Məhkəmə qərarları › İş №2(018)-390/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-390/2023

24.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-390/2023 24.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçılar Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 qızı, Cavabdeh4 qızına, Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və torpaq sahəsinin paylarına düşən hissəsinin müəyyən olunması, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız sayılması tələbinə dair” iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçılar Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 qızı, Cavabdeh4 qızına, Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və torpaq sahəsinin paylarına düşən hissəsinin müəyyən olunması, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız sayılması tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçılar Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 qızı və Cavabdeh4 qızının qeydiyyatda olduğu ünvanı ünvan 1 Azərbaycan küçəsində hansı nömrəli evdə rəsmi qeydiyyatda olduğunu qeyd etməmişlər. Bundan başqa iddia ərizəsində göstərilən bütüb yazılı sübutların və iddia ərizələrinin surətləri işdə iştirak edən şəxslərin sayına uyğun olaraq iddia ərizəsinə əlavə etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilməsikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçılara iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci cı maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 qızı, Cavabdeh4 qızına, Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və torpaq sahəsinin paylarına düşən hissəsinin müəyyən olunması, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız sayılması tələbinə dair” iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın; İddiaçılar Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver