Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-182/2021 18.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 Ərizəçi Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X12 iştirakı ilə Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi barədə işə açıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi barədə ərizə ilə mürаciət еdərək, xx xxx 1956-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və onun və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Paranoid şizofreniya, psixi qüsur halı” diaqnozu ilə ruhi qeydiyyatda olan X3nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izah etdi ki, qardaşım X9 xx xxx 1956-cı ildə Ağdaş şəhərində anadan olmuşdur. O, hazırda yuxarıda göstərdiyi ünvanında onunla yaşayır. X1 gənc yaşlarında psixi qüsur halları baş vermiş, mərhum valideyinləri hələ sağlığında onu daima mütəmadi müayinə və müalicə etdirməklərinə baxmayaraq onun xəstəliyi getdikcə ağırlaşmağa başlamışdır. X4 xx xxxxxx 2003-cü, anası X13 isə xx xxxxxxxx 2003-cü ildə Ağdaş şəhərində vəfat etmişdir. Valideyinlərinin ölümündən sonra qardaşına o və ailəsi qulluq edir. Onun müayinə və müalicəsi ilə özü məşğul olur. X3 Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Paranoid şizofreniya, psixi qüsur halı” diaqnozu ilə ruhi qeydiyyatdadır. X3 2-ci qrup əlildir. X2 “Paranoid şizofreniya, psixi qüsur halı” diaqnozu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səhiyyə Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Nazirliyi Komissiyasının qərarı ilə 2-ci dərəcəli əlillik qrupu verilmişdir. X3 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindən məhrumdur. Odur ki, X3nun üzərində qəyyum təyin edilməyi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan heab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixatirya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X17 məhkəmə iclasında izah etdi ki, mülki işlə bağlı Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyası ərizəçinin məhkəməyə təqdim etdiyi ərizəsi ilə bağlı müəyyən araşdırmalar aparmış, ərizənin təmin edilməməsi üçün heç bir əsasların olmaması müəyyən edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı orqanın izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 1427 saylı arayışdan məlum olur ki, Ərizəçi X3 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdə “Paranoid şizofreniya, psixi qüsur halı” diaqnozu ilə ruhi qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında təqdim edilən Ağdaş rayon VVADQ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ 033098 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X14 xx xxxxxxxx 2003-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdli 152 saylı qeyd aparılmışdır. Mülki işdə olan və məhkəmə iclasında təqdim edilən Ağdaş rayon VVADQ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ 033034 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 xx.xx.2003-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdli 130 saylı qeyd aparılmışdır. Mülki işdə olan və məhkəmə iclasında təqdim edilən xx xxxxxxx 2020-ci il tarixli AZ- T 143409 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X9 xx.xx.1956-cı ildə Ağdaş rayon Ağalı kəndində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1956-ci il tarixli 54 saylı qeyd aparılmışdır. X4, anası X14 qızıdır. Mülki işdə olan və məhkəmə iclasında təqdim edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdaifəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ağdaş rayon, S.Vurğun küçəsi 12-də yaşayan İİ dərəcə əliliyi olan X9 ömürlük pensiyaçıdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin xx xxxxxxx 2020–ci il tarixli 2(014)-1840/2020 saylı qərardadı ilə iş üzrə psixatiriya ekspertizası tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2021-ci il tarixli 61 saylı ambulator məhkəmə psixiatriya ekspertizası rəyinə əsasən X9 hal-hazırda xroniki psixi xəstəlik olan Şizofreniya paranoid forma, Natamam remissiya vəziyyəti XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-ci ildə Ağdaş rayonu, Ağalı kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vasitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-182/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-182/2021
18.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver