Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-321/2021 08.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X1 X2 Mərkəzinə və Balakən rayonu Kortala Bələdiyyəsinə qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X1 X2 Mərkəzinə və Balakən rayonu Kortala Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Kortala kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus 1.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, İddiaçı2 məxsus Balakən rayonu Kortala kəndində yerləşən 2.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, İddiaçı4 və ailə üzvlərinə məxsus 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, İddiaçı5 Məhəməd oğlu və ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinə məxsus 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, ümumi yurisdiksiyalı məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İş materiallarından görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və Balakən rayonu Kortala Bələdiyyəsinə qarşı iddia qaldıraraq, Balakən rayonu Kortala kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus 1.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, İddiaçı2 məxsus Balakən rayonu Kortala kəndində yerləşən 2.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, İddiaçı4 və ailə üzvlərinə məxsus 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, İddiaçı5 Məhəməd oğlu və ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, İddiaçı3 və ailə üzvlərinə məxsus 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yolun açılmasını xahiş edirlər. Bu tələb də Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və Balakən rayonu Kortala Bələdiyyəsinə qarşı yönəldilmişdir və faktiki olaraq həmin orqanlar üzərində yolun açılması öhdəliyinin qoyulmasını özündə ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin qurumları və bələdiyyələr inzibati orqanlara aid edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Balakən rayonu Kortala Bələdiyyəsi inzibati orqandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydaları müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qanun normalarının tələbindən görünür ki, hazırki iddia inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcbur etmə haqqında iddia) iddia olduğundan, inzibati orqanlara qarşı irəli sürüldüyündən və inzibati mübahisəyə dair iş olduğundan, ona ümumi yurisdiksiyalı Balakən Rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X1 X2 Mərkəzinə və Balakən rayonu Kortala Bələdiyyəsinə qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsinin ümumi yurisdiksiyalı Balakən Rayon Məhkəməsində baxılmalı olmaduğundan iddianın yolverilməzliyinə görə qəbul olunmasındlan imtina edilməli və İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X1 X2 Mərkəzinə və Balakən rayonu Kortala Bələdiyyəsinə qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gedişgəliş yolunun açılması tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin; İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-321/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-321/2021
08.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver