Məhkəmə qərarları › İş №2(014)-2196/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2196/2021

26.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2196/2021 26.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı2, İddiaçı4 və İddiaçı5 nümayəndəsi İddiaçı1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakının bölgüsü barədə iddasına dair mülki iş üzrə verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakının bölgüsü barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08.10.2007-ci ildə vəfat etmiş X2 və 09.11.2008-ci ildə vəfat etmiş X1 miras qalmış Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən pay torpağı, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən onlara çatası tam hissədə paya dair qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmə iclasında baxılarkən iş üzrə iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, iş üzrə cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iş üzrə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakının bölgüsü barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iş üzrə iddiaçılara qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov. İş № 2(014)-2196/2021 Birinci İnstansiya Məhkəməsində məhkəmə baxışı iclasının PROTOKOL 26 noyabr 2021-ci il Ağdaş şəhəri Ağdaş Rayon Məhkəməsi Hakim Nəsibov Famil Hümbət oğlunun sədirliyi İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakının bölgüsü barədə iddasına dair mülki iş üzrə verilmiş ərizəyə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 11:30-da başlandı. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən məhkəmə baxış iclasını açır və baxılası işi elan edir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək göstərdi ki, tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Sədrlik edən məruzə edərək bildirir ki, mülki iş İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakının bölgüsü barədə iddasına dair mülki iş üzrə İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, iş üzrə cavabdeh isə məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə müşavirə otağına getdi. Məhkəmə müşavirə otağından qayıtdı və sədrlik edən mülki işin baxılmamış saxlanılmasına dair qərardadı elan etdi. Sədrlik edən məhkəmə iclasını bağlı elan etdi. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235-50-6 www.aghdashcourt.gov.az Elektron ünvan № 2(014)-2196/2021 02 dekabr 2021-ci il İddiaçı: Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayan İddiaçı1 Ağdaş Rayon Məhkəməsinin 2(014)-2196/2021 saylı mülki iş üzrə 26 noyabr 2021ci il tarixli qərardadı əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə qaytarılır. Qoşma: Qərardadın sürəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər- cəmi 01 vərəqə. Hakim: Famil Nəsibov. AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235-50-63 www.aghdashcourt.gov.az Elektron ünvan № 2(014)-2196/2021 02 dekabr 2021-ci il Cavabdehlər: Ağdaş rayonu, qoşaqovaq kəndində yaşayan Cavabdeh1 Cavabdeh2 Ağdaş Rayon Məhkəməsinin 2(014)-2196/2021 saylı mülki iş üzrə 26 noyabr 2021ci il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardadın sürəti 01 vərəqə. Hakim: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar