Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-61/2021 29.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı2 və İddiaçı1 iştirakı ilə İddiaçı2,İddiaçı1 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma,qanunsuz hərəkətlərə son qoyulma və dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında, Müəyyən etdi: İddiaçı2,İddiaçı1 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma,qanunsuz hərəkətlərə son qoyulma və dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon X1 xx xxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə X2 və onların ümumi birgə mülkiyyətinə verilmiş Pirkəkə kənd ərazisində yerləşən 3,99 hektar torpaq sahəsindən Cavabdeh MMC çıxarılması, Cavabdeh MMC-nin onun torpaq sahəsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması, həmçinin Cavabdeh MMC tərəfindən onlara dəymiş 10000 manat maddi ziyan ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2,İddiaçı1 və İddiaçı3 iddialarını onunla əsaslandırmışlar ki, Ağdaş rayon X1 xx xxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə X2 və onların ümumi birgə mülkiyyətinə Pirkəkə kənd ərazisindən 3,99 hektar torpaq sahəsi verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X2 xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. Qeyd edir ki, “Cavabdeh» MMC onların və qonşu kəndlərdə torpaqları satın almaqla təsərrüfatla məşğul olaraq gəlir götürürlər. 2017-ci ilin sonlarında Cavabdeh MMC-nin rəhbərləri onların yanına gələrək qonşuluqda olan bütün torpaqları satın aldıqlarını və ortada yalnız onların torpağının qaldığını və onların torpağını da satın almaq istədiklərini bildirmişlər. Qeyd edir ki, həmin vaxt kənddə torpağın hektarı 1500 manat olduğu halda,cavabdehin təkidi ilə öz torpaqlarını cəmi 2100 manata Cavabdeh MMC-yə satmağa qərar vermişlər və bu barədə aralarında razılaşmışlar. Lakin Cavabdeh MMC vədinə əməl etməyərək torpağa dair onlara 1920 manat pul verərək yerdə qalan məbləğin sənədləşməyə xərclənəcəyini bildirmişdilər. Odur ki, onların mülkiyyətində olan torpaq sahəsini Cavabdeh MMC-yə vermişlər. Lakin aradan bir müddət keçmiş, onlar torpaq sahəsinə dair alqı-satqı bağlanılmasını və torpağın adından çıxarılmasını cavabdehdən tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Nəzərə çatdırmaq istəyirlər ki, torpaq sahəsi adında olduğu müddətdə onlar dövlət yardımlarından məhrumlar. Aztəminatlı ailə olduqlarına baxmayaraq sosial müavinət adlarına torpaq olduğu üçün onlara düşməmişdir. Həmçinin daha sonra öyrənmişlər ki, cavabdeh yoldaşının adından sənədləşmə apararaq dövlət tərəfindən təsərrüfatla məşğul olan şəxslərə ayrılan yardımı alaraq onlara maddi ziyan vurmuşdur. Cavabdeh həm onların torpağında təsərrüfatla məşğul olaraq adına gələn yardımları mənimsəyərək külli miqdarda gəlir götürür, həm də ki, torpaq sahəsinə dair rəsmi qaydada alqı-satqı bağlamayaraq onları dövlət tərəfindən verilən yardımlardan məhrum qoymuşdur. Onlar alqı-satqı bağlanmasını tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Odur ki, onlar torpaq sahələrini cavabdehdən geri tələb etmişlər. Sonuncu dəfə cavabdehə xəbərdarlıq edərək torpaq sahələrini onlara qaytarılmasını tələb etdikdə cavabdehin əməkdaşları onlara hədə-qorxu gəlmişdir.Qeyd edir ki, torpaq satılarkən İddiaçı3 torpağın satılmasına razılıq verməmişdir. Hesab edirlər ki, bu müddət ərzində cavabdehin qanunazidd əməlləri nəticəsində əldən çıxmış fayda olaraq onlara 10000 manat ziyan dəymişdir. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı3 məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini,işə iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olamadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin direktoru etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etiraz ərizəsində qeyd etmişdir ki, “Cavabdeh FT” MMC-nin əsas fəaliyyəti kənt təsərrüfatı olub heyvandarlıq və əkinçiliklə məşğul olur. Bu məqsədlə Ağdaş rayon kəndləri ərazisində torpaq sahələri alaraq əkinçiliyi həyata keçirir. 2015-ci ildə Ağdaş rayon Pirkəkə kənd ərazisində bir neçə şəxsin o cümlədən cavabdehlərə məxsus iddia ərizəsində qeyd edilən torpaq sahəsini qarşılıqlı razılaşmaya əsasən satın almış, həmin vaxt iddiaçının da qeyd etdiyi kimi, torpaq sahəsinin satın alınması məqsədilə pul ödənilmiş və bu məqsədlə qəbz də alınmışdır.Torpaq sahəsinin satılmasının rəsmiləşdirilməsi onlardan deyil, iddiaçılardan asılı olan səbəblərə görə mümkün olmamışdır. Belə ki, alqı-satqını həyata keçirmək üçün torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd edilmiş şəxslərin hamısı birlikdə notariat kontoruna gələrək torpağın satılmasına dair razılıq verməli olduqlan halda bunu etməmiş, eyni zamanda qeyd edilən dövlət aktında adları qeyd edilmiş şəxslərin bəziləri vəfat etdiyi üçün vərəsəlik işinin açılması və pay hüquqları məsələsi həll edildikdən sonra alqı-satqı müqaviləsi rəsmiləşdirilməli idi. Lakin iddiaçılar notariat kontorunda vərəsəlik işini həll etməmiş, nə də dövlət aktında adları keçən şəxslərin razılıq ərizələrinin alınmasını həll etməmişdir. Bu səbəbdən də torpağın alqı-satqısının rəsmiləşdirilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçıların özlərindən aslı olan səbəblərə görə torpaq sahəsini adlarından çıxara bilməmişlər. İddiaçıların iddia ərizəsində əsaslandırdıqları torpaq sahəsinin satılmasının rəsmiləşdirilməməsi səbəbindən dövlət tərəfindən verilməli olan sosial yardımdan məhrum olması ilə bağlı da qeyd edirlər ki, ilk olaraq sosial yardım üçün müraciətlərini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməməsi, eyni zamanda alqı-satqı üçün öhdəliklərin məhz iddiaçılar tərəfindən icra edilməməsi səbəbindən olmuşdur. İddia ərizəsində istinad edilən maddi hüquq normaları da iddia ərizəsinin mahiyyətinə və işin faktiki əsaslarına uyğun gəlmir. Belə ki, iddia ərizəsində istinad edilən AR Mülki Məcəlləsinin 152.1. maddəsinin dispozisiyasına və iddia ərizəsinin mahiyyətinə nəzər salarkən müəyyən olur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək kimi hüquqlarından istifadə edərək torpaq sahəsinin satmış, 157.2. maddəsinin tələblərindən göründüyü kimi torpaq sahəsi cavabdehin sahibliyində qanuni əsaslarla pul vəsaiti ödənilməklə olmuşdur. Eyni zamanda AR Torpaq Məcəlləsinin 111.1. maddəsinin tələbləri də tərəfimizdən pozulmamış, qeyd edilən torpaq sahəsi zəbt edilərək deyil, alqı-satqı məqsədləri üçün pul vəsaiti ödənilərək alınmışdır. Eyni zamanda iddiaçılar məhkəməyə vurulmuş maddi ziyanın ödənilməsini tələb etsə də bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən iddiaçı sübut etmə vəzifəsini yemə yetirmədiyi təqdirdə vumlmuş maddi ziyanın təmin edilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN255,KOD90311018 saylı dövlət aktına əsasən Ağdaş rayon X1 xx xxxxxx 1998-ci il tarixli 19 saylı qərarı ilə X2, İddiaçı2,İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə Pirkəkə kənd ərazisindən 3,99 hektar torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X2 xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, edilən torpağa mülkiyyət hüququna dair JN255,KOD90311018 saylı dövlət aktına əsasən iddiaçılara məxsus olan 3,99 ha torpaq sahəsindən bütövlükdə istifadə olunduğu müəyyən edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi baxışda iştirak etmədiyindən iddiaçıya məxsus 3.99 ha torpaq sahəsinin onun və ya başqa şəxslərin istifdəsində olub-olmaması müəyyən etmək mümkün olmamışdır. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 82,88 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin səxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsaəsn iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olundu ki, mübahisə predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. Belə ki, verilmiş mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin bütöv şəkildə istifadə edildiyi,lakin torpaq sahəsinin cavabdeh və ya başqa şəxslərin istifdəsində olubolmaması müəyyən etmək mümkün olmadığı qeyd edilsə də, cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində mübahisəli torpaq sahəsinin iddiaçılarla bağlanmış alqı-satqı müqaviləsi əsasında onların istifadəsində olduğunu bildirərək həmin torpaq sahəsi müqabilində pul ödədiklərini, lakin cavabdehlərin günahı səbəbindən alqı-satqını rəsmiləşdirmədiklərini bildirmişlər. İddiaçılar isə öz iddia ərizələrində cavabdehlə mübahisə predmeti olan torpaq sahəsinə dair alqı-satqı bağladıqlarını bildirsələr də, cavabdehlərin günahı səbəbindən rəsmiləşdirilməməsini bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Lakin tərəflər məhkəməyə mübahisəli torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş alqı satqı müqaviləsi və ya alqı-satqının etibarlı hesab edilməsinə dair hər hansı məhkəmə qərarı təqdim etməmişlər. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıların mülkiyyət sahəsindən qanunsuz istifadə etdiyi müəyyən olunduğundan, belə ki, mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçiləri olan iddiaçılar cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmələrinə baxmayaraq,cavabdeh torpaq sahəsindən istifadə etməyə davam etdiyindən,iddia qismən təmin edilərək cavabdeh mübahisə predmeti olan iddiaçıların ümumi birgə mülkiyyətindəki torpaq sahəsindən çıxarılmalı,həmin torpaq sahəsi ilə bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, iddia maddi ziyan tələbi hissəsində müvafiq mötbər sübutlarla isbata yetmədiyi üçün qalan hissədə rədd edilməlidir, ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 82,88 manat cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC X2, İddiaçı2,İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmiş Pirkəkə kənd ərazisində yerləşən 3,99 hektar torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 82,88 manat (səksən iki manat səksən səkkiz qəpik) Cavabdeh MMC-dən tutularaq aşağıdakı hesaba köçürülsün: Kapital Bankın 1 saylı Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift: AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N: AZ23AİİB******************** İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-61/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-61/2021
29.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver