgə nikahlarından 25 avqust 1982-ci il təvəllüdlü X2 anadan olmuşdur. 1992-ci il tarixində qan xəstəliyindən vəfat etmiş və Ağdaş rayon Yuxarı ləki kənd qəbristanlğından dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 bildirdi ki, Ərizəçi onun yeznəsidir. Ərizəçi ilə X3 birgə nikahlarından 25 avqust 1982-ci il təvəllüdlü X2 anadan olmuşdur. 1992-ci il tarixində qan xəstəliyindən vəfat etmiş və Ağdaş rayon Yuxarı ləki kənd qəbristanlğından dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi ilə X3 birgə nikahlarından 25 avqust 1982-ci il təvəllüdlü X2 anadan olmuşdur. 1992-ci il tarixində qan xəstəliyindən vəfat etmiş və Ağdaş rayon Yuxarı ləki kənd qəbristanlğından dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli 301 saylı arayışdan məlum olur ki, Ərizəçi həqiqətən Ağdaş rayon Yuxarı Ləki kəndində təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 289 saylı arayışdan məlum olur ki, mərhum X2 25 avqust 1982-ci ildə Ağdaş rayon yuxarı Ləki kəndində anadan olmuşdur, 16.01.1992-ci il tarixdə vəfat etmişdir və Ağdaş rayon Yuxarı Ləki kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Ağdaş rayon Orta Ləki kənd soveti tərəfindən verilmiş 11 mart 1982-ci il tarixli İİ-ЖГ 483730 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 11 mart 1982-ci ildə nikahlarını bağlamışlar. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Ağdaş rayon Orta Ləki kənd soveti tərəfindən verilmiş 28 sentyabr 1982-ci il tarixli Vİİİ-ЖГ 459046 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 25 avqust 1982-ci il tarixdə Ağdaş rayon Yuxarı Ləki kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 2467 saylı məktubdan məlum olur ki, Ərizəçi oğlu X1 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, Qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadığından, ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ərizəçi mərhum övladı X2 25 avqust 1982-ci ildə Ağdaş rayonu Yuxarı Ləki kəndində anadan olmuş və 16 yanvar 1992-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində vəfat etmişdir. Ərizəçinin övladının ölum faktı ilə bağlı vaxtında müvafiq orqanlara müraciət etmədiyindən ölümün qeydiyyatı başqa formada mümkün olmadığından rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında ifadə verən şahidlər ölüm faktını təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 avqust 1982-ci ildə Ağdaş rayonu Yuxarı Ləki kəndində anadan olmuş X2 16 yanvar 1992-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Ağdaş rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar