Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-329/2021 03.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə İddiaçı cavabdeh Ağdaş Paylayıcı elektrik şəbəkəsinə və maraqlı şəxs “xxxx” ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş Paylayıcı elektrik şəbəkəsinə və maraqlı şəxs “xxxx” ASCyə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə iş üzrə iddiaçı işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmamış, yəni hüquqi şəxs olmayan Ağdaş Paylayıcı elektrik şəbəkəsini iddia ərizəsində cavabdeh kimi göstərməsinə baxmayaraq, hüquq şəxs olan “xxxx” ASC-ni iddia ərizəsində maraqlı şəxs kimi göstərmişdir. Verilmiş müddət ərzində isə mövcud nöqsanı aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümum qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iş üzrə iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Ağdaş Paylayıcı elektrik şəbəkəsinə və maraqlı şəxs “xxxx” ASCyə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər.(Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-329/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-329/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver