Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-283/2021 25.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsi və Daşınmaz Əmlakın Dövlət Qeydiyyat İdarəsi tərəfindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən cavabdeh X2 verilmiş xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsinin və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX0264511 nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Lakin hazırki ərizədə cavabdehlər kimi göstərilən Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin ünvanı göstərilməmişdir. Qeyd olunanlar hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsi və Daşınmaz Əmlakın Dövlət Qeydiyyat İdarəsi tərəfindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsi və Daşınmaz Əmlakın Dövlət Qeydiyyat İdarəsi tərəfindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-283/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-283/2021
25.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver