Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2444/2021 19.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında kreditin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki, İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında kreditin ödənilməsi tələbi haqqında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı verilmiş tələbi təsdiq edən sənədləri, yəni maliyyə arayışını, zaminlik müqaviləsini və hüquqi xidmət üçün ödənilmiş məbləği təsdiq edən qəbzi təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən beş iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır.Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul olunmasından imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə manne olmur.Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-2444/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2444/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver