Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-962/2021 21.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı Ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nun 15 noyabr 1989-cu ildə Ağdaş rayonu, Pirkəkə kəndində ölməsi faktının müəyyən edilməsinə və ölümün Maraqlı şəxsndə qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, X1 11 iyul 1989-cu ildə Ağdaş rayonu,Pirkəkə kəndində anadan olmuşdur. X1 xəstəlik nəticəsində 15 noyabr 1989-cu ildə Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən evlərində vəfat etmişdir. Mərhum X1nu Ağdaş rayonu, Pirkəkə kənd qəbirstanlığında dəfn etmişlər. Lakin mərhum X1na müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda oğlunun ölmünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum oğlunun ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid Ürfət Qarayev məhkəmə iclasında ifadə verərək, Ərizəçi X1nun 15 noyabr 1989-cu ildə Ağdaş rayonu,Pirkəkə kəndində yerləşən evlərində anidən ölməsini və Ağdaş rayonu, Pirkəkə kənd qəbirstanlığında dəfn edilməsini təsdiq etdi. İş üzrə şahid Vüqar Məmmədov məhkəmə iclasında ifadə verərək, Ərizəçi X1nun 15 noyabr 1989-cu ildə Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən evlərində ölməsini və Ağdaş rayonu, Pirkəkə kənd qəbirstanlığında dəfn edilməsini təsdiq etdi. İş materialları ilə müəyyən edilir ki, X5 11 iyul 1989-cu ildə Ağdaş rayonunda anadan olmuşdur. X5 Ərizəçi oğludur. X5 15 noyabr 1989-cu ildə Ağdaş rayonu,Pirkəkə kəndində ölmüşdür. X3 Ağdaş rayonu, Pirkəkə kənd qəbirstanlıqda dəfn etmişlər. X4 müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 iyul 1989-cu ildə Ağdaş rayonunda anadan olmuş X2 15 noyabr 1989-cu ildə Ağdaş rayonu,Pirkəkə kəndində ölməsi faktı müəyyən edilsin və Maraqlı şəxsnə müvafiq ölüm faktının ölüm akt qeydləri kitabında qeydə alınması tapşırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-962/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-962/2021
21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver