Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-920/2021 29.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi nümayəndəsi K.Musayevin iştirakı ilə Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək X2,X1, X3 və Ərizəçi Rövşən qızının adına rəsmiləşdirilmiş JN-253 KOD 40804048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X6, X1, X4 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X5 məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli qərarı ilə onlara təsərrüfat başçısı 19 aprel 2009-cu il tarixdə vəfat etmiş X12 oğlu olmaqla Göyçay rayonunun Müskürlü kəndində torpağ mülkiyyət hüququna dair JN-253 saylı dövlət aktına əsasən 4.25 ha torpaq sahəsi verilmişdir. Miras əmlak üzrə vərəsəliyin tanıdılması üçün Göyçay rayon Notariat Kontoruna sənədlər təqdim edərkən məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş JN-253 saylı dövlət aktında mərhum atasıı X6 əvəzinə səhvən Musayev Rövşən Ələkbər oğlu, Ərizəçi əvəzinə səhvən Ərizəçi Rövşən qızı yazılmışdır. Ona görə də ərizə ilə DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət edərək JN- 253 saylı dövlət aktında düzəliş edilməsini xahiş etmiş, lakin DƏDRXnin 16 saylı Ərazi İdarəsi 02 mart 2021 -ci il tarixli məktubla məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Göyçay rayonunun Müskürlü kəndində yerləşən 0,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X1, X4 və Ərizəçi Rövşən qızının adına verilmiş JN-253 KOD 40804048 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmişdir. Lakin dövlət aktında yanlışlığa yol verilmiş, belə ki, X6 əvəzinə səhvən X2, Ərizəçi əvəzinə səhvən Ərizəçi Rövşən qızı yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Göyçay rayonu, Müskürlü kəndi ərazisində yerləşən 4,25 hektar torpaq sahəsinin X2, X1, X4 və Ərizəçi Rövşən qızının adına rəsmiləşdirilmiş JN-253 KOD 40804048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X6, X1, X4 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-920/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-920/2021
29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver