Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-313/2021 03.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı nümayəndəsi Ş.Məbudovanın Cavabdeh iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı Aliment və əlavə xərc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2018-ci ildə anadan olmuş X5 və xx xxxx 2020-ci ildə anadan olmuş X2 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər uşaq üçün 170 manat,həmçinin xx xxxx 2020-ci ildə anadan olmuş X2 adlı uşaq 3 yaşına çatana qədər hər ay 100 manat əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Ş.Məbudova məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehlə nikah münasibətlərinə daxil olaraq nikahlarını xx xxxxxxxx 2017-ci ildə rəsmiləşdirmişlər, tərəflərin birgə nikahlarından xx xxx 2018-ci ildə anadan olmuş X5 və xx xxxx 2020-ci ildə anadan olmuş X2 adlı iki uşaqları anadan olmuşdur. İddiaçının cavabdehlə münasibəti cavabdehin günahı səbəbindən pozulmuşdur,odur ki, faktik olaraq ayrılmışlar. Uşaqlar hazırda cavabdehin himayəsindədir. Ayrıldıqları vaxtdan etibarən cavabdeh uşaqlara maddi yardım etmir. İddiaçı heç bir yerdə işləməyib uşaqlara qulluq etdiyi üçün uşaqların tələbatını ödəyə bilmir.Məryəm adlı uşaq xəstədir,odur ki,mutamadi olaraq müayinə və müalicə olunur. Cavabdeh tələb edilən alimenti ödəmək iqtidarındadır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki,o,Ağdaş Rayon Polis şöbəsində polis nəfəri vəzifəsində xidmət edir və aylıq 537 manat əmək haqqı alır. Aldığı əmək haqqı olduqca aşağı olduğu üçün ancaq aşağı məbləğdə aliment ödəyə bilər. Belə ki,537 manat əmək haqqıdan başqa gəlir yeri yoxdur. Odur ki,aldığı əmək haqqının 1/3 hissəsinin hesablanaraq həmin məbləğdə aliment kəsilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx xxxxxxxx 2017-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar İşdə olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxx 2018-ci ildə anadan olmuş X5 və xx xxxx 2020ci ildə anadan olmuş X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2020-ci il tarixli İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş şəhər Ailə Sağlamlıq mərkəzinin arayışından görünür ki, xx xxx 2018-ci ildə anadan olmuş X5 və xx xxxx 2020-ci ildə anadan olmuş X2 hərtərəfli həkim müayinəsindən keçmişlər və sağlamdırlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Ağdaş RPŞ-in NH-nin sürücü polis nəfəri vəzifəsində xidmət edir və aylıq 537,40 manat əmək haqqı alır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamdıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi, 2021-ci il uşaqlar üçün yaşayış minimumu nəzərə alınaraq, həmçinin cavabdehin 537 manat 40 qəpik əmək haqqı alması nəzərə alınaraq əgər əmək haqqının 1/3 hissəsi hesablanaraq tutulacağı təqdirdə məbləğin cəmi 179 manat olacağı nəzərə alınaraq, lakin tələbdən kənara çıxıla bilmədiyi üçün iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşaqlar 18 yaşına çatana qədər onların saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat,cəmi 240 manat aliment tutulmalıdır.İddiaçı cavabdehin zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyi üçün iddia qalan hissədə rədd edilməlidir. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxx 2018-ci ildə anadan olmuş X5 və xx xxxx 2020-ci ildə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulsun. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-313/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-313/2021
03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver