Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-614/2021 06.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Ərizəçi Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi barədə işə açıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasına qarşı “şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi barədə ərizə ilə mürаciət еdərək, “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə Ağdaş rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində qeydiyyatda olan 29.10.2002-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, oğlu 29.10.2002-ci il təvəllüdlü X4 anadangəlmə xəstədir, “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə Ağdaş rayon Mərkəzi xəstəxanasının poliklinika şöbəsində qeydiyyatdadır. O hazırda yuxarıda göstərdiyi ünvanında onunla yaşayır. O uşaq vaxtlarından xəstəlikləri ilə əlaqədar müxtəlif xəstəxanalarda qeydiyyatda olmuş və müalicə almışdır. Oğlu xəstəliyi ilə əlaqədar təhsil ala bilməmiş və ailə qurmamışdır. Öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindən məhrumdur. Odur ki, oğlu 29.10.2002-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməyi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mаrаqlı orqan Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyasının nümayəndəsi X9 məhkəmə iclasında izah etdi ki, mülki işlə bağlı Ağdaş rаyоn İcrа Hаkimiyyətinin Qəyyumluq və Himаyəçilik Komissiyası ərizəçinin məhkəməyə təqdim etdiyi ərizəsi ilə bağlı müəyyən araşdırmalar aparmış, ərizənin təmin edilməməsi üçün heç bir əsasların olmaması müəyyən edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı orqanın izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsi tərəfindən verilmiş 12 dekabr 2020-ci il tarixli 1554 saylı arayışdan məlum olur ki, 29.10.2002-ci il təvəllüdlü X4 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə ruhi qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında təqdim edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 19 mart 2016-ci il tarixli AZ-İİİ 733102 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X4 29.10.2002-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 08 noyabr 2002-ci il tarixli 36 saylı qeyd aparılmışdır. X1, anası Ərizəçi qızıdır. Mülki işdə olan və məhkəmə iclasında təqdim edilən Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 01 iyun 2006-cı il tarixli AZ-İ 225923 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X6 ilə Ərizəçi arasında nikah 02 oktyabr 2002-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 oktyabr 2002-ci il tarixli 335 saylı qeyd aparılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin 22 fevral 2021–ci il tarixli 2(014)-614/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixatrik ekspertizası təyin edilmiş, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 24 aprel 2021-ci il tarixli 59 saylı ambulator məhkəmə psixiatriya ekspertizası rəyinə əsasən X4 uşaqlıqdan Ağır dərəcəli kəmağıllıq, kəskin ifadə olunmuş davranış pozğunluqları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 oktyabr 2002-ci ildə Ağdaş şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vasitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-614/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-614/2021
06.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver