Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-464/2021 26.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdeh1 iştirakı ilə «FİNCA Azerbaijan» MMM QBKT-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan» MMM QBKT Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3838,82 manat əsas borcun, 1152 manat faiz borcun, cəmi 4990,82 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «FİNCA Azerbaijan» MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «FİNCA Azerbaijan» MMM QBKT iddiasını onunla əsaslandırmışdır ki, «FİNCA Azerbaijan» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli **********0368 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün «FİNCA Azerbaijan» MMM QBKT ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 ilə birlikdə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq xx xxxx 2020-ci il tarixli **********0047 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc 3838,82 manat, faiz 0 manat,cərimə 0 manat müəyyən edilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu, hər ay ödəniş etməli olduğu halda borclu Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri cəmiyyətə ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda cavabdehlərin «FİNCA Azerbaijan» MMM QBKT-yə 3838,82 manat əsas borcu, 1152 manat faiz borcu, cəmi 4990,82 manat məbləğində borcu vardır. Buna görə də Cavabdeh1 və Cavabdeh3 və Cavabdeh2 3838,82 manat əsas borcun, 1152 manat faiz borcun, 81,60 manat cərimə borcun, cəmi 4990,82 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «FİNCA Azerbaijan» MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı «FİNCA Azerbaijan» MMM QBKT tərəfindən məhkəməyə teleqram ilə müraciət edilərək məhkəmə iclasında məhkəmə iclaslarının çox olması səbəbi ilə iştirak edə bilməyəcəklərini, iddia tələbini tam müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər, məhkəmə «FİNCA Azerbaijan» MMM QBKT-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, maddi imkanı zəif olduğu üçün kredit borcunu ödəyə bilməmişdir. Odur ki, hazırda iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2nun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki,«FİNCA Azerbaijan» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli **********0368 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün «FİNCA Azerbaijan» MMM QBKT ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 ilə birlikdə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq xx xxxx 2020-ci il tarixli **********0047 saylı yeni hesab nömrəli sazi.lə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc 3838,82 manat, faiz 0 manat,cərimə 0 manat müəyyən edilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu, hər ay ödəniş etməli olduğu halda borclu Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri cəmiyyətə ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda cavabdehlərin «FİNCA Azerbaijan» MMM QBKT-yə 3838,82 manat əsas borcu, 1152 manat faiz borcu, cəmi 4990,82 manat məbləğində borcu vardır, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə kredit müqaviləsi bağlayıb üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə sözügedən tələblə müraciət etməkdə tam haqlıdır.Odur ki,iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3838,82 manat əsas borc, 1152 manat faiz borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5020,82 (beş min iyirmi manat səksən iki qəpik) tutularaq «FİNCA Azerbaijan» MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-464/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-464/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver