Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-451/2021 10.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi X9 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 Ağdaş rayonu, Türyançay qəsəbəsində anadan olması, adının X3, anası Ərizəçi, atasının X10 olması faktının müəyyən edilməsi və X2 doğum haqqında şəhadətnamənin verilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, xx.xx.1999-cu il tarixdə X10 ilə rəsmi nikah qeydə aldırmadan evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2002-ci il tarixdə X5, xx.xx.2003-cü il tarixdə əkiz X11 və X12 anadan olmuş, qanunla müəyyən edilmiş qaydada onların doğumunu qeydə aldırıb, bu barədə doğum haqqında şəhadətnamə almışdır. Lakin xx.xx.2018-ci il tarixdə doğulmuş X1 doğumunu qeydə aldıra bilməmişdir. Belə ki, Yağmur Ramazanovaya hamilə olarkən səhhətində problemlər yaranmış, həkimlərin məsləhətinə görə hamiləliyini yataq şəraitində keçirməli olmuş, bu səbəbdən Yağmur ev şəraitində dünyaya gəlmişdir. Doğum prosesi baş verdikdən sonra, qanunla müəyyən edilmiş qaydada səhiyyə müəssisəsindən doğumun qeydə alınması üçün müvafiq sənədi almadığı üçün Maraqlı şəxs Yağmurun doğumunun qeyd almaqdan imtina etmiş və tövsiyyə etmişdir ki, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etsin. X8 doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədi almasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək. X1 doğum faktının tanınması zərurəti yaranmışdır və ona müvafiq doğum haqqında şəhaədtnamə verilməlidir. Ərizəçi məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X10 ifadə verərək bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. Ərizəçi qızı Yağmura hamilə olarkən, səhhətində ağrılar olmuş, həkim məsləhətinə əsasən evdə yataq şəraitində müalicə olunmuşdur. xx.xx.2018-ci il tarixdə qəfildən Aynurənin ağrıları qalxmış və Yağmuru dünyaya gətirmişdir. Ağrıları şiddətli olduğu üçün tibb məntəqəsinə aparmaq mümkün olmamışdır. Doğum prosesi baş verərkən, evdə bacısı Zərifə və qonşusu Ulduzə olmuşdur. xx.xx.2018-ci il tarixdə dünyaya gəlmiş Yağmur onun qızıdır. Onun atası odur və doğum akt qeydində ata qrafasında adının yazılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X13 ifadə verərək bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. xx.xx.2018-ci il tarixdə yaşadığı evdə olarkən, Aynurənin həyat yoldaşı təcili onlara gəlməyini xahiş etmiş, Aynurənin yaşadığı evə gələrkən, sonuncunun Yağmuru dünyaya gətirdiyini görmüşdür. Aynurənin ağrıları şiddətli olduğu üçün tibbi məntəqəsinə gedə bilməmişdir. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X6 ifadə verərək bildirdi ki, Ərizəçi onun yaxın qohumdur. xx.xx.2018-ci il tarixdə qardaşı X4 yaşadığı Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən evində olarkən, həyat yoldaşı Ərizəçi Yağmuru dünyaya gətirmişdir. Aynurənin ağrıları şiddətli olduğu üçün tibbi məntəqəsinə gedə bilməmişdir. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı orqanın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və şahid ifadələrini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli Vİ-ЖГ 413337 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 ilə X14 nikahlarını bağlamışlar. Bu barədə Ağdaş rayon VVAQ Şöbəsində nikahlarını xx xxxxxx 1999-cu il tarixdə 95 saylı qeydə aldırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-2732 saylı məktubdan məlum olur ki, Ərizəçi uşağın doğulması faktını təsdiq edən sənədin olmamasını nəzərə alaraq, Qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün olmadığından, doğum faktının, vaxtının və yerinin müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçi 1999-cu il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.1999-cu il tarixdə AR Ağdaş rayonu VVAQ şöbəsində 95 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan xx.xx.2018-ci il tarixdə X7 anadan olmuşdur. Ərizəçi Yağmur Ramazanovaya hamilə olarkən səhhətində problemlər yaranmış, həkimlərin məsləhətinə görə hamiləliyini yataq şəraitində keçirməli olmuş, Bu səbəbdən Yağmur ev şəraitində dünyaya gəlmişdir. Doğum prosesi baş verdikdən sonra, qanunla müəyyən edilmiş qaydada səhiyyə müəssisəsindən doğumun qeydə alınması üçün müvafiq sənədi almadığı üçün Maraqlı şəxs Yağmurun doğumunun qeyd almaqdan imtina etmişdir. Məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, X7 07.06 2018-ci ildə Ağdaş rayonu, Türyançay qəsəbəsində anadan olmağı faktı müəyyən edilməli, ata qrafasında- X10, ana qrafasında – Ərizəçi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 307.2.11, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 xx.xx.2018-ci ildə Ağdaş rayon Türyançay qəsəbəsində anadan olmağı faktı müəyyən edilsin. X2 doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı, adı və atasının adı “X7”, «Atası» qrafasında X19 oğlu, «Anası» qrafasında Ərizəçi qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-451/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-451/2021
10.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver