Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-20/2021 22.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 5500 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manatın Cavabdeh alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, Cavabdeh onun etibarından sui-istifadə edərək 5500 manat nağd pulunu mənimsədiyi üçün Ağdaş rayon prokurorluğuna müraciət etmiş, onun şikayəti əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, qeyd olunan cinayət işi üzrə o zərərçəkmiş şəxs kimi tanınmış, Ağdaş Rayon Məhkəməsinin 1(014)-75/2019 №-li 17 sentyabr 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddia vermədiyi üçün hökmdə vurulmuş ziyanın onun xeyrinə tutulması göstərilməmişdir, buna görə də hazırki iddia ilə məhkəmə müraciət etmişdir və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, İddiaçı ona 5500 manat verməsi barədə sübut təqdim etməmişdir, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Ağdaş Rayon Məhkəməsinin 1(014)-75/2019 №-li 17 sentyabr 2019-cu il tarixli hökmünun surətindən görünür ki, Cavabdeh Tovuz rayonu, İbrahim Hacılı kənd sakini, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı onun həyat yoldaşına məxsus yaşadıqları kənddə yerləşən çay evinin qarşısındakı 1.5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair, həmçinin İddiaçı bacısı X1 həyat yoldaşı ilə aralarında məhkəmədə olan mülklə əlaqədar mübahisəli işin sonuncunun xeyrinə həll olunması ilə bağlı məhkəmədən qətnamələr çıxarılmasına köməklik göstərəcəyi adı ilə 30.08.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 400 manat, 03.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, 03.09.2018-ci il tarixdə Gəncə şəhərində 200 manat, 03.09.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 100 manat, 10.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat,12.09.2018-ci il tarixdə Ağdaş şəhərində 900 manat, 13.09.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 250 manat, 14.09.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 500 manat, 18.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, 21.09.2018ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, 24.09.2018-ci il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 400 manat, 26.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, 28.09.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, 30.09.2019-cu il tarixdə İddiaçı yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 447 manat, 04.10.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 320 manat,18.10.2018-ci il tarixdə Ağdaş şəhərində 882 manat,17.11.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 07.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 45 manat, 17.12.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, 16.01.2019-cu il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat pulunu vahid niyyətlə sonuncunun etibarından sui-istifadə edərək aldadıb alaraq, özgənin xeyli miqdarda cəmi 5500 manat nağd pulunu ələ keçirərək dələduzluq etmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10.01.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020ci il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Şəki Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyəti hissəsində məcburidir. Həmin Məcəllənin 87.6.20-ci maddəsinə əsasən zəzərçəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq hüquqlarını həyata keçirir. Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 sentyabr 2019-cu il tarixli hökmü ilə Cavabdeh dələduzluq yolu ilə İddiaçı 5500 manat nağd pulunu ələ keçirməsi müəyyən olunduğu üçün hazırki iş üzrə bu faktın yenidən sübut edilməsinə zərurət yoxdur və iddia təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələarini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5500 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5530 (beş min beş yüz otuz manat) tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-20/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-20/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver