Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-282/2021 17.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)-1001/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan xx xxxxxx 2005-ci ildə anadan olmuş X1 və xx xxxx 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki o, Cavabdeh ilə nikahlarını xx xxxx 2005-ci ildə rəsmiləşdirməklə evlənmişdir. Rəsmi nikahlarından xx xxxxxx 2005-ci ildə X3, xx xxxx 2007-ci ildə X6 adında iki uşaqları olmuşdur. Cavabdeh ilə ailə münasibətləri uzun sürməmişdir. Cavabdeh ilə aralarında olan nikah qeydi məhkəmə qaydasında pozulmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)- 183/2010 nömrəli xx.xx.2010-cu il tarixli qətnaməsi ilə himayəsində olan iki uşağın saxlanması üçün 30 (otuz) manat miqdarında alimentin tutulması qət edilmişdir. 2014-cü ildə alimentin artırılması tələbi ilə bağlı məhkəməyə yenidən müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-1001/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq himayəsində olan iki uşağın saxlanması üçün hər uşağa 50 (əlli) manat miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda o, Balakən rayon Gərəkli kənd İƏD-də xadimə işləyir. Aylıq əmək haqqısı 235 manatdır. Uşaqlara təkbaşına baxmaq onun üçün çox çətindir. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd ediləndləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ayın 17-nə təyin olunmuş alimentin miqdarının artırılması barədə keçiriləcək məhkəmə iclasına gələ bilmir. Səbəb ölkə xaricində olmasıdır.Alimentin artırılmasına etiraz edir.Səbəb qazancının az olması ,eyni zamanda iddiaçının onun mülkündə oturması, ordan öz bağı kimi istifadə etməsidir. Bağında olan meyvəni satır, bu da illik 1500 manat gəlir deməkdir. Bundan başqa Rusiyada üç övladı vardır. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon VVADQ Şöbəsi tərəfindən xx xxxxxx 2005-ci-ci il tarixdə verilmiş AZ-İ seriyalı 700988 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən xx xxxxx 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 912529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)- 1001/2014 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddianın qismən təmin edilməsi, xx xxxxxx 2005-ci ildə anadan olmuş X1 və xx xxxx 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(019)-183/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxxx 2014-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2005-ci ildə rəsmi nikah bağlamaqla Cavabdeh ilə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2005-ci ildə X3 və xx xxxx 2007-ci ildə X4 adında iki uşaqları olmuş, uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. Tərəflərin arasında olan nikah pozulmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(019)- 183/2010 saylı qətnaməsinə əsasən Cavabdeh xx xxxxxx 2005-ci ildə X1 və xx xxxx 2007ci ildə X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 30 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmçinin, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)- 1001/2014 nömrəli qətnaməsinə əsasən xx xxxxxx 2005-ci ildə anadan olmuş X1 və xx xxxx 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(019)-183/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx xxxxxxx 2014-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, cavabdehin digər nikahdan da azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli 2(019)-1001/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2005-ci ildə anadan olmuş X1 və xx xxxx 2007-ci ildə X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(019)-1001/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxxxx 2005-ci ildə anadan olmuş X1 və xx xxxx 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 110 ( bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-282/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-282/2021
17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver