Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-108/2024 15.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, 1998-ci ildə islahatlar gedən zaman Ağcabədi rayon Arasbar kəndi ərazisindən onun və ailə üzvlərinin adına ümumilikdə 5,5981 ha pay torpaq sahəsi ayrılıb verilmişdir. Həmin vaxtdan başlayaraq qeyd olunan torpaq sahəsini əvvəl atası, daha sonra özü istifadə etməyə başlamışdır. Daha sonra həmin torpaq sahəsi vərəsəliklə onun adına keçmiş, bu barədə adına Çıxarış verilmişdir. Bir müddət Rusiya Federasiyasında yaşamış, 2000-ci ildə qayıdıb kəndə gəlmiş, kəndə gəldikdən sonra torpaq sahəsini özü istifadə etmək qərarına gəlmişdir. Torpaq sahəsini şumlamaq istəyən zaman məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin bir hissəsi Cavabdeh1 tərəfindən zəbt olunaraq istifadə olunur. Dəfələrlə ona yerini boşaltmasını desə də, əhəmiyyət vermədən ona məxsus torpaq sahəsinin bir qismini zəbt edərək istifadə etmişdir. 12 fevral 2019-cu il tarixdə Ağcabədi rayon Arasbar kənd icra nümayəndəsi, Bələdiyyə sədri, ƏMDK-nin Beyləqan Ərazi şöbəsinin əməkdaşları, Beyləqan rayon Layihə Tədqiqat idarəsinin mühəndisinin, ƏMDK-nın yanında DƏDRX-nın 6 saylı Beyləqan ərazi idarəsinin texniki inventarlaşdırma şöbəsinin işçilərinin iştirakları ilə CPS aparatı vasitəsi ilə ona məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Həmin baxış zamanı müəyyən olunmuşdur ki, ona məxsus 5, 5981 ha torpaq sahəsinin 1,02 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt olunaraq istifadə olunur və bu barədə akt tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh1 CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum olunmuşdur. Hökmdən görünür ki, Cavabdeh1 mülkiyyət, istifadə və icarə hüququ olmadan 2000-ci il tarixdən hazıradək olan müddət ərzində xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********34 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onun mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsini meyvə ağacları əkməklə özbaşına zəbt edərək becərmə işləri aparmışdır. Cavabdeh tərəf qanunla cəzalandırılmasına baxmayaraq onun torpağını qaytarmır, öz torpağından istədiyi kimi istifadə edə bilmir. Hər il həmin torpaq sahəsində taxıl əkmək istəmiş cavabdehlər ona imkan verməmişlər. Bununla da ona maddi ziyan dəymişdir. Həmin ziyan barədə "xxxx" MMC-nin qiymətləndirmə rəyi alınmış, rəyə əsasən ona 12738 manat məbləğində maddi zərər dəymişdir. Ona görə də onun mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılması, ona dəymiş maddi ziyana görə 12738 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 158 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 5,5981 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış verilmiş, daşınmaz əmlak dövlət reyestrində 61 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 mülkiyyət, istifadə və icarə hüququ olmadan 2000-ci il tarixdən hazıradək olan müddət ərzində xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********34 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Ağcabədi rayon Arazbar kənd sakini İddiaçı mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsini meyvə ağacları əkməklə özbaşına zəbt edərək becərmə işləri aparmışdır. Həmin hökmə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 29 may 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Arasbar kəndində yerləşən 4,58 ha torpaq sahəsinin 1,02 ha hissəsinin 2000-ci ildən 2023-cü ilədək, yəni 22 tam təsərrüfat ili ərzində əldə olunması gözlənilən xalis gəlirin (mənfəətin) bazar dəyəri müəyyən edilərək qiymətləndirilmişdir. Bir ildə Ağcabədi rayonunun Arasbar kəndində əkin sahələrinin 1 hektarından səmərəli istifadə edildiyi təqdirdə əldə olunması ehtimal olunan orta mənfəəti 568,00 manat təşkil edir. İddia predmeti olan 1,02 ha əkin sahəsindən bir ildə gözlənilən xalis gəlirin (mənfəətin) bazar qiyməti ilə dəyəri (1,02 x 568,00) = 579,00 manat, 22 ildə isə (22 x 579,00) = 12738,00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 3-16-16/2-7/553-9/2705 nömrəli ekspert rəyindən görünür ki, aparılmış bioloji tədqiqatın nəticələrinə və iş materiallarında olan məlumatlara əsasən Ağcabədi rayonu ərazisində yerləşən 1,02 ha yonca sahəsindən 1-ci və 2-ci il üçün texnoloji xəritə əsasında əldə olunan gəlirlər və il ərzində çəkilən xərclər nəzərə alınmaqla 1,02 ha yonca sahəsindən birinci il 1,02 ha x 445 manat = 453,90 manat, ikinci il isə 1,02 ha x 915 manat = 933,30 manat, 1,02 ha buğda sahəsindən 1,02 ha x 806 manat = 822,12 manat gəlir əldə etmək mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 3-16-16/2-7/553-9/2705 nömrəli ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 5,5981 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli Çıxarış verilmiş, daşınmaz əmlak dövlət reyestrində 61 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyət, istifadə və icarə hüququ olmadan 2000-ci il tarixdən hazıradək olan müddət ərzində xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********34 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Ağcabədi rayon Arasbar kənd sakini İddiaçı mülkiyyətində olan 5,5981 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsini meyvə ağacları əkməklə özbaşına zəbt edərək becərmə işləri aparmış, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Arasbar kəndində yerləşən 4,58 ha torpaq sahəsinin 1,02 ha hissəsinin 2000-ci ildən 2023-cü ilədək, yəni 22 tam təsərrüfat ili ərzində əldə olunması gözlənilən xalis gəlirin (mənfəətin) bazar dəyəri müəyyən edilərək qiymətləndirilmişdir. Bir ildə Ağcabədi rayonunun Arasbar kəndində əkin sahələrinin 1 hektarından səmərəli istifadə edildiyi təqdirdə əldə olunması ehtimal olunan orta mənfəəti 568,00 manat təşkil edir. İddia predmeti olan 1,02 ha əkin sahəsindən bir ildə gözlənilən xalis gəlirin (mənfəətin) bazar qiyməti ilə dəyəri (1,02 x 568,00) = 579,00 manat, 22 ildə isə (22 x 579,00) = 12738,00 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 3-16-16/2-7/553-9/2705 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış bioloji tədqiqatın nəticələrinə və iş materiallarında olan məlumatlara əsasən Ağcabədi rayonu ərazisində yerləşən 1,02 ha yonca sahəsindən 1-ci və 2-ci il üçün texnoloji xəritə əsasında əldə olunan gəlirlər və il ərzində çəkilən xərclər nəzərə alınmaqla 1,02 ha yonca sahəsindən birinci il 1,02 ha x 445 manat = 453,90 manat, ikinci il isə 1,02 ha x 915 manat = 933,30 manat, 1,02 ha buğda sahəsindən 1,02 ha x 806 manat = 822,12 manat gəlir əldə etmək mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 3-16-16/2-7/553-9/2705 nömrəli ekspert xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı hüquqi əsas kimi aşağıdakı maddi hüquq normalarını əsas göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Maddi qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, cavabdehlər zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün onlara qarşı zərər tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Beləliklə, məhkəmə iş üzrə əldə edilmiş sübutlara yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq edərək yekun olaraq qənaətə gəlir ki, Hüseynov X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, bundan sonra yəni, xx.xx.2022-ci il tarixdən 2 il keçməsinə baxmayaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsini cavabdehlər istifadə etməkdə davam etmişlər. İddiaçının həmin 2 il ərzində torpaq sahəsindən sərbəst şəkildə taxıl əkib-becərməsinə imkan verməmişlər. Ona görə də iddiaçının iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən 5,5981 ha torpaq sahəsinin 1,02 ha hissəsindən çıxarılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2022-2024-cü illər üzrə, yəni 2 təsərrüfat ili üçün hər il 822,12 manat olmaqla, 2 təsərrüfat ili üçün 1644,24 manat əldə etmək mümkün idi. Qeyd olunanlara əsasən maddi ziyana görə 1644,24 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 158 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 12738 manat olduğu bu tələb 1644,24 manat məbləğində təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 36,44 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq iddiaçıya verilməli, qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus Ağcabədi rayonunun Arasbar kəndi ərazisində yerləşən 5,5981 ha torpaq sahəsinin 1,02 ha hissəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərərə görə 1644,24 manat məbləğində pul və ödənilmiş 36,44 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-108/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-108/2024
15.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver