Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1845/2021 01.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan "xxxx" ASCnin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun **********00183 abonent koduna vurulmuş 1019.96 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayon, Pirəyir kəndində ona məxsus evdə yaşayır. Yaşadığı evə quraşdırılmış elektrik sayğacı üzrə sərf etdiyi elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəmişdir. Quraşdırılmış elektrik sayğacına ayda bir dəfə həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi baxış keçirilmiş, istifadə olunan elektrik enerjisinə görə hesabat bildirişi ona təqdim etmişdir və sayğacda hər hansı nasazlığın olması barədə ona məlumat verilməmişdir. Lakin 16 iyul 2020-ci il tarixində Ağdaş rayon Pirəyir kəndində qardaşına aid olan fərdi yaşayış evində yanğın baş vermiş və X4 məxsus yaşayış evi yanaraq kül olmuşdur. Həmin gün onun adına olan sayğac yandığından nəzarətçiyə məlumat vermişdir. Onlar gələcəklərini bildirsələr də, gec gəldiklərindən ustalara yemək bişirmək üçün 5 günlük əlavə xətə götürmüşdür. 07 iyul 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, sayğac tamamilə əriyərək yox olmuşdur. Ona görə də həmin sayğacı dəyişdirərək yenisi ilə əvəz edərək və yox olan sayğaca cərimə yazmışdırlar. Bir müddət əvvəl ona məlum olmuşdur ki, sayğaca müdaxilə nəticəsində 1019.96 manat elektrik enerjisi itirildiyindən həmin məbləğ onun abunə koduna vurulmuşdur. Bildirir ki, həmin elektrik sayğacına tərəfindən hər hansı formada qəsdən yandırılmasına səbəb olmamışdır. Bundan əlavə onun evinə quraşdırılmış elektrik sayğacı həyətinin divarından çöldə, yəni küçə tərəfdə quraşdırıldığından ona nəzarət etmək iqtidarında olmamışdır. Həmin sayğaca bildiyinə görə nəzarəti cavabdeh orqanın təyin etdiyi nəzarətçi həyata keçməlidir. Ona görə də hesab edir ki, cavabdeh orqan tərəfindən 1019.96 manat itirilmiş enerjisinin dəyəri qanunsuz olaraq hesablanaraq onun abunə koduna vurulmuşdur ki, bu da istehlakçı kimi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, artıq uzun müddətdir o sayğacın quraşdırıldığı evdə yaşamır. 2010-cu ildən ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Qardaşına məxsus olan və qonşuluqda yerləşən ev yanğın nəticəsində xəsarət gördüyündən orda təmir işləri aparılarkən elektrik enerjisinə ustalara yemək bişirilməsi üçün ehtiyac yaranmış, elektrik enerjisindən kustar qoşulma yolu ilə əvvəlcədən nəzarətçi Fəqan adlı şəxsə məlumat verməklə istifadə etmişdir. Qoşulma aktda qeyd edildiyi kimi 180 gün deyil, 7 günlük müddət daxilində olmuşdur. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, qanunsuz yazılmış borcun silinməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddiaçı Ağdaş rayonu, Pirəyir kəndində yaşayan İddiaçı Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz olmaqla hesablanaraq onun **********00183 saylı abonent koduna vurulmuş 1019.96 manat borcun silinməsi tələbinə dair ’’iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddiaçı iddia tələbini aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir”. Belə ki, 07 iyul 2021-ci ii tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans Şöbəsinin rəisi Hacıyev İslam, Baş mühəndis Gözəlov.İ və mühəndis Yusifov Laçın tərəfindən RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən X8 xidmət ərazisinə daxil olan Ağdaş rayonu Pirəyir kəndində istehlakçılar tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanılarkən Ağdaş rayonu Pirəyir kəndində yaşayan məişət abonenti İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğaca giriş xəttini zədələyərək elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə istifadə etməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın tələblərinə uyğun olaraq iddiaçı barəsində 07.07.2021-ci il tarixli AKT R № 228494 saylı Akt tərtib edilmişdir. Aktda “Kənar xətdən” keçən enerjinin yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” vasitəsilə ölçülərək 2.0 kvt təşkil etməsi barədə qeydiyyat aparılmışdır. İddiaçı şəxsən iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Onun akta imza etməkdən imtina etməsi barədə aktın müvafiq hissəsində Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə aktın müvafiq hissəsində qeydiyyat aparılmışdır. “Mərkəzi Aran”RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən iddiaçı barəsində tərtib edilmiş 07.07.2021-ci il tarixli Akt R № 228494 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 593.28 manat təşkil edən 6048 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. P=2.3kvt, W=2,0 kvt x 24 s x 180 g x 0,7=6048 kvts, 1800 kvts x 0,07 =126 man, 4248 kvts x 0,11=467.28 man Cəmi:126 man + 467.28 man = 593.28 man. Bildirir ki, İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında hesabat aparılarkən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir qanunazidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, “EEİQ”-nın“ 8.32-ci bəndində "Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır’-göstərilmışdir. İddiaçı yaşadığı evdə elektrik enerjisindən “Kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 07.07.2021-ci il tarixli R 228494 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00183) X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, abonent sayğacın giriş xəttini yaralayaraq və sayğacı dövriyyədən çıxararaq sayğacdan kənar xətt vasitəsilə X1 etdiyi aşkar edilmiş, bununla əlaqədar 07.07.2021-ci il tarixli R 228494 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə kodu **********00183 olan abunə haqqında sənəddən görünür ki, 07.07.2021-ci il tarixli R 228494 saylı akta əsasən İddiaçı 180 gün müddəti üçün 593.28 manat əlavə ödəniş hesablanmışdır. İş materiallarında olan İcra Vərəqindən görünür ki, 180 gün müddətinə 6048 kvt saat miqdarında itirilmiş elektrik enerjisi dəyəri 593.28 manat müəyyən edilmişdir. İş materiallarında olan Qəbələ rayon Mənzil- Kommunal İstismar sahəsi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli 3395 saylı arayışdan məlum olur ki, İddiaçı həqiqətən məcburi köçkün olmaqla 2010-cu ilin mart ayından Qəbələ rayon Zarağan-2, bina 3, 65 saylı mənzildə aşağıdakı ailə tərkibi ilə qeydiyyatdadır və yaşayır. X5 həyat yoldaşı, övladları-X7, X6. İş materiallarında olan "xxxx" ASC “Mərkəzi Aran” RETSİ-nin nəzdində “X2 Komissiyası” tərəfindən verilmiş “25” avqust 2021-ci il tarixli MA/455 saylı protokolundan məlum olur ki, abonentin debitor borcuna 08.07.2021-ci il tarixli 419 saylı xidməti məlumata nəzarətçi mühəndis Fəqan Yusifzadənin izahatında qeyd olunanlara, sayğacın foto şəkilinə və ödəniş cədvəlinə əsasən yenidən baxılmışdır. 18770187 z/n-li elektrik sayğacının son göstəricisinin 14.06.2021-ci il tarixdə texniki səhv olaraq 4841 kvt.s oxunduğu, lakin göstəricinin (foto şəkil) 853 kvt.s olduğu nəzərə alınmalı, sayğacın faktiki son göstəricisi “Oracle” proqram bazasında 853.19 kvt.s olaraq düzəldilməli və texniki səhv olaraq vurulan sərfiyyat silinməlidir. İş materiallarında olan “Mərkəzi Aran” RETSİ Ağdaş elektrik Şəbəkəsi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli 419 saylı xidməti məlumatdan məlum olur ki, Ağdaş rayonu Pirəyir kənd sakini İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın faktiki göstəricisi 853 kvt.s olduğu halda nəzarətçi-mühəndis tərəfindən 14.06.2021-ci il tarixdə 4841 kvt.s daxil edilmişdir ki, süni olaraq abonentə 426.68 manat borc yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, bazada müvafiq düzəlişlər edilməsi, borca yenidən baxılması üçün aidiyyatı şöbələrə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 07.07.2021ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00183) X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, abonent sayğacın giriş xəttini yaralayaraq və sayğacı dövriyyədən çıxararaq sayğacdan kənar xətt vasitəsilə X1 etdiyi qeyd edilərək bununla əlaqədar 07.07.2021-ci il tarixli R 228494 saylı akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya 593.28 manat əlavə ödəniş hesablanmışdır. Bundan əlavə cavabdeh tərəfindən səhv olaraq iddiaçının hesabına vurulmuş 426.68 AZN borc da silinmişdir. Məhkəmədə işə baxılarkən iddiaçın faktiki borcu 593.38 AZN təşkil etmişdir. Məhkəmə iddia tələbinin akta əsasən tətbiq edilən pulun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya 07 iyul 2021-ci il tarixli R 228494 saylı akta əsasən 593.28 manat borc hesablanmışdır. Akta əsasən iddiaçıya 593.28 manat məbləğində əlavə ödənişin hesablanması iddiaçının istifadə etdiyi elektrik enerjisi ilə müqayisədə çox olmaqla real vəziyyətə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə elektrik enerjisindən qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında cavabdehin itirilmiş elektrik enerjisinin bərpasına görə 593.28 manat məbləğində zərərin yaranmasını bildirsə də, iş üzrə həmin halların məhkəmədə tədqiq olunması zamanı iddiaçının məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. Belə ki, əraziyə baxan cavabdehin işçisi tərəfindən 07 iyul 2021-ci il tarixə qədər iddiaçının mexaniki sayğacına baxış keçirilərkən sayğacdan kənar qoşulma halı müəyyən edilməməklə bu hala dair hər hansı akt və ya xəbərdarlıq edilmədiyindən həmin akt üzrə 180 gün hesabı ilə itirilmiş elektrik enerjisinin dəyəri hesablana və iddiaçıdan qeyd edilən məbləğdə tam tutula bilməz. Azərbaycan Respublikası Respublikasının Mülki Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən yeddi günlük istifadəsi ilə bağlı izahatını əsaslı hesab etməməklə, sayğacdan kənar qoşulmanı etiraf etməsini nəzərə alan məhkəmə itirilmiş elektrik enerjisinin bərpasına dair zərərin hesablanma müddətini 1 ay müəyyən etməklə 70.56 (1008*0.07=70.56) manat borcun iddiaçıdan alınıb cavabdehə ödənilməsi nəticəsinə gəlir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Əlavə ödəniş X1 üzrə hesablaşma dövrünə uyğun olaraq hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və iddiaçıya onun istifadə etdiyi elektrik enerjisi üzrə orta aylıq sərfiyyatına uyğun olaraq 70.56 manat məbləğində əlavə ödəniş hesablanmalı, akta əsasən hesablanmış borcun digər hissəsi – 522.72 manat isə əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yainız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etrnəlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin 07 iyul 2021-ci il tarixli R 228494 saylı aktına əsasən İddiaçı hesablanmış 593.28 manat borcun 522.72 manat hissəsi əsassız hesab edilərək iddiaçının 8**********00183 nömrəli abunə hesabından silinməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN–dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin 07 iyul 2021-ci il tarixli R 228494 saylı aktına əsasən İddiaçı hesablanmış 593.28 manat borcun 522.72 manat hissəsi əsassız hesab edilərək iddiaçının **********00183 nömrəli abunə hesabından silinsin. İddia digər hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 AZN dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1845/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1845/2021
01.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver