Məhkəmə qərarları › İş №2(019)-209/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-209/2021

30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-209/2021 30.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Məmmədov Abdulla Məhəmməd oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Məmmədov Abdulla Məhəmməd oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN -10xx xxx 40103 -18 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına və RX seriyalı ******* nömrəli çıxarışa əsasən 18 il istifadə etdiyi 1.25 ha pay torpaq sahəsinə çəkdiyi xərcin əvəzi olaraq maddi ziyana görə 20000(iyirmi min) manat, onu bu illər ərzində mənəvi təsirə məruz qoyduqları üçün mənəvi ziyana görə 10000 (on min) və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 3030 (otuz min otuz) manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. İddiaçı Məmmədov Abdulla Məhəmməd oğluna və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar xx xxxx 2021-ci il tarixə, saat 12.20-yə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-ci maddəsi tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdehlər ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflər məhkəmə iclaslarına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, həmçinin iddia ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Məmmədov Abdulla Məhəmməd oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın; iddia ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar