Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2133/2021 21.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Borc tələbi haqqında iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin xeyrinə 26.05.2020-ci il tarixli müqaviləyə əsasən İmei Kodu **********03451 olan X1 8 markalı telefon və Earphones qulaqlıq üçün 264.40 manat ödənilməmiş hissənin, müştəriyə güzəşt olunaraq 26 manat cərimə borcunun, 26.05.2020-ci il tarixli müqaviləyə əsasən Panasonic markalı fen-daraq üçün 38.70 manat ödənilməmiş hissənin, müştəriyə güzəşt olunaraq 4 manat cərimə borcunun, 09.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən HOFFMANN markalı kondisioner üçün 694 manat ödənilməmiş hissənin, müştəriyə güzəşt olunaraq 69 manat cərimə borcunun, ümumilikdə 1096.10 borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC 26.05.2020-ci il tarixli, 26.05.2020-ci il tarixli və 09.06.2020-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********03451 olan X1 8 markalı telefon, Earphones qulaqlıq, Panasonic markalı fen-daraq və HOFFMANN markalı kondisioner almış və nəticədə 1096.10 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 685 manat (18 ay x 38 manat + 1 manat ilkin ödəniş) İmei Kodu **********03451 olan X1 8 markalı telefon və Earphones qulaqlıq üçün ümumilikdə, 290.40 manat olmaqla ondan, 264.40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə borcu, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 99 manat (10 ay x 9.9 manat + 0 manat ilkin ödəniş) Panasonic markalı fen-daraq üçün ümumilikdə, 42.70 manat olmaqla ondan, 38.70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə borcu, 09.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 844 manat (24 ay x 35 manat + 4 manat ilkin ödəniş) HOFFMANN markalı kondisioner üçün ümumilikdə, 763 manat olmaqla ondan 694 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 630.90 manatdır. İddianın qiyməti beş min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" MMC 26.05.2020-ci il tarixli, 26.05.2020-ci il tarixli və 09.06.2020-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********03451 olan X1 8 markalı telefon, Earphones qulaqlıq, Panasonic markalı fen-daraq və HOFFMANN markalı kondisioner almış və nəticədə 1096.10 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 685 manat İmei Kodu **********03451 olan X1 8 markalı telefon və Earphones qulaqlıq üçün ümumilikdə, 290.40 manat olmaqla ondan, 264.40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə borcu, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 99 manat Panasonic markalı fen-daraq üçün ümumilikdə, 42.70 manat olmaqla ondan, 38.70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə borcu, 09.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 844 manat HOFFMANN markalı kondisioner üçün ümumilikdə, 763 manat olmaqla ondan 694 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 630.90 manatdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. əsaslanmışdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 01 oktyabr 2021-ci il tarixə qədər qüvvədə olmuş 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26.05.2020-ci il tarixli müqaviləyə əsasən İmei Kodu **********03451 olan X1 8 markalı telefon və Earphones qulaqlıq üçün 264.40 manat ödənilməmiş hissə, 26 manat cərimə borcu, 26.05.2020-ci il tarixli müqaviləyə əsasən Panasonic markalı fen-daraq üçün 38.70 manat ödənilməmiş hissə, 04 manat cərimə borcu, 09.06.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı kondisioner üçün 694 manat ödənilməmiş hissə, 69 manat cərimə borcu, ümumilikdə 1096.10 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1126 manat 10 qəpik (bir min bir yüz iyirmi altı manat, on qəpik) tutularaq ABC TELECOM» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2133/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2133/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver