Məhkəmə qərarları › İş №2(019)-1017/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1017/2021

18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1017/2021 18.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işıq borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin X5 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 314.22 (üç yüz on dörd manat iyirmi iki qəpik) manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Balakən rayonu Sarıbulaq kəndində yaşayır. Dülgərliklə məşğul olur. Yaşadığı evin həyətində özünə məxsus dülgərlik sexi var. Həmin sexə məxsus işıq sayğacı həyətində yerləşir.2009-cu ilin sentyabr ayında baş vermiş güclü külək nəticəsində ağacın budağı qırılaraq işıq sayğacının üzərinə düşmüş və sayğacı zədələmişdir. O, bu barədə Balakən İşıq İdarəsinə məlumat vermişdir. Bir müddət sonra keçmiş X9 Təchizat MMC-nin əməkdaşları gəlmiş və X1 qaydalarının pozulması haqqında AKT tərtib olunmuşdur.Həmin aktla razı olmadığına görə onu imzalamamışdır. Bundan sonra çoxsaylı şikayətlər etmiş və sexə yenidən enerji verilişi bərpa olunmuşdur.2018-ci ildə yaranmış borcla bağlı müxtəlif orqanlara müraciət etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 Təchizatı və Satışı İdarəsinin 10 iyun 2019-cu il tarixli 01-01/N-008/110 nömrəli məktubu ilə onun müraciəti aşağıdakı kimi cavablandırılmışdır: “Sizə məxsus dülgər sexində X1yə görə yaranmış debitor borcla bağlı X5 Təchizatı və Satışı idarəsinə ünvanlanmış müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, 29.05.18-ci il tarixdə Şimal-Qərb RETSİ-nın Enerji itkilərinin Araşdırılması və Bərpası bölməsinin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən sayğacın baxış şüşəsinin qırıldığı məlum olmuş və bu barədə C15714 saylı qüsur aktı tərtib edilmişdir Akt tərtib edilən zaman gərginlik olmadığına dair aktda işlədicilərin gücü qeyd edilməklə qüsurlu sayğac yenisi ilə əvəz edilmiş və çıxarılmış sayğac laboratoriya şəraitində yoxlanılması məqsədilə Şimal-Qərb RETSİ-nə göndərilmişdir. Sayğac yoxlanılmış, baxış şüşəsinin sındığı, “A” fazasının dövrədən axan yükü qeyd etmədiyi 109407 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunda qeyd edilmişdir. Verilmiş rəyə əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 1958 kVt əlavə sərfıyyat hesablanılaraq 176,22 manat məbləğində ödəniş sənədi təqdim edilmişdir. Həmçinin, yeni sayğacın dəyəri (138,0 manat) də hesabınıza işlənilmişdir. X1 üçün enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan mübahisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları” əsasında tənzimlənir və həmin Qaydaların tələbinə görə ödəmə sənədindəki uyğunsuzluqlar barədə istehlakçının müraciəti, ona təqdim olunmuş ödəmə sənədi üzrə ödənişdən azad etmir”. Cərimə olunmağı qanunsuzdur. Cərimənin silinməsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 Təchizatı və Satışı İdarəsindən tələb etmişdir. Lakin orada onlara mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olmağı izah edilmişdir. Buna görə də o göstərilən iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə yazılı etirazını göndərərək iddiaçının iddia tələbinin əsassız olduğunu göstərərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC etirazını onunla əsaslandırmışdır ki, iddiaçi İddiaçı Balakən rayonu, Sarıbulaq kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (dülgər sexi) "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********92021 (**********0) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 29.05.2018-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları İ.Bağırov, S.Xəlilov və A.Hacıyev tərəfindən Balakən rayonu, Sarıbulaq kəndində yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyriyaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi N.Nuriyevin iştirakı ilə “X1 Qaydaları’na uyğun baxış keçirilmişdir. Baxış zamanı istehlakçıya məxsus obyektə quraşdırılmış elektrik sayğacının baxış şüşəsinin qırıldığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 29.05.2018 -ci il tarixli, R015714 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş qüsur aktını iddiaçının nümayəndəsi N.Nuriyev öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən 14.06.2018-ci il tarixində Balakən EŞ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə iddiaçının fəaliyyət göstərdiyi ünvana quraşdırılmış sayğac yeni elektrik sayğacı ilə əvəz edilmiş və bununla bağlı 152926 nömrəli akt tərtib edilərək çıxarılmış elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Həmin aktı İddiaçı öz imzasıyla təsdiq etmişdir.Laboratoriyanın 25.07.2018-ci il tarixli, 109407 saylı protokolu ilə elektrik sayğacının baxış şüşəsinin sındığı, əlavə şüşənin yapışdırıldığı və sayğacın “A” fazasının dövrədən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. Bundan sonra 29.05.2018-ci il tarixli, R015714 saylı akta əsasən "xxxx" ASC Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən 26.07.2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 180 gün üçün 0.09 manatla 1958 kv/s, dəyəri 176.22 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur.Bildirirlər ki, abonentə məxsus elektrik sayğacı yararsız vəziyyətə düşdüyündən yenisi ilə əvəz edildiyi üçün abonentin hesabına yeni quraşdırılmış elektrik sayğacının bədəli olan 138.00 manat işlənmişdir. İddiaçı tərtib olunmuş 29.05.2018-ci il tarixli, R015714 saylı akta əsasən tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2021-ci ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən İddiaçı tələb etmə üzrə iddia müddətini ötürməklə hazırkı tələblə çıxış etdiyindən iddia müddəti tətbiq edilməklə ərizə təmin edilməməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 14 sentyabr 2009-cu il tarixli 002026 nömrəli X1 qaydalarının pozulması haqqında Aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları İddiaçı yaşadığı Sarıbulaq kəndində 112459 nömrəli MK-309 tipli sayğaca baxış keçirərkən sayğacın baxış şüşəsinin qırılmış vəziyyətdə olduğunu müəyyən etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X4 Təhizatı və Satışı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10 iyun 2019-cu il tarixli 01-01/N-008/110 nömrəli məktubda göstərilir ki, “Sizə məxsus dülgər sexində X1yə görə yaranmış debitor borcla bağlı X5 Təchizatı və Satışı idarəsinə ünvanlanmış müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, 29.05.18ci il tarixdə Şimal-Qərb RETSİ-nin Enerji itkilərinin Araşdırılması və Bərpası bölməsinin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən sayğacın baxış şüşəsinin qırıldığı məlum olmuş və bu barədə C15714 saylı qüsur aktı tərtib edilmişdir. Akt tərtib edilən zaman gərginlik olmadığına dair aktda işlədicilərin gücü qeyd edilməklə qüsurlu sayğac yenisi ilə əvəz edilmiş və çıxarılmış sayğac laboratoriya şəraitində yoxlanılması məqsədilə Şimal-Qərb RETSİ-nə göndərilmişdir. Sayğac yoxlanılmış, baxış şüşəsinin sındığı, “A” fazasının dövrədən axan yükü qeyd etmədiyi 109407 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunda qeyd edilmişdir. Verilmiş rəyə əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 1958 kVt əlavə sərfıyyat hesablanılaraq 176,22 manat məbləğində ödəniş sənədi təqdim edilmişdir. Həmçinin,yeni sayğacın dəyəri (138,0 manat) də hesabınıza işlənilmişdir. X1 üçün enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan mübahisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları” əsasında tənzimlənir və həmin Qaydaların tələbinə görə ödəmə sənədindəki uyğunsuzluqlar barədə istehlakçının müraciəti, ona təqdim olunmuş ödəmə sənədi üzrə ödənişdən azad etmir”. İşdə olan 29.05.2018 -ci il tarixli, R015714 saylı aktdan görünür ki, 29.05.2018-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları İ.Bağırov, S.Xəlilov və A.Hacıyev tərəfindən Balakən rayonu, Sarıbulaq kəndində yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri- yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının qardaşı N.Nuriyevin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı istehlakçıya məxsus obyektə quraşdırılmış elektrik sayğacının baxış şüşəsinin qırıldığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar akt tərtib olunmuşdur. Tərtib olunmuş qüsur aktını iddiaçının nümayəndəsi N.Nuriyev öz imzasıyla təsdiq etmişdir. İşdə olan sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 14.06.2018-ci il tarixli 152926 nömrəli aktdan görünür ki, tərtib olunmuş akta əsasən 14.06.2018-ci il tarixində Balakən EŞ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə iddiaçının fəaliyyət göstərdiyi ünvana quraşdırılmış sayğac yeni elektrik sayğacı ilə əvəz edilmişdir və bununla bağlı 152926 nömrəli akt tərtib edilərək çıxarılmış elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Həmin aktı İddiaçı öz imzasıyla təsdiq etmişdir. İşdə olan, 25.07.2018-ci il tarixli, 109407 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanışı protokolundan görünür ki,İddiaçı götürülmüş elektrik sayğacının baxış şüşəsinin sındığı, əlavə şüşənin yapışdırıldığı və sayğacın “A” fazasının dövrədən axan yükü qeyd etmədiyi müəyyən edilmişdir. İşdə olan 26.07.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, 29.05.2018-ci il tarixli, R015714 saylı akta əsasən "xxxx" ASC Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən 26.07.2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 180 gün üçün 0.09 manatla 1958 kv/s, dəyəri 176.22 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin 26 oktyabr 2021-ci il tarixli **********1003600 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 26 oktyabr 2021-ci il tarixədək vergi orqanlarında vergi ödəyicisi kimi vergi uçotuna alınmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Nuriyev X2 rayonu Sarıbulaq kəndində yaşayır. O, vergi uçotuna alınmasa da həyətində dülgər sexi inşa etdirərək dülgərliklə məşğul olur. Həmin gülgər sexində istifadə olunan elektrik enerjisi onun həyətində quraşdırılmış elektrik hesablaşma sayğacına əsasən qeydə alınmışdır. 29.05.2018-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları İ.Bağırov, S.Xəlilov və A.Hacıyev tərəfindən Balakən rayonu, Sarıbulaq kəndində yerləşən iddiaçının həyətində qeyri- yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi N.Nuriyevin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı istehlakçıya məxsus obyektə quraşdırılmış elektrik sayğacının baxış şüşəsinin qırıldığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 29.05.2018 -ci il tarixli, R015714 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş qüsur aktını iddiaçının nümayəndəsi N.Nuriyev öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən 14.06.2018-ci il tarixində Balakən EŞ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə iddiaçının fəaliyyət göstərdiyi ünvana quraşdırılmış sayğac yeni elektrik sayğacı ilə əvəz edilmiş və bununla bağlı 152926 nömrəli akt tərtib edilərək çıxarılmış elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Həmin aktı İddiaçı öz imzasıyla təsdiq etmişdir. Laboratoriyada yoxlama zamanı elektrik sayğacının baxış şüşəsinin sındığı, əlavə şüşənin yapışdırıldığı və sayğacın “A” fazasının dövrədən axan yükü qeyd etmədiyi müəyyən edilmiş və bu barədə rəy tərtib edilmişdir. Bundan sonra 29.05.2018-ci il tarixli, R015714 saylı akta əsasən "xxxx" ASC Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən 26.07.2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 180 gün üçün 0.09 manatla 1958 kv/s, dəyəri 176.22 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. X3 əməkdaşları iddiaçının evinə bildiriş göndərərək elektrik enerjisinə və yeni sayğacın quraşdırılmasına görə (176.22 manat itirilmiş elektrik enerjisi, 138,0 manat yeni sayğacın quraşdırılması) 314.22 manat borc olduğundan ödənilməsini tələb etmişlər. İddiaçı uzun müddət həmin borcu ödəməmiş, sonradan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.7 bəndində göstərilir ki, 7.4-cü, 7.5-ci və 7.6- cı (məişət abonenti istisna olamaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür.” Həmin Qaydaların 8.6-cı maddəsinə əsasən istehlakçının eyni, yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə elektrik enerjisinə görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Həmin Qaydaların 8.7-cı maddəsinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Həmin Qaydaların 8.17-cı maddəsinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, cavabdeh "xxxx" ASC-nin əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakterinin təsadüfi olmamasını, abonentin faydalanmaq niyyəti ilə məqsədli şəkildə onu etməsini, iddiaçıya hesablanmış məbləğin istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki,İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işıq borcunun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işıq borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar