Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-25/2021 27.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X12 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X12 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və fərdi yaşayış evinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X12 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh zəbt etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X12 Təsərrüfatı Mərkəzinin balansında olan Balakən rayonu Kortala meşəbəyliyinin ərazisində yerləşən (dövlət mülkiyyətinə aid) 0.12 ha meşə fondu sahəsindən çıxarılması, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X12 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 2017-ci il tarixdə yaradılmış işçi qrupu komissiyası tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri və meşə fondu torpaqlarının təyinatdan kənar istifadəsi hallarının müəyyənləşdlirilməsi və istifadəsi vəziyyətinə yerində baxış keçirilmişdir. Ərazilərə baxış zamanı Zaqatala RMTMnin X10 və X3 meşəbəyliyinin ərazisinə aid olan meşə fondu sahəsinin 0,12 ha torpaq sahəsinin iş üzrə Cavabdeh tərəfindən zəbt edilərək təyinatdan kənar istifadə edildiyi müəyyən edilmişdir. İş üzrə Cavabdeh ilə həmin dövrdə danışıq aparılmış və sonuncu məhkəmə mübahisəsinə lüzum qalmadan torpaq sahəsindən çıxacağını vəd etmişdir. 2020-ci ilin may ayınını ortalarında məlum olmuşdur ki, iş üzrə Cavabdeh yenidən həmin torpaq sahəsini zəbt etmiş və müvafiq icazə sənədləri olmadan həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamışdır. Tərəflə aparılan danışıqlar zamanı, hərəkətlərinin qanunsuz olması və dövlət mülkiyyətinə aid meşə fondu sahəsində apardığı tikintinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin boşaldılması ondan tələb olunmuş, lakin sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Hazırda o ailə üzvüləri ilə birlikdə həmin tikilidə yaşayır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının Azərbaycan Respublikası Konstitutsiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, birinci Qarabağ müharibə veteranıdır, İİ qrup əlildir. Himayəsində üç azyaşlı uşaqları vardır. İddiaçının ondan tələb etdiyi 0,06 hektar torpaq sahəsi Balakən rayon Qazbinə bələdiyyəsinin qərarı ilə onun arvadı X4 verilmişdir. Həmin torpaq sahəsi bələdiyyə torpağıdır. O, xeyli xərc çəkərək həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Onun başqa yaşayış yeri yoxdur. İddianın rədd ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx xxxx 2017-ci il tarixli Aktdan görünür ki, Kortala meşəbəyliyinin 01 saylı dolayısının 1 saylı kvartalında aparılmış araşdırma zamanı Balakən rayonunun Mahamalar kənd sakini Cavabdeh tərəfindən özbaşına (qanunsuz) olaraq 1 saylı dolayının 1 saylı kvartalının 8-ci bölməsindən uzunluğu və eni 80x15 metr olmaqla 0,12 ha meşə fondu ərazisini zəbt edərək ətrafını tikanlı məftil vasitəsi ilə çəpərələməsi, fındıq acağları və kənd təsərrüfatı bitkiləri əkdiyi, eyni zamanda müvəqqəti yaşayış üçün taxtadan hasarlamış, koma tikildiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxx 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, həmin qərarla Balakən rayon MMBM-dən RPŞ-nə daxil olmuş məktub əsasında toplanılmış HK-1-258 saylı materialda vət. X5 əməlində cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********467 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsində olan və tikinti apardığı torpaq sahəsinin ölçüləri 0.0941 hektardır. Həmin torpaq sahəsi elektron Baza məlumatlarına əsasən Dövlət Meşə Fondu torpaqlarına aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 10/2472 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin nümayəndəsi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsində olan və tikinti apardığı torpaq sahəsinin ölçüləri 0.0941 hektardır. Həmin torpaq sahəsi Elektron baza məlumatlarına əsasən Dövlət Meşə Fondu torpaqlarına aiddir. (aparılmış ekspertizanın dəyəri 50 manatdır). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********23 nömrəli mütəxəssis rəyindən görünür ki, cavabdeh X2 rayonu Qazbinə bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsindən ( ayrıc aktında göstərilmiş) 0.0595 ha hissəsi və ona bitişik olan 0.0346 ha hissəsindən istifadə edir. Ümumilikdə cavabdeh 0.0941 ha torpaq sahəsindən istifadə edir (Sxem 1). Cavabdeh X2 rayonu Qazbinə bələdiyyəsininin xx xxxx 2007-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsindən (ayrıc aktında göstərilmiş ) istifadə edir və onun əlavə olaraq istifadə etdiyi 0.0346 hektar torpaq sahəsi ayrıc aktında göstərilən torpaq sahəsinə bitişik ərazidə yerləşir. Həmin ərazinin yerləşmə vəziyyəti sxem 2-də göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd sakini X4 Qazbinə bələdiyyəsininin mülkiyyətinə aid torpaq sahəsindən həyətyanı üçün alqı-satqıya verilməsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsininin rəyindən görünür ki, Qazbinə Bələdiyyəsinin müraciətinə əsasən araşdırdıqda məlum olmuşdur ki, Balakən rayonu Mahamalar kənd sakini X4 alqı-satqı yolu ilə həyətyanı üçün 0.06 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Qazbinə bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Odur ki, Qazbinə bələdiyyəsinin müraciətini, mütəxəssis rəyini və hazırlanmış sənədləri nəzərə alaraq mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə həyətyanı üçün 0.06 hektar torpaq sahəsinin Balakən rayon Mahamalar kənd sakini X4 verilməsini DTXK-nin Balakən rayon Şöbəsi məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 01 nömrəli rəydən görünür ki, Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazidən Qazbinə bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 06 saylı qərarı ilə Mahamalar kənd sakini X4 həyətyanı üçün ayrılmış 0.06 ha torpaq sahəsi şimaldan yol ilə, cənubdan ilə, şərqdən həyətyanı sahə ilə, qərbdən bələdiyyə torpağı ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru malilidir və relyefi sakitdir. Ərazidən yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qazbinə bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 06 saylı iclas protokolundan görünür ki, «torpaqların alqı-satqısı haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı fərmanına, xx xxxx 2001-ci il tarixli «Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2002-ci il tarixli Fərmanına, «Bələdiyyə torpaqlarının ayrılması və razılaşdırılması qaydaları haqqında» əsasnaməyə uyğun olaraq Balakən rayonu Mahamalar kənd sakini X4 Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan perspektiv inkişaf üçün saxlanılmış ərazidən alqı-satqı yolu ilə 0.06 hektar torpaq sahəsi həyətyanı üçün verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən rayonu Qazbinə Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 32 nömrəli sərəncamından görünür ki, «torpaqların alqı-satqısı haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanına, xx xxxx 2001-ci il tarixli «Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 15 mart 2002-ci il tarixli Fərmanına, «Bələdiyyə torpaqlarının ayrılması və razılaşdırıdlması qaydaları haqqında» əsasnaməyə uyğun olaraq Balakən rayonu Mahamalar kənd sakini X4 Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan perspektiv inkişaf üçün saxlanılmış ərazidən alqı-satqı yolu ilə 0.06 hektar torpaq sahəsi həyətyanı üçün verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, X4 Balakən rayonu Qazbinə bələdiyyəsi tərəfindən Qazbinə bələdiyyə ərazisindən 0.06 ha torpaq sahəsinin satılması barədə 2007-ci il 29 iyun tarixdə 06 nömrəli qərar qəbul edilmişdir. X7 tərəfindən Balakən rayon bankının ********** saylı hesabına əvvəlcədən 229.20 manat haqq ödənilmişdir (Qəbz №-461289). İşdə olan 127718 nömrəli vəsiqədən görünür ki, cavabdeh X9 İİ qrup Qarabağ müharibəsi əlilidir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İ 586574 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X1 Adilə Əjdər qızı ilə xx xxxxxx 2010-cu ildə rəsmi nikah bağlamış,onların nikahı həmin tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 170 nömrə ilə qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, cavabdeh X9 İİ qrup birinci Qarabağ müharibəsi əlilidir. O, xx xxxxxx 2010-cu il tarixdə X7 ilə rəsmi nikah bağlamış, birgə nikahlarından üç azyaşlı uşaqları vardır. Balakən rayonu Qazbinə Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 32 nömrəli sərəncamı ilə X4 Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan perspektiv inkişaf üçün saxlanılmış ərazidən alqı-satqı yolu ilə 0.06 hektar həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Cavabdeh X9 həmin torpaq sahəsindən əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X12 Təsərrüfatı Mərkəzinin balansında olan Balakən rayonu Kortala meşəbəyliyinin ərazisində yerləşən 0.0346 hektar meşə fondu torpaq sahəsini də zəbt edərək 0.0941 hektar torpaq sahəsindən istifadə edir və orada fərdi yaşayış evi tikdirərək orada yaşayır. Sonradan məlum olmuşdur cavabdeh X5 istifadə etdiyi 0.0941 hektar torpaq sahəsi bütünlüklə meşə fondu torpağıdır. Bu əsasla da iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X12 Təsərrüfatı Mərkəzi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X13 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,işin hallarını, Cavabdeh arvadı Adilə Qımrıyevanın torpağı alan zaman qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq inzibati orqana (Balakən rayonu Qazbinə bələdiyyəsinə) rəsmi müraciət etməsini, həmin inzibati orqanın (bələdiyyələrin və Balakən Rayon İcra Hakimiyyətinin) səlahiyyətinə etibar etməsini, onun həmin fərdi yaşayış evinin tikilib yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün əhəmiyyətli miqdarda xərc çəkməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,iddiaçı cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş qaydada satın aldığı 0,06 hektar torpaq sahəsindən və orada tikdiyi evin kompensasiya ödənilmədən sökülməsini tələb etməkdə haqlı olmamışdır. İddia tələbi yalnız Cavabdeh oğlunun zəbt etdiyi 0.0346 hektar meşə fondu torpaq sahəsindən çıxarılmasına aid hissədə əsaslıdır. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh zəbt etdiyi,Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X12 Təsərrüfatı Mərkəzinin balansında olan Balakən rayonu Kortala meşəbəyliyinin ərazisində yerləşən (dövlət mülkiyyətinə aid, mütəxəssis rəyinə əlavə edilmiş 2 nömrəli sxemdə göstərilmiş) 0.0346 ha meşə fondu torpaq sahəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq Cavabdeh 108,60 manat torpaq sahəsinin inventarlaşdırılması xərcinin 40 manatı tutulub dövlət büdcəsinə Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********,Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərcinin 18,50 manatı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməli, torpaq sahəsinin inventarlaşdırılması xərcinin 68,60 manatı və ekspertiza xərcinin 31,50 manatı dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh zəbt etdiyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X12 Təsərrüfatı Mərkəzinin balansında olan Balakən rayonu Kortala meşəbəyliyinin ərazisində yerləşən 0.0346 ha meşə fondu torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 108,60 manat torpaq sahəsinin inventarlaşdırılması xərcinin 40 manatı tutulub dövlət büdcəsinə Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba ,50 manat ekspertiza xərcinin 18,50 manatı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Torpaq sahəsinin inventarlaşdırılması xərcinin 68,60 manatı və ekspertiza xərcinin 31,50 manatı dövlət büdcəsinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-25/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-25/2021
27.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver