Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-21/2023 15.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X32 oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı «əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesabın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 21 iyul 2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsasında hazırki icraat başlanmışdır. İddiaçı mərhum atası X13 2018-2019-ci illərdə ödənilməmiş 5168 (beş min yüz altmış səkkiz) manat əmək haqqının, ödənilməmiş məzuniyyətlərə görə pul əvəzi və son haqq-hesabın və mediasiya üçün ödədiyi 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia Astara rayon Ərçivan bələdiyyəsinə qarşı qaldırılmışdır. İddiaçı məhkəmədə tələbini onunla əsaslandırmışdır ki, atası X17 09 fevral 2000-ci il tarixdən 16 yanvar 2020-ci ilə kimi Cavabdehndə müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ilin yanvar ayında atası pensiya yaşı ilə əlaqədar olaraq öz ərizəsi ilə işdən çıxmışdır. Lakin, atasının 2018-ci il və 2019-cu ilin əmək haqqları və işdən azad olunduqdan sonra istifadə edilməmiş məzuniyyətlərinin pulu və son haqq-hesabı ödənilməmişdir. Əmək haqqının, məzuniyyət və son haqq hesabın ödənilməməsini Ərçivan Bələdiyəsi hesablarında pulun olmaması ilə izah etmişlər. X29 16 noyabr 2021-ci il tarixdə kəskin respirator çatışmamazlığından vəfat etmişdir. Sonradan atasının varisi kimi Astara rayon Ərçivan Bələdiyyəsinə mərhum atasının əmək haqqının, istifadə edilməmiş məzuniyyət pullarını və son haqq-hesabını vərəsə kimi ona verilməsini xahiş etmişdir. Lakin, Astara rayon Ərçivan Bələdiyyəsinin rəhbərliyi atasının pullarını verməkdən imtina etmiş, səbəb kimi də hesablarında pulun olmamasını göstərmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işə götürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bıı əmrin sürəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödənişlər) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşə götürən qanunun bu tələbinə əməl etməmişdir. Belə ki, Bələdiyyə tərəfindən Əsgərəli Baxşiyev 16 yanvar 2020-ci il tarixdən işdən azad edilsə də, onun son haqq-hesabını (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqını və digər ödənişləri) ona ödəməmişdir və bu gündə ödəməkdən imtina etmişdir. Odur ki, cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsindən mərhum atası X13 2018-2019-ci illərdə ödənilməmiş 5168 (beş min yüz altmış səkkiz) manat əmək haqqının, ödənilməmiş məzuniyyətlərə görə pul əvəzi və son haqq-hesabın və mediasiya üçün ödədiyi 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclası zamanı İddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X8 rayon Ərçivan Bələdiyyəsinə qarşı qaldırılmış iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, İddiaçı Cavabdehnə qarşı atası X9 (ödənilməmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesab ödənilməsi) tələbi barədə mülki iş vardır. İddiaçı iddia tələbi keçmiş illərə aiddir, yəni 2020-ci ilə qədər olan tələbdir. 2019-cu ilin dekabr ayında bələdiyyə seçkilərində yeni bələdiyyə üzvləri seçilmişdir. Yerli büdcə, yəni bələdiyyə büdcəsi büdcə sisteminin qaunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə edilir. Yeni büdcə ili 01 yanvarda başlamaqla 31 dekabr tarixində bitir. Hal-hazırda keçmişdə baş vermiş uyğunsusluqlar, ödənilməmiş borclar qanunsuz olaraq büdcəyə istinad etmədən, yəni faktiki iş olmadan, əmək funksiyalarını icra etmədən əmək haqqı hesablanmışdır. Bələdiyyədə sənədlərlə əlaqədar idarə arxivində axtarış aparılmış, keçmiş illərə aid əmrlər, protokollar və heç bir mühasibat sənədləri aşkar edilməmişdir. Yeni seçilmiş heyyətlə də bu sənədlərin təhvil-təslimi aparılmamışdır. Fəaliyyətdə olan Ərçivan bələdiyyəsi hazırkı büdcə ilinə cavabdehdir. Başqa borcların ödənilməsinə səlahiyyətli deyildir. Büdcə sistemi haqqında Qanunvericilik göstərir ki, hər hansı ildə bələdiyyə büdcəsində hər hansı uyğunsuzluq baş verirsə həmin ildə bələdiyyə qulluğunu idarə edən bələdiyyə sədri cavab verir. Yerli büdcənin tərtibi icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən etmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə edilir. Büdcə ili yanvarın 1-də başlanır və dekabrın 31-də qurtarır. Bələdiyyə yerli büdcəsini iqtisadi qanunların tələblərinə uyğun, müstəqil olaraq tərtib, müzakirə, icra və onun icrasına nəzarət edir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respulikasının qanununda Yerli büdcənin tarazlaşdırılması maddəsinə əsasən, əgər bələdiyyə büdcəsinin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, kəsrin son həddi aşmasına gətirib çıxararsa, məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər. Məxaricin ixtisarı müdafiə olunmuş maddələr istisna olmaqla, büdcənin bütün maddələri üzrə məxaricin mütənasib surətdə azaldılmasından ibarətdir. Yerili büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilməsi büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir. Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir: fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi, Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar və başqa rüsumlardan ibarətdir. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əmək haqlarına ayırmalar ümumi büdcənin əlli (50%) faizindən çox ola bilməz. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər. Məlumat üçün bildirir ki, Astara Poçt filalından aldığı yazılı məlumata əsasən X18 2018-2019-cu illərdə 3465,54 (üç min dörd yüz altmış beş manat əlli dörd qəpik) manat pul almışdır. İddia tələbi ötən illərə aid olduğundan həmən ildə bələdiyyə qulluğunu idarə edən bələdiyyə sədri cavabdehdir. Odur ki, göstərilənrlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X16 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
1. Şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İcra Hakimiyyəti Başçısının Astara rayon Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonun Ərçivan qəsəbəsində yaşayır.
2. Atalığın müəyyən olunması və doğum haqqında şəhdətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 22 yanvar 1996-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsinin ata qrafasında X18, ana qrafasında isə X19 qeyd olunmuşdur.
3. İş materiallarından görünür ki, X18 heç vaxt rəsmi nikah münasibətinə daxil olmamışdır. Onun birinci növbə vərəsəsi oğlu İddiaçıdur.
4. Ölüm haqqında şəhatənamənin təsdiq olunmuş surətindən görünür ki, X18 16 noyabr 2021-ci il tarixdə kəskin respirator çatışmamazlıqdan vəfat etmişdir.
5. Əmək kitabçasının surətindən görünür ki, Astara rayon Ərçivan bələdiyyəsinin 05 fevral 2000-ci il tarixli, 02 saylı sərəncamı ilə X7 rayon Ərçivan bələdiyyəsində Kommunal ictimai iaşə Komissiyasının sədri vəzifəsinə işə qəbul edilmiş, sonradan Ərçivan Bələdiyyəsində təlimatçı, məsul katib, Bələdiyyə sədri işləmişdir. Astara rayon Ərçivan bələdiyyəsinin 29 yanvar 2020-ci il tarixi, 02 saylı sərəncamı ilə X1 müavini təyin olunmuş və 16 yanvar 2020-ci il tarixdə, 20 saylı sərəncamla tutduğu vəzifədən azad edilmişdir.
6. "xxxx" MMC-i tərəfindən verilmiş 2018-ci il üzrə cari hesab üzrə çıxarışından görünür ki, X18 2018-ci il üzrə 3190 manat əmək haqqı almış, bundan başqa həmin ilin yanvar, iyun və avqust ayları üzrə əmək haqqı almamışdır.
7. "xxxx" MMC-i tərəfindən verilmiş 2019-cu il üzrə cari hesab üzrə çıxarışından görünür ki, X18 2019-cu il mart ayında 2 dəfə, ümumilikdə 500 manat əmək haqqı almış, bundan başqa həmin ilin 10 ayı ərzində əmək haqqı almamışdır.
8. Astara rayon Ərçivan bələdiyyəsinin sədri tərəfindən iddiaçı X10 verilmiş arayışın məzmunundan görünür ki, Əsgəralı Baxşıyevin 2018-2019-cu illər üzrə qalmış əmək haqqları həmin illərin büdcəsi daxilində olmuşdur. 2022-ci ilin büdcəsində qalıq əmək haqqları ödəmək nəzərdə tutulmamışdır. Ona görə də qanuna əsasən Sizin tələbinizi ödəmək imkan xaricindədir. 2023-cü ilin büdcəsində qalıq əmək haqqlarının ödənilməsi nəzərdə tutulsa, Sizin tələbinizi hissə-hissə ödəmək mümkün olacaqdır.
9. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya Ərçivan Bələdiyyəsi tərəfindən verilən 09 sentyabr 2022-ci il tarixli, 3-024 saylı cavab məktubunda göstərilir: «… İddiaçı iddia tələbi keçmiş illərə aiddir, yəni 2020-ci ilə qədər olan tələbdir. … Hal-hazırda keçmişdə baş vermiş uyğunsusluqlar, ödənilməmiş borclar qanunsuz olaraq büdcəyə istinad etmədən, yəni faktiki iş olmadan, əmək funksiyalarını icra etmədən əmək haqqı hesablanmışdır. Bələdiyyədə sənədlərlə əlaqədar idarə arxivində axtarış aparılmış, keçmiş illərə aid əmrlər, protokollar və heç bir mühasibat sənədləri aşkar edilməmişdir. Yeni seçilmiş heyətlə də bu sənədlərin təhvil-təslimi aparılmamışdır. Fəaliyyətdə olan Ərçivan bələdiyyəsi hazırkı büdcə ilinə cavabdehdir. Başqa borcların ödənilməsinə səlahiyyətli deyildir. ... Büdcə sistemi haqqında Qanunvericilik göstərir ki, hər hansı ildə bələdiyyə büdcəsində hər hansı uyğunsuzluq baş verirsə, həmin ildə bələdiyyə qulluğunu idarə edən bələdiyyə sədri cavab verir. … Astara Poçt filalından aldığı yazılı məlumata əsasən X18 2018-2019-cu illərdə 3465,54 (üç min dörd yüz altmış beş manat əlli dörd qəpik) manat pul almışdır. İddia tələbi ötən illərə aid olduğundan, həmən ildə bələdiyyə qulluğunu idarə edən bələdiyyə sədri cavabdehdir».
10. Hazırki mülki iş üzrə tam araşdırılma aparılması üçün 12 sentyabr 2022-ci il tarixli, 2(018)-981/2022 saylı Qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün əlavə tədqiqat obyektlərinin və iş materiallarının təqdim edilməsi barədə 06 oktyabr 2022-ci il tarixli vəsatət məhkəmyə göndərilmiş və məhkəmə tərəfindən həmin ekspert vəsatətində göstərilən məsələlələr həll edilməsi üçün Ərçivan Bələdiyyəsinə göndərilmişdir. Astara Rayon Ərçivan bələdiyyəsinin 28 oktyabr 2022-ci il tarixli, 3-30 saylı cavab məktubundan görünür ki, Ərçivan bələdiyyəsində X11 işlədiyi dövrdə iş vaxtının tabel uçotu, məzuniyyət əmrləri, son haqq-hesab barədə sənədlər olmadığı üçün X18 barəsində tələb olunan sənədlər təqdim olunmamışdır. Ona görə də Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 13 fanvar 2023-cü il tarixli, 9/7148 saylı məktubla təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunan faktiki halları aşağıdakılardan ibarətdir:
1. Astara rayon Ərçivan bələdiyyəsinin 05 fevral 2000-ci il tarixli, 02 saylı sərəncamı ilə X7 rayon Ərçivan bələdiyyəsində Kommunal ictimai iaşə Komissiyasının sədri vəzifəsində, sonra Ərçivan Bələdiyyəsində təlimatçı, məsul katib və bələdiyyə sədri işləmişdir.
2. Astara rayon Ərçivan bələdiyyəsinin 29 yanvar 2020-ci il tarixi, 02 saylı sərəncamı ilə X1 müavini təyin olunmuş və 16 yanvar 2020-ci il tarixdə, 20 saylı sərəncamla tutduğu vəzifədən azad edilmişdir.
3. Astara rayon Ərçivan bələdiyyəsinin sədri tərəfindən iddiaçı X10 verilmiş arayışla Əsgəralı Baxşıyevin 2018-2019-cu illər üzrə qalmış əmək haqqlarının həmin illərin büdcəsi daxilində olduğu, 2022-ci ilin büdcəsində qalıq əmək haqqları ödəmək nəzərdə tutulmadığı, ona görə də həmin tələbləri ödəmələrinin imkan xaricində olması və 2023-cü ilin büdcəsində qalıq əmək haqqlarının ödənilməsi nəzərdə tutulsa, onun da tələbinin hissə-hissə ödənilməsinin mümkün olacağı bildirilmişdir.
4. "xxxx" MMC-i tərəfindən verilmiş çıxarışlarla X5 2018-ci il üzrə 3190 manat əmək haqqı alması, 2018-ci il üzrə həmin ilin yanvar, iyun və avqust ayları üzrə əmək haqqı almaması, eyni zamanda X11 2019-cu il üzrə cəmi 02 (iki) aylıq, ümumilikdə 500 (beş yüz) manat əmək haqqı alması, həmin ilin 10 (on) ayı ərzində əmək haqqı almadığı müəyyən edilmişdir.
5. Astara rayon Ərçivan Bələdiyyəsinin cavab məktubu ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia tələbi keçmiş illərə aiddir, yəni 2020-ci ilə qədər olan tələbdir. … Hal-hazırda keçmişdə baş vermiş uyğunsusluqlar, ödənilməmiş borclar qanunsuz olaraq büdcəyə istinad etmədən, yəni faktiki iş olmadan, əmək funksiyalarını icra etmədən əmək haqqı hesablanmışdır. Bələdiyyədə sənədlərlə əlaqədar idarə arxivində axtarış aparılmış, keçmiş illərə aid əmrlər, protokollar və heç bir mühasibat sənədləri aşkar edilməmişdir. Yeni seçilmiş heyətlə də bu sənədlərin təhvil-təslimi aparılmamışdır. Fəaliyyətdə olan Ərçivan bələdiyyəsi hazırkı büdcə ilinə cavabdehdir. Başqa borcların ödənilməsinə səlahiyyətli deyildir. X18 2018-2019-cu illərdə 3465,54 (üç min dörd yüz altmış beş manat əlli dörd qəpik) manat pul almışdır. İddia tələbi ötən illərə aid olduğundan, həmən ildə bələdiyyə qulluğunu idarə edən bələdiyyə sədri cavabdehdir.
6. İş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi Ərçivan bələdiyyəsi tərəfindən X11 işlədiyi dövrdə iş vaxtının tabel uçotu, məzuniyyət əmrləri, son haqq-hesab barədə sənədlər təqdim olunmadığı üçün mümkün olmamış və imtina edilmişdir.
7. İddiaçı X5 oğlu olması, onun birinci növbə vərəsəsi olması və 16 noyabr 2021-ci il tarixdə vəfat etməsi müəyyən edilmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, mərhum X18 2018-ci il üzrə 3190 manat əmək haqqı almış, 2018-ci il üzrə həmin ilin yanvar, iyun və avqust ayları üzrə əmək haqqı almamış, eyni zamanda 2019-cu il üzrə cəmi 02 (iki) aylıq, ümumilikdə 500 (beş yüz) manat əmək haqqı almış və həmin ilin 10 (on) ayı ərzində əmək haqqı almamış, eyni zamanda ona işdən çıxması üçün son haqq-hesab ödənilməmişdir. X5 birinci növbə vərəsəsi İddiaçı Astara rayon Ərçivan bələdiyyəsinə müraciət edərək atasının ödənilməmiş əmək haqqının ona ödənilməsini xahiş etsə də, cavabdeh əmək haqqını ödəməkdən imtina etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin beşinci hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respblikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Azərbaycan Respblikası Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. “X4” Vİİİ bəndinə (Bələdiyyə üzvlərinin statusu və sosial təminatlar bölməsi) əsasən Bələdiyyə üzvləri öz səlahiyyətlərini daimi əsasla icra edə bilərlər. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə: əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir; səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir. Bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilir. Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilir. X14 2018-ci il üzrə 3190 manat, 2019-cu il üzrə 500 manat əmək haqqı ödənilmişdir. 2018-ci il üzrə orta aylıq əmək haqqı 330 manat təşkil etdiyini nəzərə alasaq, bu 01 (bir) il ərzində 3960 manat əmək haqqı təşkil edir. Həmin əmək haqqı olan 330 manatı 2 il ilin toplamına vurduqda, bu 7920 manat əmək haqqı təşkil edir. (330 x 24 =7920) . X18 2018-2019-cu illər üzrə cəmi 3690 manat əmək haqqı almışdır. Buna görə də 2018-2019-cu illər ərzində ödənilməyən əmək haqqı, yəni 13 (on üç) ay üzrə ödənilməyən əmək haqqı 4290 (dörd min iki yüz doxsan) manat təşkil edir. Bundan əlavə, X11 2018-2019-cu illər üzrə ödənilməmiş məzuniyyətləri, ümumilikdə 455,70 (dörd yüz əlli beş manat, yetmiş qəpik) manat təşkil edir. (330:30,4 = 10,85; 10,85 x 21 = 227,85; 227,85 x 2 = 455,70). Məhkəmə X11 işdən çıxması ilə bağlı ona son haqqhesabın ödənilməsinə dair iddiaçının tələbinə hüquqi qiymət verərək, hesab edir ki, X14 2018-2019-cu illər üzrə ödənilməmiş məzuniyyətlərə görə pul tələbini təmin etdiyi üçün iddia həmin hissədə təmin olunmamalıdır. Sadalanan qanunvericilik aktı normalarını və işin qeyd olunan hallarını əsas götürən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mərhum X13 2018-2019-cu illər üzrə 4290 (dörd min iki yüz doxsan) ödənilməyən əmək haqqı, 2018-2019-cu illər üzrə ödənilməmiş məzuniyyətə görə 455,70 (dörd yüz əlli beş manat, yetmiş qəpik) manat pul və 50 (əlli) manat ödəmiş olduğu mediasiya haqqı cavabdeh Astara rayon Ərçivan bələdiyyəsindən alınaraq X6 birinci növbə vərəsəsi, hazırda iddiaçı olan X12 verilməlidir. Tətbiq olunan mülki prosessual qanunvericilik: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin.
1. X6 Astara rayon Ərçivan Bələdiyyəsində işlədiyi dövrdə 2018-2019-cu illər üzrə 4290 (dörd min iki yüz doxsan) manat ödənilməyən əmək haqqı, 2018-2019-cu illər üzrə ödənilməmiş məzuniyyətə görə 455,70 (dörd yüz əlli beş manat, yetmiş qəpik) manat və 50 (əlli) manat mediasiya haqqı, ümumilikdə cəmi 4795,70 (dörd min yeddi yüz doxsan beş manat, yetmiş qəpik) manat pul cavabdeh Astara rayon Ərçivan bələdiyyəsindən alınaraq iddiaçı X12 verilsin.
2. İddia qalan hissədə təmin olunmasın.
3. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Zamin İbrahimov