Məhkəmə qərarları › İş №2(017)-673/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-673/2025

20.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-673/2025 20.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5 və İddiaçı7 nümayəndəsi Nümayəndə, iddiaçılar İddiaçı4 və İddiaçı6 iştirakı ilə İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəliyin müəyyən edilməsi, miras əmlak üzrə payların bölünməsi və mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun olaraq bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə JN 164, KOD 60803048 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilmiş Ağcabədi rayon Qaraxanlı kəndində yerləşən 2,49 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindəki payına qanun üzrə vərəsəliyin müəyyən edilməsi, vərəsəlik üzrə payların bölünməsi və ümumi mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5 və İddiaçı7 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə JN 164, KOD 60803048 nömrəli Dövlət Aktı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə Ağcabədi rayon Qaraxanlı kəndində yerləşən 2,49 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. X2 21 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. X11 vəfat etdikdən sonra ümumi mülkiyyətə verilmiş həmin 2,49 ha torpaq sahəsindən atasının payına düşən hissə onlara, yəni anasına, bacı və qardaşlarına miras qalmışdır. O və digər iddiaçılar miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət edərək vərəsəlik üzrə payların müəyyən edilməsi və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun olaraq bölünməsini Cavabdeh1 təklif etsələr də, Cavabdeh1 razılaşmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə JN 164, KOD 60803048 nömrəli Dövlət Aktı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə Ağcabədi rayon Qaraxanlı kəndində yerləşən 2,49 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. X2 21 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. X11 vəfat etdikdən sonra ümumi mülkiyyətə verilmiş həmin 2,49 ha torpaq sahəsindən atasının payına düşən hissə onlara, yəni anasına, bacı və qardaşlarına miras qalmışdır. O və digər iddiaçılar miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət edərək vərəsəlik üzrə payların müəyyən edilməsi və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun olaraq bölünməsini Cavabdeh1 təklif etsələr də, Cavabdeh1 razılaşmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı6 iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə JN 164, KOD 60803048 nömrəli Dövlət Aktı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə Ağcabədi rayon Qaraxanlı kəndində yerləşən 2,49 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. X2 21 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. X11 vəfat etdikdən sonra ümumi mülkiyyətə verilmiş həmin 2,49 ha torpaq sahəsindən atasının payına düşən hissə onlara, yəni anasına, bacı və qardaşlarına miras qalmışdır. O və digər iddiaçılar miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət edərək vərəsəlik üzrə payların müəyyən edilməsi və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun olaraq bölünməsini Cavabdeh1 təklif etsələr də, Cavabdeh1 razılaşmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 sentyabr 2019-cu il tarixdə ölmüşdür İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 164, KOD 60803048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə X4, İddiaçı1, Nümayəndə, Cavabdeh1, İddiaçı3, İddiaçı6 ümumi birgə mülkiyyətinə Ağcabədi rayon Qaraxanlı kəndində yerləşən 2,49 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat şöbəsinin 15 avqust 2024-cü il tarixli arayışından görünür ki, X6 ilə İddiaçı1 arasında 12 noyabr 1965-ci il tarixdə bağlanmış 10 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İHB-nın Qaraxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 28 dekabr 2024-cü il tarixli 223 nömrəli arayışdan görünür ki, X6 21 sentyabr 2019-cu il tarixdə ölmüşdür və onun ailə üzvləri X6 21 sentyabr 2019-cu il tarixdə ölmüşdür və ailı üzvləri İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6, Cavabdeh2 və Cavabdeh1 ibarətdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağcabədi Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin 08 avqust 2024cü il tarixli məktubundan görünür ki, 21 sentyabr 2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri arasında ixtilaf olduğundan X3 miras qalmış əmlakın bölüşdürülməsi mümkün olmamış və vərəsələrə məhkəmyə müraciət etməi izah edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə JN 164, KOD 60803048 nömrəli Dövlət aktına əsasən X4, İddiaçı1, Nümayəndə, Cavabdeh1, İddiaçı3 və İddiaçı6 ümumi birgə mülkiyyətlərinə Ağcabədi rayon Qaraxanlı kəndində yerləşən 2,49 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. X6 21 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. X4 vərəsələri - İddiaçı1 (arvadı), Nümayəndə (qızı), İddiaçı3 (qızı), İddiaçı4 (qızı), İddiaçı5 (qızı), İddiaçı7 (qızı), İddiaçı6 (qızı), Cavabdeh1 (oğlu) və Cavabdeh2dur (oğlu). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və iddiaçıların izahatına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, qanunvericiliyin tələbinə əsasən, X1 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Cavabdeh1 və Cavabdeh2 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı JN 164, KOD 60803048 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Qaraxanlı kəndi ərazisində yerləşən 2,49 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,415 ha hissəsindən - İddiaçı1 1/9 pay, yəni 0,046 ha, Nümayəndə 1/9 pay, yəni 0,046 ha, İddiaçı3 1/9 pay, yəni 0,046 ha, İddiaçı4 1/9 pay, yəni 0,046 ha, İddiaçı5 1/9 pay, yəni 0,046 ha, İddiaçı6 1/9 pay, yəni 0,046 ha, İddiaçı7 1/9 pay, yəni 0,046 ha, Cavabdeh1 1/9 pay, yəni 0,046 ha və Cavabdeh2 1/9 pay, yəni 0,046 ha müəyyən edilməli, qanun üzrə vərəsəlik qaydasında payları müəyyən edilmiş hissədə və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı JN 164, KOD 60803048 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Qaraxanlı kəndi ərazisində yerləşən mərhum X6, İddiaçı1, Nümayəndə, Cavabdeh1, İddiaçı3 və İddiaçı6 ümumi birgə mülkiyyətlərinə verilmiş 2,49 ha hissədə bölgü aparılmaqla hər birinin, yəni İddiaçı1 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), Nümayəndə 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), Cavabdeh1 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), İddiaçı3 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), İddiaçı6 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), İddiaçı4 0,046 ha, İddiaçı5 0,046 ha, İddiaçı7 0,046 ha və Cavabdeh2 0,046 ha payı olması müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. X1 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Cavabdeh1 və Cavabdeh2 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı JN 164, KOD 60803048 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Qaraxanlı kəndi ərazisində yerləşən 2,49 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,415 ha hissəsindən - İddiaçı1 1/9 pay, yəni 0,046 ha, Nümayəndə 1/9 pay, yəni 0,046 ha, İddiaçı3 1/9 pay, yəni 0,046 ha, İddiaçı4 1/9 pay, yəni 0,046 ha, İddiaçı5 1/9 pay, yəni 0,046 ha, İddiaçı6 1/9 pay, yəni 0,046 ha, İddiaçı7 1/9 pay, yəni 0,046 ha, Cavabdeh1 1/9 pay, yəni 0,046 ha və Cavabdeh2 1/9 pay, yəni 0,046 ha müəyyən edilsin. Qanun üzrə vərəsəlik qaydasında payları müəyyən edilmiş hissədə və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı JN 164, KOD 60803048 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Qaraxanlı kəndi ərazisində yerləşən mərhum X6, İddiaçı1, Nümayəndə, Cavabdeh1, İddiaçı3 və İddiaçı6 ümumi birgə mülkiyyətlərinə verilmiş 2,49 ha hissədə bölgü aparılmaqla hər birinin, yəni İddiaçı1 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), Nümayəndə 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), Cavabdeh1 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), İddiaçı3 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), İddiaçı6 0,46 ha (0,415 ha + 0,046 ha = 0,46 ha), İddiaçı4 0,046 ha, İddiaçı5 0,046 ha, İddiaçı7 0,046 ha və Cavabdeh2 0,046 ha payı olması müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver