Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2075/2021 04.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Mraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər X9, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs1, maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər X6, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs1, maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrni onunla əsaslandırmışdırlar ki, X2 və anaları X11 21.08.1970-ci ildə rəsmi ailə quraraq evlənmişlər. Onların birgə nikahlarından, Ərizəçi1, Ərizəçi2, bacı-qardaşlarıX9, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs5 anadan olmuşdur. X2 1.08.2011-ci il tarixdə, anaları X11 30.10.2000-ci il tarixdə Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən yaşadıqları evlərində vəfat etmişlər. Mərhum valideynlərinin və övladlarının, yəni onların adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə 0.48 hektar ölçüdə həyətyanı torpaq sahəsi sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-006A KOD 90308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Həmin JN-006A KOD 90308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı səhvən “Elnurə” kimi, Ərizəçi2 adı səhvən “İlhamə” kimi qeyd edilmişdir. Hazırda həmin JN-006A KOD 90308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmirəm. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, X12, X13 və ailə üzvlərinin, yəni X10, X11, X9, Qurbanova (Rəfiyeva) Günay Ağabala qızı, Qurbanova (Hüseynova) Məhəbbət Ağabala qızı, Maraqlı şəxs4 və Maraqlı şəxs5 adına rəsmiləşdirilmiş JN-006A KOD 90308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Qurbanova (Əzizova) Cehunə Ağabala qızı, Qurbanova (İsrəfilova) İlahə Ağabala qızı, X10, X11, X9, Qurbanova (Rəfiyeva) Günay Ağabala qızı, Qurbanova (Hüseynova) Məhəbbət Ağabala qızı, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etmədilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxslər X9, Maraqlı şəxs4, Maraqlı şəxs5 və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və məhkəmə iclasında iştirak edən maraqlı şəsxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Vİİİ-JQ № 404382 saylı Qəsil kənd sovetliyindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanova (İsrəfilova) İlahə Ağabala qızının adı İlahədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Vİİİ-JQ № 376511 saylı Qəsil kənd sovetliyindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanova (Əzizova) Cehunə Ağabala qızının adı Cehunədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanova (İsrəfilova) İlahə Ağabala qızının adı İlahədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 adı Cehunədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən torpaq sahəsinə dair X1, X3, X5, Maraqlı şəxs2, X7, Ərizəçi2, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs1 adları qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə 0.48 hektar ölçüdə həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-006A KOD 90308028 saylı şəhadətnamədə X4 və ailə üzvləri Maraqlı şəxs1, X9, X14, X13, Maraqlı şəxs4, Maraqlı şəxs5, X11 və X8 adları qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Ağdaş rayon Qeydiyyat şöbəsi təərfindən verilmiş 12.06.2021-ci il tarixli, 2122 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1942-ci il tarixdə Ağdaş rayonu, Bulaqotağı kəndində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş rayonu, Bulaqotağı kəndi qeyd olunmuş mərhum X4 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair 12.06.2021-ci il tarixədək yoxlama aparılmış və X4 ailə üzvləri X11, X9, X15, X14, X16, Maraqlı şəxs4 və Maraqlı şəxs5 aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən iş üzrə Maraqlı şəxs1 ünvanlanmış 23 avqust 2021-ci il tarixli **********82 №-li məktubdan görünür ki, JN-006A KOD 90308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan səhvlərin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X12, X13, X10, X11, X9, Qurbanova (Rəfiyeva) Günay Ağabala qızı, Qurbanova (Hüseynova) Məhəbbət Ağabala qızı, Maraqlı şəxs4 və Maraqlı şəxs5 adına rəsmiləşdirilmiş JN-006A KOD 90308028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X14, X16, X10, X11, X9, Qurbanova (Rəfiyeva) Günay Ağabala qızı, Qurbanova (Hüseynova) Məhəbbət Ağabala qızı, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-2075/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2075/2021
04.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver