Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-531/2021 16.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə” dair işə Ağdaş rаyоn Məhkəməsinin binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon, Şəmsəbad kənd İcra Nümayəndəliyi tərəfindən onun, yəni Ərizəçi qızının 23 noyabr 1958-ci ildə Ağdaş rayonun Aral Bir kəndində anadan olmasına dair vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeyd edilmiş xx xxxxxx 1958-ci il tarixli, 142 saylı doğum haqqında akt qeydinin, valideynlərinin xx xxxxxxxx 1978-ci ildə nikaha daxil olmasına dair Ağdaş rayonu Xosrov kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxxxx 1978ci il tarixli, 12 saylı nikahın bağlanması haqqında akt qeydinin və atasının xx xxxxxx 2020ci ildə Ağdaş rayonunun Aral Bir kəndində ölməsinə dair Maraqlı şəxs tərəfindən aparılmış xx xxxxxx 2020-ci il tarixli 417 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə, maraqlı orqan təərəfindən doğum, nikah və ölüm haqqında akt qeydiyyatları kitablarında onun atasının adının Salih göstərilməklə qeydin düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx xxxxxx 1958-ci ildə Ağdaş rayonunun Aral Bir kəndində anadan olmuşdur.X1 və X5 olmuş, onun sioyadı mərhum babası Hümmət Umarovun sərəfuinə “Hümmətova” yazılmışdır. X2 xx xxxxxx 2020-ci ildə Ağdaş rayonunun, Aral Bir kəndində vəfat etmişdir. Atasının adı Salih olmasına baxmayaraq onun doğum haqqında şəhadətnaməsində “Saleh” kimi yazılmışdır. Halbuki, xx xxxx 1944cü il tarixli 190 nömrəli doğum akt qeydində və mərhum atasının adına işlənmiş İE seriyalı, 74657 nömrəli doğum haqqında şəhadətnamədə atasının adı ”Salih” yazıllmışdır. Yaşa görə pensiyaya çıxmağı və valideyinlərinə qulluq etdiyi müddətin əmək stajına hesablanması ilə əlaqədar tələb olunu sənədlər DSMF-nin Ağdaş rayon Şöbəsinə təqdim edilərəkən ona məlum olmuşdur ki, doğum haqqında şəhadətnamədə ata adı Salik, valideyinlərini nikah haqqında şəhadətnamələrində və atanın ölüm haqqında şəhadətnaməsində ata adı ” Saleh” qeyd edilmişdir. Yaranmış mübahisə ilə bağlı Ağdaş rayon Qeydiyyat Şöbəsinə müraciət edərkən ona mübahisənin ancaq məhkəmə qaydasında həllinin mümkün olduğu bildirilmişdir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ş. Hümmətova məhkəmədən, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işin məhkəmə baxışı xx xxxxxx 2021-ci il tarixə, saat 10:30-a və 16 fevral 2021-ci il tarixə, saat 15:10-a təyin edilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəyə münasibət bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini, akt qeydlərinin düzgün olmamasının müəyyən edilməsi və müvafiq düzəlişlərin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə”dair ərizəsi baxılmamış saxlanılmışdır. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin: 305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. İş materiallarında olan sənədlərin təsdiq edilmiş sürətindən görünür ki, ərizəçinin atasının adı müxtəlif sənədlərdə “Salik”, “ Saleh” şəklində qeyd edilmiş, ərizəçinin atasının “Ərizəçi” qızından başqa, “X6” qızı və “X8” oğlu adlı övladları olmuşdur. Göründüyü kimi ad hüququ ilə bağlı mübahisə vardır. Ərizəçinin xahiş etdiyi düzəlişlər gələcəkdə digər şəxslərin hüquq və mənafələrində toxdunmaqla hüquq haqqında mübahisəni ehtiva edir. Buna görə də hazırkı ərizənin xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 259, 259.0.9,305,306,260, 263-264, 266-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə” dаir ərizəsi bахılmаmış sахlаnılsın. Ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərаrdаddаn qərаrdаd tərəfə rəsmi qаydаdа vеrildikdən sоnrа 10 gün müddətində Ağdaş rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. HAKİM: NİZAM ƏLİYEV.
Məhkəmə qərarları › İş №2(014)-531/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-531/2021
16.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver