Məhkəmə qərarları › İş №2(018)-139/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-139/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-139/2023 11.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X12 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na, Astara rayon Siyaku Bələdiyyəsinə, üçüncü şəxslər Maraqlı şəxs2nə və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi idarəsinə qarşı «Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 3 saylı iclas protokolunun və 02 saylı qərarının, 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında 28 mart 2007-ci ildə X3 verilmiş MH seriyalı, 000519 nömrəli çıxarışın etibarsız sayılması və həmin çıxarışın əsasında Cavabdeh2 ilə aparılmış 21 dekabr 2016-cı il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayon Vaqo bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 3 saylı iclas protokolunun və 02 saylı qərarının, Astara rayon Vaqo bələdiyyəsi ilə X6 arasında bağlanmış 09 fevral 2007-ci il tarixli alqısatqı müqaviləsinin və onun əsasında xx.xx.2007-ci ildə X3 verilmiş MH seriyalı 000519 nömrəli çıxarışın etibarsız sayılması və həmin çıxarışın əsasında Cavabdeh2 ilə aparılmış 21 dekabr 2016-cı il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə verərək, iddiasının «Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 3 saylı iclas protokolunun və 02 saylı qərarının və Astara rayon Vaqo bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması» hissəsinə Astara Rayon Məhkəməsində baxılmasını, digər tələbləri, yəni «X3 verilmiş MH seriyalı 000519 nömrəli çıxarışın etibarsız sayılması və həmin çıxarışın əsasında Cavabdeh2 ilə aparılmış 21 dekabr 2016-cı il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması» hissəsində tələbinin həcminin azaldılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının «Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 3 saylı iclas protokolunun və 02 saylı qərarının və Astara rayon Vaqo bələdiyyəsi ilə X6 arasında bağlanmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair hissədə baxılmasını qanuni və əsaslı hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi (atası) X9 iddianı müdafiə edərək bildirdi ki, Astara rayon Vaqo kəndində yaşayır. İddiaçı Astara rayon Vaqo bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu və qərarı əsasında 0,04 ha sahiblik fəaliyyəti üçün torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsi İddiaçı adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəsi və ******* seriya nömrəli, 19 yanvar 2007-ci il tarixli katastr planı ilə rəsmiləşmişdir. Həmin torpaq sahəsində Astara rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərəncamla 150 kv.m komersiya mağazasının tikintisinə icazə verilmiş və əlaqədar qurumlarla razılaşdırılaraq həmin torpaq sahəsində mağaza tikmişdir. Oğluna verilmiş torpaq sahəsi onların istifadəsində olmasına baxmayaraq, cavabdeh Astara rayonu Vaqo Bələdiyyəsi ilə Astara rayon Siyakü kənd sakini X6 arasında onlara məxsus torpaq sahəsinin 0,03 ha hissəsinə 09 fevral 2007-ci ildə alqısatqı müqaviləsi bağlanılmış və bundan sonra həmin torpaq sahəsinə Mais Əliyev tərəfindən qanunsuz alqı-satqı müqaviləsi əsasında 28 mart 2007-ci ildə MH seriyalı, ******* nömrəli çıxarış alınmışdır. X6 haqsız olduğunu, torpaq sahəsinin onlara məxsus olduğunu bildiyindən, həmin torpaq sahəsini 21 dekabr 2016-cı il tarixdə onun əmisi oğlu və yeznəsi Cavabdeh2 satmışdır ki, bu məsələlər yoluna düşsün. Alqı-satqı 2016-cı ildə aparılmasına baxmayaraq, onun xəbəri olmaması üçün Cavabdeh2 hal-hazırki vata kimi özünə çıxarış almamışdır. Hal-hazırda Cavabdeh2 ilə münasibətləri pozulduğundan məhkəməyə haqsız iddia verərək, həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edərək həmin torpaq sahəsində tikilmiş mağazamın sökülməsini tələb edir. Buna görə də məcburiyyət qarşısında qalıb baş verən qanunsuzluqlara görə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alaraq Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 3 saylı iclas protokolu və 02 saylı qərarının və Astara rayon Vaqo bələdiyyəsi ilə X6 arasında bağlanılmış 09 fevral 2007-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Onlara qarşı qaldırılmış iddia əsassız və qanunsuzdur. Belə ki, sözügedən torpaq sahəsini 21 dekabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satın almışdır. Həmin ərazidə İddiaçı heç bir torpaq sahəsi yoxdur. Buna baxmayaraq, İddiaçı ona məxsus torpaq sahəsində qanunsuz tikili inşa etmiş və onun sahibkarlıq fəaliyyətinə maneə törədir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 ona qarşı qaldırılmış iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, mübahisə predmeti olan torpaq sahəsini 2007-ci ildə İddiaçı almışdır. 2014-cü ildə həmin torpaq sahəsini Cavabdeh2 Muradov Rizmanın iştirakı ilə satmışdır. Onunla Astara rayon Vaqo Bələdiyyəsi arasında həmin torpaq sahəsi ilə bağlı heç-bir alqı-satqı müqaviləsi olmamış, ona torpaq sahəsi ayrılması üçün bələdiyyəyə müraciət etməmişdir. Bildirir ki, həmin torpaq sahəsini İddiaçı almış və sonra həmin torpaq sahəsinin belə mübahisəli olduğunu gördükdən sonra Cavabdeh2 satmışdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh1 bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Digər cavabdeh Astara rayon Siyaku Bələdiyyəsinin sədri X7 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Astara rayonu Vaqo bələdiyyəsi 27 yanvar 2010-cu il tarixində ləğv edilərək, Astara rayon Siyaku bələdiyyəsinə birləşdirilmişdir. Astara rayonu Vaqo kənd sakini İddiaçı Astara rayon Vaqo bələdiyyəsinin 27-noyabr 2006-cı il tarixli, 12 saylı iclas protokoluna əsasən 0,04 ha sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsini alqısatqı yolu ilə almış və həmin torpaq sahəsi İddiaçı adına Azərbaycan Respublikası Dövt Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəsi, ******* seriya nömrəli 19 yanvar 2007-ci il tarixli kadastr planı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində Astara rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərancamı ilə 150 kvadratmetr kommersiya mağazasının tikintisinə icazə verilmiş və hal-hazırda həmin torpaq sahəsində adı çəkilən kommersiya mağazası vardır. 09 fevral 2007-ci ildə Astara rayonu Vaqo bələdiyyəsi sözügedən torpaq sahəsinin 0,03 ha hissəsini Astara rayonu, Siyakü kənd sakini Cavabdeh1 alqı-satqı yolu ilə yenidən satmışdır. Eyni torpaq sahəsini müxtəlif tarixlərdə, müxtəlif vətəndaşlarla Astara rayonu keçmiş Vaqo bələdiyyəsinin apardığı alqı-satqının nə səbəbdən baş verməsi ona məlum deyildir. Odur ki, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı tərəflər Maraqlı şəxs2nə və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi idarəsinə məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən hazırki mülki işə maraqlı tərəflər Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında şahid qismində iştirak edən X8 izahatında göstərdi ki, Cavabdeh1 onun qardaşıdır. Qardaşı xəstə olduğu üçün torpağın alqı-satqı işlərində onunla bərabər olmuşdur. Bütün idarə və təşkilatlara onunla birlikdə getmişdir. Qardaşı sözügedən torpaq sahəsini 2007-ci ildə İddiaçı almışdır. 2014-cü ildə həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Qardaşı ilə Astara rayon Vaqo Bələdiyyəsi arasında bu işlə bağlı heç bir alqı-satqı olmamış və belə bir alqı-satqıda qardaşı iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Astara rayonu Vaqo bələdiyyəsinin 27 noyabr 2006-ci il tarixli, 12 saylı protokolundan görünür ki, Astara rayon Vaqo bələdiyyəsinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid 0,04 hektar (ha) torpaq sahəsi ticarət məqsədi ilə İddiaçı Rizvan oğluna verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəli və ******* seriya nömrəli 19 yanvar 2007-ci il tarixli kadastr planından görünür ki, Astara rayon Vaqo bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 12 saylı iclas protokoluna əsasən 0,04 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı verilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərəncamından görünür ki, Astara rayonu Vaqo kənd sakini İddiaçı Rizvan oğlunun Astara rayonu Vaqo bələdiyyəsinin 27 noyabr 2006-ci il tarixli, 12 saylı qərarı ilə aldığı torpaq sahəsində təstiq olunmuş layihə sənədlərinə uyğun ticarət obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolundan və 02 saylı qərarından görünür ki, Astara rayonu Siyakü kənd sakini X3 0,03 hektar (ha) torpaq sahəsi alqı-satqı yolu ilə verilmişdir. İş materiallarına əlavə olunmuş torpaqların alqı-satqısına dair 09 fevral 2007-ci il tarixli aktdan görünür ki, Astara rayon Vaqo bələdiyyəsi ilə X6 arasında 0,03 hektar torpaq sahəsi ilə bağlı Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolu və 02 saylı qərarına əsasən alqı-satqı aktı bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Astara rayonu Vaqo kəndində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün X3 verilmişdir. İş materiallarına əlavə edilmiş 21 dekabr 2016-cı il tarixli, AN-İN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu Vaqo kəndində yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh2 satmışdır. İş materiallarında olan Cavabdeh3 tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, 05 saylı arayışdan görünür ki, Astara rayonu Vaqo bələdiyyəsi 27 yanvar 2010-cu il tarixində ləğv edilərək, Astara rayon Siyaku bələdiyyəsinə birləşdirilmişdir. Astara rayonu Vaqo kənd sakini İddiaçı Astara rayon Vaqo bələdiyyəsinin 27-noyabr 2006-cı il 12-saylı iclas Protokoluna əsasən 0,04 ha sahibkarlıq fəaliyəti üçün torpaq sahəsini alqı-satqı yolu ilə almış və həmin torpaq sahəsi İddiaçı adına Azərbaycan Respublikası Dövt Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəsi, ******* seriya nömrəli xx.xx.2007-ci il tarixli kadastr planı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində Astara rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərancamı ilə 150 kv.m kommersiya mağazasının tikintisinə icazə verilmiş və hal-hazırda həmin torpaq sahəsində adı çəkilən kommersiya mağazası vardır. 09 fevral 2007-ci ildə Astara rayonu Vaqo bələdiyyəsi sözügedən torpaq sahəsinin 0,03 ha hissəsini Astara rayonu, Siyakü kənd sakini Cavabdeh1 alqı-satqı yolu ilə yenidən satmışdır. Eyni torpaq sahəsini müxtəlif tarixlərdə, müxtəlif vətəndaşlara Astara rayonu keçmiş Vaqo bələdiyyəsinin apardığı alqısatqının nə səbəbdən baş verməsi onlara məlum deyildir. Odur ki, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən Astara Rayon Məhkəməsinə ünvanlanmış ərizənin məzmunundan görünür ki, Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsini 2007-ci ildə İddiaçı almışdır. 2014-cü ildə həmin torpaq sahəsini Cavabdeh2 Muradov Rizmanın iştirakı ilə satmışdır. Onunla Astara rayon Vaqo Bələdiyyəsi arasında həmin torpaq sahəsi ilə bağlı heç-bir alqı-satqı müqaviləsi olmamışdır. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli, 125 saylı arayışdan görünür ki, Maraqlı şəxs2ndə Cavabdeh1 ilə İddiaçı arasında hərhansı bir müqavilə bağlanmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Astara rayonu Vaqo bələdiyyəsinin 27 noyabr 2006-ci il tarixli, 12 saylı iclas protokolunun qərarı ilə Astara rayon Vaqo bələdiyyəsinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid 0,04 hektar (ha) torpaq sahəsi ticarət məqsədi ilə İddiaçı Rizvan oğluna verilmiş, İddiaçı Rizvan oğlu həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəli və ******* seriya nömrəli 19 yanvar 2007-ci il tarixli kadastr planı almışdır. Astara rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərəncamı ilə İddiaçı Rizvan oğluna həmin torpaq sahəsində təstiq olunmuş layihə sənədlərinə uyğun ticarət obyektinin tikintisinə icazə verilmiş və İddiaçı Rizvan oğlu həmin torpaq sahəsində kommersiya mağazası tikmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, mübahisə predmeti olan həmin torpaq sahəsinin 0,03 hektar hissəsi Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolu və 02 saylı qərarı ilə Astara rayonu Siyakü kənd sakini X3 verilmiş, Astara rayon Vaqo bələdiyyəsi ilə X6 arasında 0,03 hektar torpaq sahəsi ilə bağlı Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolu və 02 saylı qərarına əsasən alqı-satqı aktı bağlanmış və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən X3 MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Tətbiq edilən maddi hüquq normaları. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 47, 6-cı bənd. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 47, 7-ci bənd. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Maddə 55. Hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Maddə 56, 2-ci bənd. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84, 3-cü bənd. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 103, 2-ci bənd. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Maddə 103, 3-cü bənd. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Maddə 109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Torpaq bazarı haqqında” Qanun. Maddə 9. Bələdiyyə torpaqlarının və onlar üzərində icarə hüquqlarının alqı-satqısı bələdiyyə torpaqlarının alğı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Maddə 21. Torpaq bazarı haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Maddə 22. Torpaq bazarı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət torpaq bazarı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanun. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki iş üzrə məhkəmənin müəyyən və qəbul etdiyi halları aşağıdakılardan ibarətdir:

1. Astara rayonu Vaqo bələdiyyəsinin 27 noyabr 2006-ci il tarixli, 12 saylı iclas protokolunun qərarı ilə Astara rayon Vaqo bələdiyyəsinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid 0,04 hektar (ha) torpaq sahəsi ticarət məqsədi ilə İddiaçı Rizvan oğluna verilmişdir.

2. İddiaçı Rizvan oğlu həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəli və ******* seriya nömrəli 19 yanvar 2007-ci il tarixli kadastr planı almışdır.

3. Astara rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərəncamı ilə İddiaçı Rizvan oğluna həmin torpaq sahəsində təstiq olunmuş layihə sənədlərinə uyğun ticarət obyektinin tikintisinə icazə verilmişdir.

4. Mübahisə predmeti olan həmin torpaq sahəsinin 0,03 hektar hissəsi Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolu və 02 saylı qərarı ilə Astara rayonu Siyakü kənd sakini X3 verilmişdir.

5. Astara rayon Vaqo bələdiyyəsi ilə X6 arasında 0,03 hektar torpaq sahəsi ilə bağlı Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolu və 02 saylı qərarına əsasən alqı-satqı aktı bağlanmış və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən X3 MH seriyalı, ******* saylı çıxarış verilmişdir.

6. Cavabdeh3 (Vaqo Bələdiyyəsi 27 yanvar 2010-cu il tarixdə həmin Bələdiyyəyə birləşdirilmişdir) Astara rayonu Vaqo kənd sakini İddiaçı Vaqo bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixdə, 12 saylı iclas protokolu və qərarı ilə 0,04 ha sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsini satmasını təsdiq etmişdir.

7. Cavabdeh3 məhz həmin torpaq sahəsinin 0,03 hektar hissəsinin yenidən başqa bir vətəndaşa, yəni X2 09 fevral 2007-ci ildə satılmasını təsdiq edərək, eyni torpaq sahəsini müxtəlif tarixlərdə, müxtəlif vətəndaşlara satmasını təsdiq etmişdir.

8. İş üzrə Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsini 2007-ci ildə İddiaçı aldığını, onunla Astara rayon Vaqo Bələdiyyəsi arasında həmin torpaq sahəsi ilə bağlı heç-bir alqı-satqı müqaviləsinin bağlanmadığını təsdiq etmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin olunmalı, X3 0,03 hektar torpaq sahəsinin verilməsinə dair Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007ci il tarixli, 3 saylı iclas protokolu və 02 saylı qərarı və Astara rayon Vaqo bələdiyyəsi ilə X6 arasında bağlanılmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1 və Astara rayon Siyaku Bələdiyyəsindən müştərək qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin olunsun.

1. X3 0,03 hektar torpaq sahəsinin verilməsinə dair Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 3 saylı iclas protokolu və 02 saylı qərarı etibarsız hesab edilsin.

2. Astara rayon Vaqo bələdiyyəsi ilə X6 arasında bağlanılmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin.

3. İş üzrə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Astara rayon Siyaku Bələdiyyəsindən müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver