Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-450/2021 04.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi X2 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1961-ci il tarixində Ağdaş rayon, Qəribli kəndində anadan olmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, o, xx xxxxxx 1961-ci ildə Ağdaş rayon Qəribli kəndində atası Yahyayev Nurunun ailəsində anadan olmuşdur. Bununla bağlı Ağdaş rayon dövlət Arxivində saxlanılan Ağdaş rayon Yuxarı Nemətabad kəndinə aid olan 1986-1987-1988-1989-1990-cı illərin 10 nömrəli kənd təsərrüfatbaşına kitabının 297 nömrəli təsərrüfatı X1 adına olmaqla təsərrüfatında onun olmağı və xx xxxxxx 1961-ci ildə anadan olmağı göstərilmişdir. Lakin buna baxmayaraq həmin dövrdə Qeydiyyat şöbəsində ona məlum olmayan səbəblərdən anadan olmağı ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır.1979-cu ildə 18 yaşı tamam olduğunda hərbi xidmətə yollanmışdır. Anadan olmağı ilə bağlı doğum tarixi hərbi biletində də xx xxxxxx 1961-ci il olaraq qeyd edilmişdir. Lakin bununla bağlı bugünədək heç bir orqanada müraciət edilməmişdir. Hazırda isə təqaüdə çıxmaq üçün doğum faktının müəyyən olunmasına ehtiyac yaranmışdır. Onun doğum faktını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də onun doğumunun müəyyən edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Ərizəçiı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, doğum haqqında metirkası ev yananda yanmışdır. Hal-hazırda heç bir yerdən tapmaq mümkün deyildir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı orqanın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1983-cü il tarixli İİİ-ЖГ 327594 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi ilə X3 nikahlarını bağlamışlar. Bu barədə Ağdaş rayon VVAQ Şöbəsində nikahlarını xx xxxxxx 1983-cü il tarixdə 114 saylı qeydə aldırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2057 saylı məktubdan məlum olur ki, Ərizəçi doğumu haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Maraqlı şəxs arxivində, habelə Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadığından, doğum faktının, vaxtının və yerinin müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon dövlət arxivi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 108 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon dövlət Arxivində saxlanılan Ağdaş rayon Yuxarı Nemətabada kəndinə aid olan 1986-1987-1988-1989-1990-cı illərin 10 nömrəli kənd təsərrüfatbaşına kitabının 297 nömrəli təsərrüfatı X1 adına olmaqla təsərrüfatında Ərizəçi olmağı və xx xxxxxx 1961ci ildə anadan olmağı göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən НЗ № ******* saylı hərbi biletdən məlum olur ki, Ərizəçi xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçi xx xxxxxx 1961-ci il tarixdə Ağdaş rayon Qəribli kəndində anadan olmuşdur. Lakin Maraqlı şəxsndə onun anadan olmağı ilə bağlı hər hansı bir qeydiyyat aşkar edilməmişdir. Məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1961-ci ildə Ağdaş rayonu, Qəribli kəndində anadan olmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 307.2.11, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1961-ci ildə Ağdaş rayon Qəribli kəndində anadan olmasının qeyd edilmə faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-450/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-450/2021
04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver