Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1940/2021 07.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmənin iclas katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.06.2020-ci il tarixli müqavilə üzrə Lenovo İdeapad kompüter, İMEİ Kodu **********23246 olan Sony Xperia 10 markalı telefon üçün 980.4 (doqquz yüz səksən manat 40 qəpik) manat ödənilməmiş hissə, 0( sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən Ütü Braun, HP Wireless Mouse, X1 üçün 228.6 (iki yüz iyirmi səkkiz, altmış qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01142 olan Xiaomi Redmi 8 markalı telefon üçün 435.6 (dörd yüz otuz beş, altmış qəpik) manat ödənilməmiş, hissə 0 (sıfır) manat cərimə, 10.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********70962 olan Xiaomi Mİ 9T markalı telefon üçün 789.6 (yeddi yüz səksən doqquz 60 qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu hesablanmışdır. Ümumilikdə 2434.2 manat borc 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 05.06.2020-ci il və 10.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo İdeapad kompüter, İMEİ Kodu **********23246 olan Sony Xperia 10 markalı telefon, Ütü Braun, HP Wireless Mouse, X1, İMEİ kodu **********01142 olan Xiaomi Redmi 8 markalı telefon, İMEİ Kodu **********70962 olan Xiaomi Mİ 9T markalı telefon almış və nəticədə 2434.2 (iki min dörd yüz otuz dörd 20 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1815.6 (bir min səkkiz yüz on beş manat 60 qəpik) manat (12 ay x 135.8 manat + 186 manat ilkin ödəniş) olan Lenovo İdeapad kompüter, İMEİ Kodu **********23246 olan Sony Xperia 10 markalı telefon üçün ümumilikdə 980.4 manat olmaqla ondan, 980.4 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 228.6 (iki yüz iyirmi səkkiz, altmış qəp) manat (06 ay x 38.1 manat+0 manat ilkin ödəniş) olan Ütü Braun, HP Wireless Mouse, X1 üçün ümumilikdə 228.6 manat olmaqla ondan, 228.6 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 535.6 (beş yüz otuz beş 60 qəpik) manat (18 ay x 24.2 manat +100 manat ilkin ödəniş) olan İMEİ kodu **********01142 olan Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə 435.6 manat olmaqla ondan, 435.6 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 10.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 964.6 (doqquz yüz altmış dörd 60 qəpik) manat (12 ay x 65.8 manat + 175 manat ilkin ödəniş) olan İMEİ Kodu **********70962 olan Xiaomi Mİ 9T markalı telefon üçün ümumilikdə 789.6 manat olmaqla ondan, 789.2 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu hesablanmışdır. Cavabdehin 05.06.2021–ci il tarixli müqaviləsinə əsasən, cəmi ödədiyi məbləğ 21 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 814.2 manat, ümumilikdə 835.2 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" MMC-nin baş direktoru NümayəndəF məhkəməyə teleqram ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını, iddianı müdafiə etdiklərini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçı və cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05.06.2020-ci il tarixli müqavilə üzrə Lenovo İdeapad kompüter, İMEİ Kodu **********23246 olan Sony Xperia 10 markalı telefon üçün 980.4 (doqquz yüz səksən manat 40 qəpik) manat ödənilməmiş hissə, 0( sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən Ütü Braun, HP Wireless Mouse, X1 üçün 228.6 (iki yüz iyirmi səkkiz, altmış qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01142 olan Xiaomi Redmi 8 markalı telefon üçün 435.6 (dörd yüz otuz beş, altmış qəpik) manat ödənilməmiş, hissə 0 (sıfır) manat cərimə, 10.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********70962 olan Xiaomi Mİ 9T markalı telefon üçün 789.6 (yeddi yüz səksən doqquz 60 qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, ümumilikdə 2434.2 manat məbləğində borc hesablanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.06.2020-ci il tarixli 20332930 saylı müqavilələrdən və ödəniş cədvəlindən görünür ki, Lenovo İdeapad kompüter, İMEİ Kodu **********23246 olan Sony Xperia 10 markalı telefon məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hər ay 135.8 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05.06.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20332930 saylı müqaviləyə əsasən Lenovo İdeapad kompüter, İMEİ Kodu **********23246 olan Sony Xperia 10 markalı telefon məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.06.2020-ci il tarixli 20333013 saylı müqavilələrdən və ödəniş cədvəlindən görünür ki, Ütü Braun, HP Wireless Mouse, X1 məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində hər ay 38.1 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05.06.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20333013 saylı müqaviləyə əsasən Ütü Braun, HP Wireless Mouse, X1 məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.06.2020-ci il tarixli 20333155 saylı müqavilələrdən və ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********01142 olan Xiaomi Redmi 8 markalı telefon məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hər ay 24.2 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05.06.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20333155 saylı müqaviləyə əsasən İMEİ kodu **********01142 olan Xiaomi Redmi 8 markalı telefon məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli 20340212 saylı müqavilələrdən və ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********70962 olan Xiaomi Mİ 9T markalı telefon məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hər ay 65.8 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 10.06.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20340212 saylı müqaviləyə əsasən İMEİ Kodu **********70962 olan Xiaomi Mİ 9T markalı telefon məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 21.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu 03 (üç) gün müddətində icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05.06.2020-ci il və 10.06.2020-ci il tarixli müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə 31 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 2434.2 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05.06.2020-ci il tarixli müqavilə üzrə Lenovo İdeapad kompüter, İMEİ Kodu **********23246 olan Sony Xperia 10 markalı telefon üçün 980.4 (doqquz yüz səksən manat 40 qəpik) manat ödənilməmiş hissə, 0( sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən Ütü Braun, HP Wireless Mouse, X1 üçün 228.6 (iki yüz iyirmi səkkiz, altmış qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01142 olan Xiaomi Redmi 8 markalı telefon üçün 435.6 (dörd yüz otuz beş, altmış qəpik) manat ödənilməmiş, hissə 0 (sıfır) manat cərimə, 10.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********70962 olan Xiaomi Mİ 9T markalı telefon üçün 789.6 (yeddi yüz səksən doqquz 60 qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, ümumilikdə 2434.2 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 05.06.2020-ci il tarixli müqavilə üzrə Lenovo İdeapad kompüter, İMEİ Kodu **********23246 olan Sony Xperia 10 markalı telefon üçün 980.4 (doqquz yüz səksən manat 40 qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən Ütü Braun, HP Wireless Mouse, X1 üçün 228.6 (iki yüz iyirmi səkkiz, altmış qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 05.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01142 olan Xiaomi Redmi 8 markalı telefon üçün 435.6 (dörd yüz otuz beş, altmış qəpik) manat ödənilməmiş, hissə 0 (sıfır) manat cərimə, 10.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********70962 olan Xiaomi Mİ 9T markalı telefon üçün 789.6 (yeddi yüz səksən doqquz 60 qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, ümumilikdə 2434.2 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1940/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1940/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver