Məhkəmə qərarları › İş №2(014)-820/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-820/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-820/2021 06.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs şöbəsinə qarşı Ölüm qeyd edilmə faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X2 05 fevral 1958-ci ildə Ağdaş şəhərində ölməsi faktının müəyyən edilməsinə və ölümün Maraqlı şəxs şöbəsində qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, X1 ilə anası X7 04.10.1957-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Onların birgə nikahlarından 5 nəfər uşaqları anadan olmuşdur. Qardaşı 25.09.1957-ci il təvəllüdlü X6iu 05.02.1958-ci ildə yaşadığı evində vəfat etmişdir. Valideynləri qardaşını Ağdaş şəhəri "Padar" qəbirstanlığında dəfn etmişlər. Qardaşı yaşadığı evdə vəfat etdiyinə görə ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Valideynləri tərəfindən ona məlum olmayan səbəblərdən 25.09.1957-ci il təvəllüdlü 05.02.1958-ci ildə Ağdaş şəhərində vəfat etmiş qardaşı X2 ölümündən sonra adına ölüm haqqında şəhadətnamə alınmamışdır. X1 14.08.1982-ci ildə, anası X7 isə 28.09.1996-cı ildə Ağdaş şəhərində vəfat etmişlər. Valideynlərinin ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar mərhum qardaşı X2 ölümünü təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum qardaşı X2 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Belə ki, o, mərhum qardaşının adına ölüm haqqında şəhadətnamə verilməsi xahişi ilə maraqlı orqan Maraqlı şəxs şöbəsinə müraciət etmiş, Maraqlı şəxs şöbəsi ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə mərhumun ölümünün qeydə alınmasının mümkün olmadığını bildirmiş, mübahisənin həlli məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik hüququmun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Hazırda qardaşının ölmünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum atasının ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid Şəhla Allahverdiyeva məhkəmə iclasında ifadə verərək, ərizəçinin onların qohumu olduğunu, Ərizəçi qardaşı X2 05 fevral 1958-ci ildə Ağdaş şəhərində ölməsini və Ağdaş rayonu,Padar qəbirstanlığında dəfn edilməsini təsdiq etdi,həmçinin ərizəçiyə bu faktın təsdiqinin vərəsəlik münasibətləri üçün lazım olduğunu bildirdi. İş üzrə şahid Ellada Bəkirova məhkəmə iclasında ifadə verərək, ərizəçinin onların qohumu olduğunu, Ərizəçi qardaşı X2 05 fevral 1958-ci ildə Ağdaş şəhərində ölməsini və Ağdaş rayonu,Padar qəbirstanlığında dəfn edilməsini təsdiq etdi. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi X1 ilə anası X7 04.10.1957-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Onların birgə nikahlarından anadan olmuş qardaşı 25.09.1957-ci il təvəllüdlü X4 05.02.1958-ci ildə yaşadığı evdə vəfat etmişdir. Onu Ağdaş şəhəri "Padar" qəbirstanlığında dəfn etmişlər. X3 ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir,daha sonra da adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Maraqlı şəxs şöbəsi ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə mərhumun ölümünün qeydə alınmasının mümkün olmadığını bildirmiş, mübahisənin həlli məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 sentyabr 1957-ci ildə Ağdaş rayonunda anadan olmuş X2 05 fevral 1958-ci ildə Ağdaş şəhərində ölməsi faktı müəyyən edilsin və Maraqlı şəxs şöbəsinə müvafiq ölüm faktının ölüm akt qeydləri kitabında qeydə alınması tapşırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar