Məhkəmə qərarları › İş №2(014)-724/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-724/2021

29.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-724/2021 29.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Namətova (Zeynalova) Xurmayə Mehman qızının, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və qeyrilərinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X8 X15 ilə 25 dekabr 1987-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Onların birgə nikahlarından İddiaçı anadan olmuşdur. Onların birgə nikahlarından başqa uşaqları olmamışdır. Mərhum atası X38 ilə birinci nikahda olmuşdur və onların birgə nikahlarından 5 nəfər övladları olmuşdur. Mərhum atasının arvadı X38 isə 1977-ci ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüşdür. Onların övladlarından X26, X32 və X39 vəfat etmişlər. X39 ailəli olmamışdır. X32 ailəli olmuşdur və onun 3 nəfər övladları vardır. X26 da evli olmuşdur, lakin onun övladları olmamışdır. Mərhum atası üçüncü şəxs anası ilə ikinci nikahda olmuş və onlar birgə nikah dövründə Ağdaş rayonunun Kükəl kəndi ərazisində bir mərtəbəli qarşısı şüşəbənd olan iki otaqdan ibarət yaşayış evi tikdirmişlər. İddiaçı həmin evdə anadan olmuşdur. 07 may 2008-ci ildə Ağdaş rayonunun Kükəl kənd sakini X22 ilə ailəli olmuş və “Ramazanova” soyadını qəbul etmişdir. Ağdaş Rayon Məhkəməsinin 12 may 2020-ci tarixli qətnaməsi ilə X22 ilə aralarında qeyd edilmiş nikah pozulmuşdur və nikah pozulduqdan sonra o, yenidən “Namətova” soyadını qəbul etmişdir. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Ağdaş rayonunun Kükəl kəndi ərazisində qanuni istifadələrində olan 0,35 hektar həyətyanı torpaq sahəsi və eləcə də həmin kənd ərazisində 0,5612 hektar və 0,5754 hektar olmaqla iki müxtəlif yerdən ümumilikdə 1,1366 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir və bu barədə adına müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,5612 və 0,5754 hektar olmaqla, cəmi 1,1366 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini ayrılıqda 13 iyul 2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində ümumi birgə mülkiyyət hüququ əsasında adına qeydə aldıraraq müvafiq olaraq 13 iyul 2018-ci il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq sahəsinin planı və ölçüsünü, 0,35 hektar həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən bir mərtəbəli iki otaqdan ibarət yaşayış evini isə 04 dekabr 2019cu il tarixdə həmin idarədə ümumi birgə mülkiyyət hüququ əsasında adına qeydə aldıraraq 04 dekabr 2019-cu il qeydiyyat tarixli, ******* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın da reyestrindən çıxarış və fərdi yaşayış evinin texniki pasportunu almışlar. X8 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Кükəl kəndində vəfat etmişdir. Atasının ölən günə üçüncü şəxs X37, Cavabdeh2 Qüdrət qızı, Cavabdeh1 və ondan ibarət birinci növbə vərəsələri qalmışdır. Mərhum atasının ölümündən sonra ondan Ağdaş rayonunun Kükəl kəndi ərazisində bir mərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0,35 hektar həyət, 0,5754 hektar və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı çöl sahələrindən ona çatası 1/3 hissəsi miras qalmışdır. Mərhum atası ölən günədək o və üçüncü şəxs Siyafə Ömərova ilə birlikdə Ağdaş rayonunun Kükəl kəndi ərazisində ümumi birgə mülkiyyətlərində olan 0,35 hektar həyət torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Atasının ölümündən sonra ikisi yaşayırlar. Mərhum atasının ölümündən sonra ondan miras qalmış bir mərtəbəli, iki otaqdan ibarət 1 yaşayış evini, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı torpaq sahəsindən, 0,5754 hektar və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası 1/3 hissə payını fakt olaraq özü qəbul edərək idarə və istifadə etməyə başlamışdır. Anası həmin evdə yaşamasına baxmayaraq, miras əmlakla maraqlanmamış, həmin əmlakdan ona çatası payından iddiaçının xeyrinə imtina etmişdir. Digər vərəsələrdən cavabdehlər mirasın açılmasından sonra mirasdan pay istəmələri ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə notariat orqanına rəsmi ərizə ilə müraciət etməmişlər, həmçinin ötən müddətdə ümumiyyətlə mirasla əlaqədar hər hansı iddiada olmamışlar. Lakin müəyyən səbəblə mirası qəbul etmək barədə qanunla müəyyən edilmiş vaxtda ərizə ilə notariat orqanına müraciət etməmişdir. Mirası faktiki qəbul etdiyi üçün və üçüncü şəxs anası ila mehriban münasibətləri olduğundan vərəsəliyin açılması ilə əlaqədar müraciət etməmişdir. Bu səbəbdən də mirasın qəbulu ilə bağlı müddət tərəfindən buraxılmışdır. O, mərhum atasından miras qalmış daşınar və daşınmaz əmlakı faktiki olaraq qəbul etdikdən sonra daşınmaz əmlak olan fərdi yaşayış evinin, onun yerləşdiyi həyətyanı torpaq sahələrindən və 1 təsərrüfat təyinatlı torpaq sahələrini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tam birgə mülkiyyət hüququ əsasında qeydiyyata aldıran zaman cavabdehlər tərəfindən müəyyən maneələr yaradıldığına qanunla müəyyən olunmuş müddətdə vərəsəliyin açılması ilə bağlı aidiyyəti üzrə müraciət edə bilməmişdir. Yəni, həmin səbəblərə görə mirasın qəbulu ilə əlaqədar tələb olunan müddət tərəfindən üzrlü səbəblərdən buraxılmışdır. Hesab edir ki, müddət tərəfindən üzrlü səbəblərdən buraxıldığından uzadılmalıdır. Sonradan İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 Qüdrət qızı və Cavabdeh1 və üçüncü şəxs X25 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş X8nun ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzrlü səbəbdən buraxıldığından, həmin müddətin uzadılmasına, onun ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası 1/3 hissə payının miras əmlak kimi tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin "xahiş etdi" hissəsində mərhum atasına çatası 1/3 hissə payı yazarkən atasının həmin əmlaklarda 1/3 payının olmasını əsas götürmüşdür. Ona görə də hazırda iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş X8nun ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılmasına, onun ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası payının miras əmlak kimi tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə başqa (əlavə) cavabdehlərin cəlb edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, işə məhkəmə iclasında baxılarkən ona məlum olmuşdur ki, mərhum atasının birinci nikahından anadan olmuş və vəfat etmiş oğlu X19 ölümündən sonra onun 3 nəfər uşaqları qanun üzrə birinci növbə vərəsə olduqlarına görə onlar da hazırkı iddia üzrə cavabdeh qismində cəlb edilməlidir. Odur ki, yazdıqlarını nəzərə alaraq onun cavabdehlər Cavabdeh2 Qüdrət qızı və Cavabdeh1, üçüncü şəxs X25 qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılmasına və mirasın qəbul edilməsinə dair” mülki işə mərhum atasının birinci nikahından anadan olmuş və vəfat etmiş oğlu X19 övladları Cavabdeh4, Cavabdeh5 və Zeynalova (Namətova) Xurmayə Mehman qızının başqa (əlavə) cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, X16, Cavabdeh4 və Namətova (Zeynalova) Xurmayə Mehman qızı iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 24 iyun 2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Ağdaş rayonunun Kükəl kəndində anadan olmaqla, Ağdaş rayonunun Kükəl kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 30 avqust 2005-ci il tarixli, AZE seriyalı, 03557245 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X37 03.09.1949cu il tarixdə Ağdaş rayonunun Hüşün kəndində anadan olmaqla, Ağdaş rayonunun Kükəl kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyul 2020-ci il tarixli, 1479 saylı arayışın surətindən görünür ki, yaşayış yeri Ağdaş rayonu, Kükəl kəndi olan mərhum X18 02.08.2003-cü il tarixə aşağıdakı ailə üzvləri müəyyən edilmişdir. Həyat yoldaşı: X38 (vəfat edib), oğlu: X39 (vəfat edib), oğlu: X26 (vəfat edib), oğlu: X32 (vəfat edib), qızı: Cavabdeh1, qızı: X16, həyat yoldaşı: X37, qızı: İddiaçı. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 05 avqust 2020-ci il tarixli, 355 saylı məktubundan görünür ki, İddiaçı ərizəsində ögey bacıları olan digər vərəsələrlə aralarında mirasın bölgüsü barədə mübahisə olduğunu qeyd etmişdir. Buna əsasən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli, 412 saylı arayışdan görünür ki, X21 mərhum əri X31 20.07.2003-cü il tarixdə vəfat etmişdir, vəfat edənə qədər Ağdaş rayonunun Kükəl kəndində yaşamışdır. İşin materiallarında olan Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli, 411 saylı arayışdan görünür ki, X21 mərhum əri X31 20.07.2003-cü il tarixdə vəfat etmişdir, vəfatetdikdən sonra aşağıdakı vərəsələri qalmışdır. Həyat yoldaşı: X38 (vəfat edib), oğlu: X26 (vəfat edib), həyat yoldaşı: X37, oğlu: X32 (vəfat edib), qızı: X16, qızı: Cavabdeh1, oğlu: X39 (vəfat edib), qızı: İddiaçı. İşin materiallarında olan Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli, 410 saylı arayışdan görünür ki, X21 mərhum əri X31 20.07.2003-cü il tarixdə vəfat etmişdir, vəfat edənə qədər Ağdaş rayon Kükəl kənd sakinləri X37 və Ömərova Səbirə Qüdrət qızı ilə birlikdə yaşamışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(014)-340/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X20 və X37 JN-042A saylı (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X31, X20 və X21 Ağdaş rayonunun Kükəl kəndi ərazisində paylı mülkiyyətinə verilmiş 0,35 hektar həyətyanı tarpaq sahəsində yerləşən texniki pasporta əsasən mərhum X23 məxsus olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinə köşürülməsi, həmin torpaq sahəsi və yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər X9, Cavabdeh1 və X17 tərəfindən yaradılan süni maneələrə birdəfəlik son qoyulması və bununla bağlı müvafiq şəraitin yaradılması qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 2(107)-1905/2019 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi cavabdehlər X10, Cavabdeh1 və X5 münasibətdə dəyişdirilmədən, onların apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(014)-2081/2018 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, Ağdaş rayonu, Kükəl kəndi ərazisində yerləşən 0,35 hektar həyətyanı torpaq sahəsinin X31, X37 və İddiaçı mülkiyyətinə verilməsinə dair JN-042A saylı (kod ********) şəhadətnamənin X31, X37 və Ramazanova (Namətova) Səbirə Qüdrət qızına məxsus olması faktı müəyyən edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(014)-547/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X20 ilə cavabdeh X11 arasında bağlanılaraq Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyində 07 may 2008-ci il tarixdə 04 nömrə ilə qeydə alınmış nikahın pozulması, 20 mart 2009-cu ildə anadan olmuş X12 və 04 iyun 2011-cı ildə anadan olmuş X34 anaları X6 yanında saxlanılmaları, X7 26 fevral 2020-ci il tarixdən başlayaraq 20 mart 2009-cu ildə anadan olmuş X12 və 04 iyun 2011-ci ildə anadan olmuş X34 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X6 xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat alimentin tutulması qət edilmişdir. İşin materiallarında olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 13.07.2018-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestirində 96 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışından görünür ki, Ağdaş rayonu, Kükəl kəndində yerləşən 0,5754 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X20, X31 və X21 paylı (ümumi birgə) mülkiyyətindədir. Hüquq sahibi X13r. İşin materiallarında olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 13.07.2018-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestirində 96 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışından görünür ki Ağdaş rayonu, Kükəl kəndində yerləşən 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X20, X31 və X21 paylı (ümumi birgə) mülkiyyətindədir. Hüquq sahibi X13r. İşin materiallarında olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 04.12.2019-cu il tarixli, daşınmaz əmlakın dövlət reyestirində 27 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışından görünür ki Ağdaş rayonu, Kükəl kəndində 0,35 hektar həyətyanı torpaq sahəsində yerləşən 60 kvadratdan ibarət fərdi yaşayış evi X20, X31 və X21 paylı (ümumi birgə) mülkiyyətindədir. Hüquq sahibi X24r. İşin materiallarında olan Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli, 414 saylı arayışdan görünür ki, İddiaçı hal hazırda Ağdaş rayonu, Kükəl kəndində aşağıdakı ailə tərkibi ilə birlikdə yaşayır və qeydiyyatdadır. X15, qızı: X14, oğlu: X34. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 noyabr 2018-ci il tarixli, AZ-İ seriyalı 978753 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X31 20.07.2003-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X31 20.07.2003-cü il tarixdə vəfat etmiş, onun ölümündən sonra birinci dərəcəli vərəsələri olan qızı İddiaçı, arvadı X37, qızı Cavabdeh1, qızı X16 və onun ölümündən əvvəl vəfat etmiş oğlu X19 övladları Cavabdeh4, Cavabdeh5 və Zeynalova (Namətova) Xurmayə Mehman qızı qalmışdır. X1 ölümündən sonra qızı İddiaçı və arvadı X37 onun əmlakına sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlayaraq, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirsələr də, digər birinci dərəcəli vərəsələr 18 il müddət keçməsinə baxmayaraq, həmin əmlaklarda yaşamamamışlar və faktiki sahiblik etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş X18 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddət uzadılmalı və X18 ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən X18 payının İddiaçı tərəfindən miras kimi faktiki qəbul edilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş X18 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddət uzadılsın və X18 ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən X18 payının İddiaçı tərəfindən miras kimi faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar