Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-27/2021 05.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 Məhəmməd oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ümumi birgə mülkiyyətdə olan JN 475, Kod 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonu Qazma kəndində yerləşən 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır.10 manat dövlət rüsumu xərci iddiaçılara qaytarılmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan paylarının müəyyən edilməsi tələbinə dair mülki iş baxılmamış saxlansın. 10 manat dövlət rüsumu xərci iddiaçıya qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-27/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-27/2021
05.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver