Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1013/2021 06.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Mahama qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onunla birgə nikahlarından 21 fevral 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər baxılıb saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 21 fevral 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər baxılıb saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı Mahama qızı iddianı onunla asaslandırmışdır ki, o, 2008-ci ilin iyul ayında qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmişdir. Nikahlarını 19.02.2009-cu ildə Balakən rayon Şambul kənd İƏD-də 02 sayla rəsmiləşdirmişlər.Cavabdehlə birgə nikahlarından 21.02.2009-cu ildə X3 adında bir uşaqları olmuşdur. Cavabdeh ilə ailə münasibətləri uzun çəkməmiş,onların nikahları Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli 2(019)-181/2011 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Aliment tələb etməmişdir. O, uşaqla birlikdə Rusiya Federasiyasının Maxaçkala şəhərində yaşayır. Hazırda isə uşağa təkbaşına baxmaqda çox çətinlik çəkir. Heç bir yerdə işləmir. Cavabdeh isə uşaqla maraqlanmır. O, da uşağa baxmağa borcludur. Ona görə də Cavabdeh birgə nikahlarından olan bir uşağın yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək göstərdi ki, o, İddiaçı ilə 2008-ci ilin iyul ayında qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 19.02.2009-cu ildə Balakən rayon Şambul kənd İƏD-də 02 sayla rəsmiləşdirmişlər. İddiaçı ilə birgə nikahlarından 21.02.2009-cu ildə X3 adında bir uşaqları olmuşdur.Onların nikahları Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli 2(019)-181/2011 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. O,vaxt birgə nikahlarından olan uşaq onun yanında qalmışdır. 11 yaşına kimi uşağa o baxmışdır. 2018-ci ildə uşağı anasına vermişdir. O, uşağına maddi köməklik göstərir. Lakin uşağın yerini dəqiq bilmədiyindən 2021-ci ilin aprel ayından uşağa maddi yardım göstərə bilmir. O, tələb olunan miqdarda alimenti verə bilməyəcəkdir, lakin hər ay imkanı daxilində uşağına pul göndərəcəkdir.iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 avqust 2021-ci il tarixli 01936 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 iyul 2021-ci il tarixdə verilmiş 05/Q-58/69 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 19.02.2009-cu ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Ömərova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 iyul 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 161066 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 21.02.2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə Ömərova Əsiyyət Mahama qızı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli 2(019)-181/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ilə cavabdeh X2 arasında bağlanmış nikah pozulmuşdur Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2008-ci ilin iyul ayında rəsmi nikah bağlamadan evlənmiş, nikahlarını 19 fevral 2009-cu ildə Balakən rayon İHB-nın Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 02 nömrə ilə rəsmiləşdirmişlər.Tərəflərin birgə nikahlarından 21.02.2009-cu ildə X3 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli 2(019)-181/2011 nömrəli qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuşdur. Uşaq 2018-ci ildən anasının himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki,iddia təmin edilməli,ərizənin verildiyi 08.09.2021-ci il tarixdən başlayaraq 21.02.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. 08 sentyabr 2021-ci il tarixdən başlayaraq 21.02.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-1013/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1013/2021
06.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver