Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1095/2024 19.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 Dövlət Peşə Təhsil Mərkəzinin cavabdeh X2 qarşı qanunsuz zəbt edilmiş torpağ sahəsindən çıxarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 Dövlət Peşə Təhsil Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X* Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Ağstafa korpusunun təlim-təsərrüfat sahəsi olan 47,6232 hektar torpaq sahəsindən istifadəsinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nicat Göyüşov məhkəməyə ərizə göndərərək mülki işi baxılmamış saxlayıb iddia ərizəsinə əlavə olunmuş sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70.*-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh buna etiraz etmədiyindən, iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 Dövlət Peşə Təhsil Mərkəzinin cavabdeh X2 qarşı qanunsuz zəbt edilmiş torpağ sahəsindən çıxarılması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın **4.*.3, *70, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 Dövlət Peşə Təhsil Mərkəzinin cavabdeh X2 qarşı qanunsuz zəbt edilmiş torpağ sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçınə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1095/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1095/2024
19.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver