Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ağcabədi rayonu İş № 2(017)-567/2023 10.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Tərtər rayonu H.Əliyev prospektində yerləşən kreditor «Azəriqaz» istehsalat birliyi Tərtər RQİİ-nin Borclu qarşı ”borcun alınması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyənetdim: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu – Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan Borclu mənzil şəraitində istifadə etdiyi təbii qaza görə «Azəriqaz» istehsalat birliyinə 319,74 manat borcu yaranmışdır. «Azəriqaz» istehsalat birliyi Tərtər RQİİ-nin borcun alınması üçün müvafiq xəbərdarlıq vərəqəsi ilə borcluya müraciət etməsi nəticəsiz qalmış və həmin borcun alınması üçün əmr icraatı qaydasında Ağcabədi rayon məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Ona görə də Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkəti «Azəriqaz» istehsalat birliyi tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 276.2.2-ci maddəsində təsbit edilir ki, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, «Azəriqaz» istehsalat birliyi Tərtər RQİİ-nin tələbi aşkardır, həmin tələb Borclu mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq, əmredirəm: xx.xx.1958-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan - Borclu kreditor «Azəriqaz» istehsalat birliyi Tərtər RQİİ-nin xeyrinə 319,74 manat məbləğində borc, habelə kreditor tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Ağcabədi Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir və icra sənədi hesab olunur. Əmrdən şikayət verilə bilməz. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-567/2023
Ağcabədi Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(017)-567/2023
10.02.2023 · Əmr icraatı - Təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver