Məhkəmə qərarları › İş №2(014)-935/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-935/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-935/2021 31.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Nizam Əliyev Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı X6 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş X8 18 yaşına çatana kimi saxlanılması üçün Ağdaş rayon məhkəməsinə 24 may 2018-ci tarixli 2(014)-1406/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 80 manat miqdarında alimentin miqdarının arıtırılaraq həmin uşağın 18 yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri xasiyətlərinin uyğun gəlməməsi, ona və körpə balamsına baxmaması, eləcə də ailəsinin günahı ucbatından ayrılıblar. Həmçinin Ağdaş rayon məhkəməsinin 24 may 2018-ci il tarixli 2(014)-1406/2018 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X8 18 yaşına çatanadək saxlanması üçün hər ay 80 manat miqdarında aliment miqdarının cavabdehden alınıb onun xeyrinə tutulması qət edilmişdir. Övladı məktəbli və az yaşlıdır. Ehdiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri tək başına və 80 manat aliment ilə övladını ehtiyaclarını qarşılaya bilmir. Uşağın saxlanması üşün 80 manat kifayət etmir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa uşağı ilə maraqlanmamış, körpə balasına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldığı gündən etibarən o və övladı valideyinin himayəsindədir. Artıq çox çətinlik çəkirlər və oğlunun ehdiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyətindədir. İddiaçı X6 nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı ilə ailə münasibətləri pisləşdiyindən aralarındakı nikah pozulmuşdur. Həmçinin Ağdaş rayon məhkəməsinin 24 may 2018-ci il tarixli 2(014)-1406/2018 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X8 18 yaşına çatanadək saxlanması üçün hər ay 80 manat miqdarında aliment miqdarının ondan alınıb iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılması tələbinə dair məhkəmə müraciət etmişdir. Özü heç bir yerdə işləmədiyindən alimentin miqdarının artırılmasına etiraz edir. İddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha 02 aprel 2014-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 02 aprel 2014-cü il tarixli 36 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2015-ci il tarixli AZ-İİ 018930 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh ilə X3 14 fevral 2015-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14.02.2015-ci il tarixdə 40 № ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 mart 2008-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikaha 13 mart 2008-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 13 mart 2008-ci il tarixli 22 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.02.2016-ci il tarixli AZ-İİİ 675796 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 23.01.2016-cı il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X9r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 avqust 2018-cı il tarixli AZ-T 067624 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X13 06.01.2011-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 24 may 2016-cı il tarixli 2(014)-1406/2060 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli, 2(014)-571/2012 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması, 25 aprel 2016-cı il tarixdən başlayaraq 06 yanvar 2011-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 80 (səksən) manat məbləğində alimentin Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli 2(014)-1406/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, 06 yanvar 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli 2(014)-1406/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 06 yanvar 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar