Məhkəmə qərarları › İş №2(014)-2106/2020

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2106/2020

01.12.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2106/2020 01.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, İddiaçı və D.Nəsibovanın ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı və X3 ərizə ilə məhkəməyə müraciət edərək qonşuluqda yaşayan Cavabdeh tərəfindən evlərinin yaxınlığında, yəni yola açılan əl qapısının tam qarşısında böyük tövlə tikildiyini, evlərinin yolunu daraldaraq manelər yaratıdığın bildirmiş, bu problemin aradan qaldırılmasına və Ceyhunun ədalət məhkəməsində haqq ədalətin bərqərar olunmasına köməklik edilməsini xahiş etmişlər. Lakin İddiaçı və D.Nəsibova Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələbinə əməl etməmiş, yəni özlərini iddiaçı kimi, Cavabdeh kimi göstərməli, ona qarşı konkret tələb irəli sürməli və iki nüsxədən ibarət iddia ərizəsi təqdim etməli olduqları halda bunu etməmiş, bir nüsxədən ibarət ərizə təqdim etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmunua əməl edilmədikdə, hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı və X2 izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qayda ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı və X1 ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər.(Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar