Məhkəmə qərarları › İş №2(014)-898/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-898/2021

30.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-898/2021 30.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi A.Əliyevin iştirakı ilə Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun oğlunun üzərində qəyyum təyin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, 16.01.1993-cü ildə Ağdaş şəhərində anadan olmuş oğlu X3 anadangəlmə, uşaqlıqdan xəstədir. Oğlu xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindən məhrumdur. Belə ki, M.Qasımov qeyd olunan psixi vəziyyəti və sağlamlıq durumu ilə əlaqədar məktəbə getməyib, hər hansı formada yazmaq və oxumaq qabiliyyəti yoxdur. Ona görə də nəyisə qavraya bilmir, danışmaq və nitq qabiliyyəti normal deyil və qüsurludur. Ağdaş rayon mərkəzi xəstəxanasının 25.02.2021-ci il tarixli 227 saylı arayışda X3 rayon mərkəzi xəstəxanası “publik hüquqi şəxsin poliklinika şöbəsində “doğuş travmasından qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Sağ tərəfli hemiparez” diaqnozu ilə qeydiyyatdadır. Oğlu İİİ dərəcəli əlildir. Xəstə və uşaqlıqdan əlil hesab edilmiş övladı M.Qasımov onunla birlikdə yaşayır. Faktiki olaraq oğluna özü baxır. Tərəflərindən müxtəlif məslələrin həlli və həyata keçirilməsi zamanı oğlunun məhkəmə qaydasında rəsmi olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi və üzərində müəyyən edilmiş qaydada qəyyum təyin edilməməsi səbəbindən müxtəlif problemlər yaranır. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun oğlunun üzərində qəyyum təyin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, X3 16.01.1993-cü ildə anadan olmuşdur, atası X5, anası Ərizəçidır. X1 RMX-in PHŞ-də “doğuş travmasından qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Sağ tərəfli hemiparez” diaqnozu ilə qeydiyyatdadır. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 05 avqust 2021-ci il tarixli 437 saylı rəyindən görünür ki, X3 yüngül dərəcəli kəmağıllılıq, ifadə olunmuş davranış pozğunluqları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.8 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloci) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, X3 yüngül dərəcəli kəmağıllılıq, ifadə olunmuş davranış pozğunluqları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.8 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı müəyyən olunduğu üçün ərizə qismən təmin edilməli və Ərizəçi izah edilməlidir ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlu X2 üzərində qəyyum təyin edilməsi üçün hazırki qətnamə ilə Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 16 yanvar 1993-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar